“Fal kartları yerini “life coach” dəftərinə verdi” Kouçluq sənəti, yoxsa yeni falçılıq forması?
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əslində kuoçluq dünyada ciddi peşədir. Psixologiya, kommunikasiya, insan davranışları, şəxsiyyət inkişafı bunların hamısı üzərində qurulan bir sahədir. Amma bizdə çox zaman bu proses “iki kitab oxudum, üç motivasiya videosu izlədim, deməli, artıq başqalarının həyatını idarə edə bilərəm” yanaşmasına çevrilir. Sosial şəbəkədə bir az izləyici yığmaqla həyat müəllimi olmaq asan görünür. Amma insanların psixoloji vəziyyəti, həyati qərarları, münasibətləri heç də “təcrübəsiz məsləhət” üçün sınaq meydanı deyil.
İnsanların bu “yeni falçı”lara üz tutmasının səbəbləri də aydındır: çarəsizlikdə ümid axtarmaq, psixoloqa getməkdən çəkinmək, tez nəticə istəyi, bir də kiminsə “mənim həyatımı dəyişdi” hekayələrinin cazibəsi. Amma risklər də az deyil. Depressiyada olan birinə “müsbət düşün, keçəcək” demək bəzən kömək yox, zərər verir. Bəzi hallarda peşəkar psixoloji müdaxilə lazımdır, amma vaxt düzgün istifadə olunmur. Digər tərəfdən, motivasiya adı ilə bahalı paketlər, kurslar, “möcüzə proqramlar” satılır. İnsanın həyatında dəyişən çox şey olmur, amma kart hesabı xeyli “inkişaf edir”.
Daha bir təhlükə insanların qərarvermə proseslərinə kobud müdaxilədir. “Mütləq belə et, həyatın dəyişəcək” deyən koç, nəticə istənilən kimi olmayanda məsuliyyət daşımır, günah yenə həyatın, taleyin, kainatın boynuna qalır. Üstəlik, bəzi insanlar zamanla öz həyatlarını düşünmək əvəzinə, hər addımda “kouçdan soruşmalıyam” düşüncəsinə alışır. Bu isə inkişaf yox, asılılıqdır.
Əlbəttə, peşəkar, savadlı, etik qaydalara sadiq koçlar da var və onların faydasını danmaq olmaz. Problem koçluqda yox, koçluq adı altında falçılıq edənlərdədir. İnsanların ümidləri, psixologiyası, taleyi “motivasiya biznesinin” oyuncağı olmamalıdır.
Leyla Mirzə, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 12 Yanvar 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















