Icma.az
close
up
RU
Baş Prokurorluqda brifinq

Baş Prokurorluqda brifinq

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yekaterinburq cinayəti ölkəmizdə dərindən araşdırılır

İyulun 1-də Azərbaycan Respublikasının Baş Prokurorluğu Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən iki azərbaycanlının – Hüseyn və Ziyəddin Səfərov qardaşlarının Yekaterinburqda xüsusi amansızlıqla qətlə yetirilməsi faktı üzrə cinayət işi başladığını açıqlayıb. Hadisə ilə bağlı ilkin istintaq materialları və mediada yayılan məlumatlar əsasında genişmiqyaslı araşdırma aparılır.

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun dünən keçirilən brifinqdə verdiyi məlumata görə, iyunun 27-də səhər saatlarında Rusiya Federasiyasının Milli Qvardiyasının Sverdlovsk vilayəti üzrə idarəsi, Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində birgə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Bu tədbirlər zamanı müxtəlif ünvanlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları və Azərbaycanəsilli şəxslər əvvəlki dövrlərdə törədilmiş qəsdən adamöldürmə cinayətlərində iştirak etməkdə şübhəli bilinərək saxlanılıblar.

Nemət Əvəzov bildirib ki, saxlanılan şəxslərə – o cümlədən Səfərov qardaşlarına qarşı əməliyyat qurumlarının əməkdaşları tərəfindən saxlanma zamanı və sonrakı mərhələlərdə bərk küt alətlərlə çoxsaylı zərbələr endirilib. Onlar həm nəqliyyat vasitələrində, həm də inzibati binalarda işgəncələrə məruz qoyulub, nəticədə ağır bədən xəsarətləri alıblar.

1966-cı il təvəllüdlü Hüseyn Səfərov həmin gün – iyunun 27-də, saat 15 radələrində daxili işlər orqanının inzibati binasında aldığı xəsarətlər nəticəsində vəfat edib. Onun qardaşı, 1970-ci il təvəllüdlü Ziyəddin Səfərov isə səhər saatlarında əməliyyat qurumuna məxsus avtomobildə keçinib. Məhkəmə-tibbi ekspertizasının nəticələrinə görə, Hüseyn Səfərovun ölümünə çoxsaylı travmalar fonunda yaranmış posttravmatik və posthemorragik şok, Ziyəddin Səfərovun ölümünə isə posttravmatik şok səbəb olub.

İyunun 30-da Səfərov qardaşlarının cənazələri Bakıya gətirilib. Ölüm səbəblərinin dəqiq müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən təkrar ekspertiza təyin olunub.

Baş Prokurorluq beynəlxalq hüquq normalarına uyğun olaraq, Rusiya Federasiyası da daxil olmaqla müvafiq dövlətlərə hüquqi yardım sorğuları göndərib. Cinayət işinin effektiv araşdırılması, məsul şəxslərin müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunması üçün zəruri beynəlxalq əməkdaşlıq təmin ediləcək.

Nemət Əvəzov, eyni zamanda, qeyd edib ki, meyitlərlə bağlı Rusiyada müvafiq ekspertizalar keçirilib: “Bu ekspertizaların keçirilməsi onu göstərir ki, Rusiyada da artıq araşdırmalara başlanılıb. Dövlət qurumlarının səlahiyyətli şəxsləri tərəfindən belə bir zorakılığın tətbiqi nəticəsində dilindən, dinindən, vətəndaşlığından, milliyətindən asılı olmayaraq, hər hansı bir şəxs işgəncələrə məruz qalaraq öldürülürsə, bu xüsusilə ağır cinayətdir. Bununla bağlı ilkin dəlillər və sübutlar bizim istintaqçılar tərəfindən toplanılıb və Rusiyanın aidiyyəti qurumlarına, 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, beynəlxaq hüquqi yardım haqqında tapşırıq göndərilib. Həmin tapşırıqda da geniş və əhatəli şəkildə rusiyalı həmkarlarımızdan, ölkənin səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılmasını, materialların təqdim edilməsini, müvafiq ekspertizaların aparılmasını, baxışların keçirilməsini, sorğuların verilməsini, sənədlərin toplanmasını xahiş etmişik. Törədilmiş cinayətin obyektiv şəkildə istintaqının aparılması və bütün təqsirli şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün Rusiyanın səlahiyyətli orqanları ilə qarşılıqlı təmas yaradaraq səylərimizi daha sürətli davam etdirəcəyik. Ümid edirik ki, bizim bu səylərimiz nəticə verəcək və təqsiri olan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq”.

Baş Prokurorluğun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsi rəisinin müavini Samirə Nəcəfzadə brifinqdə çıxışı zamanı bildirib ki, qəsdən adamöldürmə, işgəncə və qeyri-insani rəftar beynəlxalq müqavilələrin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Həm Azərbaycan, həm də Rusiya bir çox beynəlxalq müqavilələrin və konvensiyaların üzvüdür.

S.Nəcəfzadə, vurğulayıb ki, bunlardan Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə qarşı Konvensiyasını, “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktı”nı qeyd edə bilərik: “Son hadisə zamanı bu konvensiya və paktların tələbləri pozulub. Bundan başqa, Avropa İnsan Hüquqları Konvensiyasını qeyd etmək olar. Azərbaycan hazırda da bu konvensiyanın üzvüdür. Rusiya isə 2022-ci ilə qədər sözügedən konvensiyasının üzvü olub. Bu konvensiyanın tələblərinə əsasən də, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının və Azərbaycanəsilli şəxslərin hüquqları pozulub”.

Nemət Əvəzov, ötən ilin dekabrında Aktau yaxınlığında baş verən AZAL-a məxsus mülki təyyarənin qəzası ilə bağlı istintaqla bağlı son məlumatları da açıqlayıb. Onun sözlərinə görə, cinayət işi üzrə, təxminən, 100-ə yaxın ekspertiza təyin olunub və onların əksəriyyəti artıq icra olunub. Ekspertiza qrupunun bir hissəsi yaxın günlərdə Qazaxıstana ezam olunub və burada müvafiq orqanlarla əhatəli müzakirələr aparılıb.

Hazırda ekspertiza nəticələrinin toplanması və yekunlaşdırılması prosesi hər iki ölkənin aidiyyəti qurumlarının əməkdaşlığı çərçivəsində davam etdirilir. Gözlənilir ki, yaxın müddət ərzində nəticələr əldə olunacaq və ictimaiyyətə təqdim ediləcək.

Səbuhi MƏMMƏDOV,
Cavid QAÇAYEV (foto)
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyul 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see368

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see224

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see223

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see193

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see190

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see188

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see181

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see181

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see177

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see176

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see172

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see171

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see163

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see162

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see161

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see160

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see159

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see154

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see152

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri