Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Bəzi rayonlarda işıq olmayacaq

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Kouçluq: Həyatımızı yönləndirən gücün tarixi və bugünkü rolu

Kouçluq: Həyatımızı yönləndirən gücün tarixi və bugünkü rolu

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Kouçluq dünyanın 76 universitetində? O cwml’d’n Harvard, Kembric, Stanford kimi ali təhsil ocaqlarında magistr dərəcəsi, 21 universitetində isə fəlsəfə doktoru (PhD) dərəcəsi üzrə tədris edilir. Həmin proqramlar bu sahənin tətbiqinə dair nəzəri və praktiki bilikləri əhatə edərək, dünyanın ən yaxşı universitetlərində gələcəyin liderlərini və kouçlarını yetişdirir.

Son illərdə dünyada şəxsi inkişaf və peşəkar yönləndirmə sahələrində ən çox diqqət çəkən anlayışlardan biri kouçluqdur. Müasir termin olan kouçluğun psixoloji fəaliyyətdən əsas fərqi odur ki, psixoloqlar, insanların emosional, psixoloji və davranış məsələlərini həll etməyə yönəlirlər. Onlar müxtəlif psixoloji problemlərə diaqnoz qoyur və müalicə edirlər. Psixoloqlar, insanların keçmiş təcrübələrinə və daxili dünyalarına fokuslanaraq, şəxsi və sosial məsələləri araşdırır və bu məsələlərə həll tapmaq üçün müalicə metodlarından istifadə edirlər. Kouçlar isə insanların gələcəkdəki məqsədlərinə çatmalarına və potensiallarını maksimum dərəcədə həyata keçirmələrinə kömək edirlər. Kouçluq daha çox gələcəyə yönələn və hərəkətə əsaslanan bir yanaşmadır. Kouçlar şəxslərə məqsəd qoymaq, planlamaq, qərar qəbul etmək və həyatlarını yaxşılaşdırmaq üçün dəstək göstərirlər. Onlar daha çox nə edəcəyinizi və necə edəcəyinizi tapmağa kömək edirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil söyləyib.

İ.Adilin sözlərinə görə, kouçluğun peşə olaraq tarixi qədim dövrlərə dayanmasa da bu sahə XIX əsrdən etibarən zənginləşmiş, formalaşmışdır və hazırda dünyada idman, dəb, düzgün qidalanma, şəxsi həyat, spiritual (mənəvi) həyat, siyasət, biznes və s. istiqamətlərdə geniş tətbiq edilir.

1. Qədim dövrlər və ilk məşhur həyat məsləhətçiləri: Kouçluğun kökləri qədim Yunan və Roma dövrlərinə gedib çıxır. Filosoflar və həyat məsləhətçiləri, insanların həyatlarını necə daha yaxşı idarə etməli olduqları ilə bağlı təlimlər vermişlər. Məsələn, Sokrat və Aristotel insanlara özlərini tanımağa və daha yaxşı qərarlar verməyə təşviq edirdilər.

2. XIX və XX əsr: Kouçluq anlayışının müasir dövrü, 20-ci əsrin ortalarında başlayır. Bu dövrdə insanların psixologiya, təhsil və iş dünyasında özünə kömək və rəhbərlik etmək ehtiyacları artmağa başladı. Alfred Adler, Karl Yung kimi şəxslərin işləri insanların öz inkişaflarına yönəlmiş metodların formalaşmasına təsir etdi. 1960-70-ci illərdə isə şəxsi inkişaf və potensialın artırılması ilə bağlı daha geniş bir maraq yarandı.

3. Peşəkar kouçluğun inkişafı: Tomas Leonard və Con Vaytmor kimi şəxslər 1980-1990-cı illərdə kouçluq anlayışını müasir peşə sahəsi kimi formalaşdırdılar. Tomas Leonard personal və biznes kouçluğunun ilkin formalarını inkişaf etdirdi və kouçluğun strukturlaşdırılmış bir metodologiyasını təqdim etdi. Con Vaytmor isə 1990-cı illərdə məşhurlaşan GROW modelini təklif edərək kouçluğun strukturlu yanaşmalarını təqdim etdi.

