Icma.az
close
up
RU
® Kouçluq sahəsi rəsmiləşib

® Kouçluq sahəsi rəsmiləşib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 22 oktyabr, AZƏRTAC

“Azerbaijan Quantum and Coaching Cooperation” MMC-nin şəxslərin sertifikatlaşdırmasını həyata keçirən orqanı AZS ISO/IEC 17024:2024 “Uyğunluğun qiymətləndirilməsi. Şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara dair ümumi tələblər” dövlət standartına uyğun akkreditasiyadan keçərək, "Kouç (səviyyə 6)" akkreditasiya sahəsi üzrə rəsmi imtahan keçirmək və uğurlu olan namizədlərə növbəti 2 (iki) il müddətinə səriştəlilik (peşəkarlıq) sertifikatı (sənədi) vermək hüququ qazanıb.

Səriştəli (peşəkar) kouç (səviyyə 6) sənədini əldə etmək istəyən, 18 (on səkkiz) yaşı tamam olmuş, sağlam, ən az 60 (altmış) saatlıq nəzəri və praktiki kouçluq təlimləri aldıqları barədə sübutları olan namizədlər imtahanlarda iştirak etmək üçün Sertifikatlaşdırma Orqanının sso.az saytından “Kouç (Səviyyə 6) İmtahana MÜRACİƏT” bölməsində ərizəni dolduraraq, SİMA proqramı ilə imzalayırlar.

Sertifikatlaşdırma Orqanının Qəbul Komissiyasında qiymətləndirilən namizədlər Sertifikatlaşdırma Proseduruna əsasən imtahana buraxılırlar. Bu barədə namizədə qəbul edilmək, qəbul edilməmək səbəbləri, imtahan vaxtı, imtahan təlimatı və s. barədə məlumat göndərilir.

Sertifikatlaşdırma Orqanının İmtahan Təlimatına əsasən, “Kouç (səviyyə 6)” namizədləri 2 (iki) mərhələli: test və qabiliyyət imtahanından keçirlər.

Kouçluq prosesinin təşkil edilməsi, kouçluq təlimi və əməyin mühafizəsi mövzularında 60 (altmış) test sualından 80% uğurlu olan namizədlər bu mərhələni keçmiş hesab olunurlar.

“Kouçluq işinin təşkili və planlaşdırılmasını həyata keçirmək”, “Kouçluq prosesinə başlamaq”, “Kouçluq prosesini icra etmək”, “Kouçluq xidmətində keyfiyyəti təmin etmək”, “Peşəkar inkişaf fəaliyyətlərini həyata keçirmək” mövzularından ibarət qabiliyyət (nümunə praktiki sessiya və sessiyanın müdafiəsi) imtahanından 80 faiz uğurlu olan namizədlər bu mərhələni də keçmiş hesab edilirlər.

Hər iki imtahan mərhələsindən uğur qazanan namizədlər növbəti 2 (iki) il müddətinə “Kouç (Səviyyə 6)” səriştəlilik (peşəkarlıq) sertifikatı (sənədi) əldə edərək, fəaliyyət göstərmək (işləmək) üçün əsas qazanırlar.

Sertifikatlaşdırma imtahan proseduru, imtahan təlimatı, məxfilik və qərəzsizlik siyasəti, sertifikatların qüvvədə olma müddətinin uzadılması, dayandırılması və ya ləğv edilməsi proseduru, apelyasiyalar proseduru, sertifikatın yoxlanması və s. barədə əlavə məlumatlar əldə etmək üçün sso.az saytına daxil ola bilərsiniz.

Kouç (səviyyə 6) peşə təqdimatı və peşənin əhatə dairəsi (sərhədləri)

Kouç (səviyyə 6) müştərinin potensialının üzə çıxarılması, yaşam hədəflərinin düzgün müəyyən edilməsi üçün fəaliyyət planı hazırlayan, müştərinin fəaliyyətə keçməsini təmin edərək fəaliyyət prosesini izləyən, müştərinin şəxsi və professional potensialını reallaşdırmağa istiqamətlənmiş fərqindəlik, inkişaf və həll yolu seçimlərini artıraraq bu istiqamətdə məsləhət və dəstəkləyici işləri həyata keçirən peşəkar şəxsdir.

Kouç (səviyyə 6) işlərini əməyin mühafizəsi, ətraf mühitin qorunması, müvafiq hüquqi proseslər və keyfiyyət standartlarına uyğun icra edir. Kouçluq xidmətləri ilə bağlı təqdimat fəaliyyətləri, müqavilə və maliyyə məsələlərinin icra edilməsi, iş proqramının yerinə yetirilməsi və məlumat təhlükəsizliyinin təmin edilməsi kimi işin təşkili fəaliyyətlərini həyata keçirir və peşəkar inkişafı ilə əlaqəli fəaliyyət göstərir.

“Kouç (səviyyə 6)” səriştəlilik (peşəkarlıq) sertifikatı (sənədi) əldə edərək, bu sahədə peşəkar fəaliyyət göstərmək istəyən namizədlər müraciətlərini sso.az saytı vasitəsilə edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri