Kot d’İvuar heyəti Baş Prokurorluqda
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Oktyabrın 28-də Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Baş prokuror Kamran Əliyev Kot-d’İvuar Respublikasının Yaxşı İdarəçilik üzrə Ali Qurumunun sədri Epifan Zoro Bi Ballonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar, prokurorluq orqanlarının fəaliyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər, eləcə də “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə məlumat, bu idarəetmə modelinin dövlət-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasına və korrupsiya risklərinin azaldılmasına verdiyi töhfəni diqqətə çatdırıb.
Epifan Zoro Bi Ballo qonaqpərvərliyə və yüksək səviyyədə təşkil olunmuş tədbirə görə təşəkkürünü bildirib, Azərbaycan və Kot-d’İvuar arasında münasibətlərin inkişaf etdiyini vurğulayıb. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, o cümlədən neft sənayesi sahəsində əlaqələrin əhəmiyyətini qeyd edərək, dayanıqlı iqtisadi inkişaf və səmərəli idarəetmənin korrupsiyaya qarşı mübarizə ilə qarşılıqlı əlaqəsinə diqqət çəkib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 29 Oktyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