O bildirib ki, son 70 ildə kouçluq həm şəxsi inkişaf, həm də peşəkar sahələrdə geniş yayılaraq müasir dünyanın vacib və təcili ehtiyaclarından birinə çevrilib. Bu dövrdə kouçluq əsasən aşağıdakı sahələrdə aktualdır:

1. Şəxsi inkişaf və özünütəkmilləşdirmə: Günümüzün sürətlə dəyişən dünyasında insanlar şəxsi həyatlarında, kariyeralarında daha çox məqsəd qoyurlar və bunlara çatmaq üçün istiqamətə, dəstəyə ehtiyac duyurlar. Kouçlar bu fərdləri öz potensiallarını kəşf etmə və arzularına çatma istiqamətində yönəldirlər. Özünütəkmilləşdirmə fərdlərin güclü tərəflərini kəşf etməsi və zəif tərəflərini inkişaf etdirməsi ilə bağlı metodlar təqdim edir.

2. Peşəkar yönləndirmə və karyera idarəetməsi: Müasir iş dünyasında insanlar karyeralarını idarə etmək, yeni məqsədlər təyin etmək və peşəkar inkişaflarını yönləndirmək üçün kouçlardan kömək alırlar. Kouçlar müştərilərinə daha uğurlu bir karyera qurmağı və iş dünyasında dəyişən şəraitə uyğunlaşmağı öyrədirlər. Xüsusilə liderlik, iş yeri dinamizmi, kommunikasiya və digər peşəkar bacarıqların inkişafı kouçluq sahəsinin genişlənməsinə səbəb olub.

3. Liderlik və komanda idarəetməsi: Şirkətlər və təşkilatlar rəhbərlərini, komandalarını daha səmərəli, həmçinin müvəffəqiyyətli etmək məqsədilə kouçluğa müraciət edirlər. Bu zaman kouçlar liderlərə öz komandalarını daha həvəsləndirici və uğurlu şəkildə necə idarə etməyi öyrədirlər. Ayrıca, komanda daxilindəki əlaqələri gücləndirmək və daha məhsuldar əməkdaşlıq yaratmaq üçün kouçluq metodları tətbiq edilir.

4. Həyat tərzi və iş-həyat tarazlığı: Müasir dövrdə insanlar iş və şəxsi həyat arasında tarazlıq tapmaqda çətinlik çəkirlər. Kouçlar bu balansı qurmaq, fərdlərin həm iş, həm də şəxsi həyatlarında daha sağlam və təbii bir yanaşma tapmasına kömək edirlər. Bu, stresin idarə olunması, zamanın düzgün bölüşdürülməsi və şəxsi həyatın keyfiyyətinin artırılması ilə bağlı metodları əhatə edir.

5. Spiritual kouçluq (mənəvi kouçluq) insanın daxili dünyası, mənəvi inkişafı və həyat məqsədini tapması ilə bağlı bir kouçluq növüdür. Bu yanaşma şəxsin daxili gücünü, ruhi vəziyyətini və həyatın mənasını dərk etməsi üzərində cəmlənir. Spiritual kouçluq insanların həyatlarında daha böyük bir mənəvi əlaqə, fərqindəlik və daxili huzur tapmalarına kömək edir. Spiritual kouçluq fərdlərin yalnız həyatda qarşılarına çıxan maneələri aşmalarına deyil, həm də öz mənəvi inkişaflarını tapmalarına və daha məqsədyönlü bir həyat yaşamalarına kömək edir. Spiritual kouçluq hazırda dünyada bütün sahələrdə yenilik olaraq tanınan kvant düşüncəsi - üstün düşüncə nəzəriyyəsinə əsaslanır.

6. Yoqa kouçluğu yoqa praktikasını şəxsi inkişaf və həyat məqsədlərini tapmağa yönəldən bir kouçluq növüdür. Bu yanaşma yoqa, meditasiya kimi mənəvi və fiziki təcrübələrin şəxsi və peşəkar həyatın yaxşılaşdırılmasına kömək edən alətlər olaraq istifadə edilməsini əhatə edir. Yoqa kouçluğu, sadəcə fiziki məşqləri deyil, eyni zamanda, ruhi, emosional və mental vəziyyətin balanslaşdırılmasını hədəfləyir. Bu kouçluq növü insanlara öz daxili güclərini və potensialını kəşf etmək, həyatın müxtəlif sahələrində daha çox harmoniya və sükunət tapmaq üçün vasitələr təqdim edir.

7. Sosial media və onlayn kouçluq: Texnologiyanın inkişafı ilə onlayn kouçluq böyük bir populyarlıq qazanmışdır. İnstagram, YouTube və digər sosial media platformalarında kouçluq təlimləri, məsləhətləri və motivasiyaedici çıxışlar geniş yayılıb. Bu, fərdlərin zaman və məkandan asılı olmayaraq kouçluq xidmətlərindən istifadə etməsini asanlaşdırmışdır.

Azərbaycanda kouçluğun aktuallığı barədə danışan uzman vurğulayıb ki, bütün dünyada olduğu kimi Azərbaycanda da kouçluq fəaliyyətinin inkişafı son illərdə sürətlə artmışdır və bu sahə getdikcə daha geniş yayılmaqdadır. Son dövrlərdə insanların rifah halının yaxşılaşması mənəvi şəxsi inkişafa diqqəti artırmış, bu səbəblə də kouçluq xidmətlərinə tələbat da yüksəlmişdir.

1. Azərbaycanda Kouçluq sahəsinin başlanğıcı və inkişafı:

Azərbaycanda kouçluq fəaliyyəti, əsasən, 2000-ci illərin əvvəllərində daha çox populyarlaşmağa başlayıb. İlk dövrlərdə yalnız beynəlxalq səviyyədə məşhur olan kouçlar ölkəyə gətirilirdi. Lakin zamanla yerli kouçların da təlimlər və xidmətlər təqdim etməyə başlaması ilə bu sahə daha geniş yayılmağa başladı.

2. Kouçluq təlimləri və sertifikatlaşdırma:

Azərbaycan universitetlərində hələ ki, kouçluqla bağlı magistr və fəlsəfə doktoru (PhD) dərəcəsi proqramları tədris olunmasa da son illərdə bu sahəyə olan maraq, müxtəlif beynəlxalq, həmçinin yerli kouçluq məktəblərinin və təşkilatlarının təlim kursları, sertifikatlaşdırma proqramları təqdim etməsi ilə artmışdır. Bu təlimlər, ölkə daxilində həm fərdi inkişaf, həm də peşəkar kouçluq fəaliyyətinə yönəlmiş keyfiyyətli proqramlar yaratmağa imkan verir.

3. Kouçluq xidmətlərinə tələbatın artması:

Azərbaycanda iş dünyasında, təhsil sektorunda və şəxsi inkişaf sahəsində kouçluğa olan tələbat artıb. Şirkətlər və təşkilatlar işçilərinin performansını artırmaq, liderlik bacarıqlarını inkişaf etdirmək və komanda işini yaxşılaşdırmaq məqsədilə kouçlardan istifadə edirlər. Eyni zamanda, şəxslər də həyatlarında daha məqsədyönlü olmaq, stressi idarə etmək və fərdi inkişaflarını dəstəkləmək üçün kouçluq xidmətlərinə müraciət edirlər.

4. Kouçluq və şəxsi inkişaf:

Azərbaycanda kouçluq insanların həyat keyfiyyətini artırmaq, peşəkar və şəxsi hədəflərinə çatmaq, eləcə də stres və emosional yükü idarə etmək üçün bir vasitə olaraq qəbul edilir. Bu, şəxsi inkişaf sahəsində yeni bir yanaşma və alət kimi qiymətləndirilir.

İlahə Adil sonda qeyd edib ki, Azərbaycanda kouçluq fəaliyyəti sürətlə inkişaf edir, getdikcə daha çox insan və təşkilat kouçluq xidmətlərindən faydalanır. Bu sahə həm şəxsi inkişaf, həm də peşəkar həyatın inkişafı baxımından əhəmiyyətli bir rol oynamağa davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see334

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see322

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see313

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see276

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see248

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see246

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see241

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see228

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see206

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see196

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see188

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see177

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see175

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see175

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see173

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see168

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see165

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see160

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri