Icma.az
close
up
RU
KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir MÜSAHİBƏ

KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir MÜSAHİBƏ

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

Bu gün paytaxtda başa çatan “Bakı Enerji Həftəsi” (“Baku Energy Week 2026”) çərçivəsində “KPMG”nin Azərbaycandakı İdarəedici Tərəfdaşı, Qafqaz və Mərkəzi Asiya üzrə İnfrastruktur rəhbəri Vitali Yakovlev bərpaolunan enerji sahəsində layihələrinin miqyasının genişləndirilməsi və regionun ixrac potensialının inkişaf etdirilməsi perspektivlərinə həsr olunmuş sessiyaya moderatorluq edib. “KPMG” audit, vergi, hüquq və konsaltinq xidmətləri göstərən dünyanın ən böyük peşəkar firma şəbəkələrindən biridir. Forumdan sonra Vitali Yakovlev xüsusən də qarşıdakı illərdə enerji gündəliyini nəyin formalaşdıracağı ilə bağlı təəssüratlarını və gəldiyi əsas nəticələri AZƏRTAC-la bölüşüb.

– Vitali, “Baku Energy Week 2026” sizdə hansı təəssüratı yaratdı?

– Hər il bu tədbir öz statusunu biznes nümayəndələri, dövlət qurumları və beynəlxalq investorlar arasında dialoq üçün əsas platformalardan biri kimi təsdiqləyir. Lakin bu il gündəmin özünün necə dəyişdiyi xüsusilə nəzərə çarpır. Əgər əvvəllər müzakirələrin əhəmiyyətli hissəsi bərpaolunan enerji sahəsində planlar və ambisiyalar ətrafında cəmlənirdisə, bu gün söhbət artıq konkret layihələrdən, investisiya qərarlarından və regional əməkdaşlıq mexanizmlərindən gedir.

“Green Energy – Scalable Projects and Regional Export” sessiyasının moderatoru kimi mənim üçün iştirakçıların yüksək səviyyədə iştirakını və müzakirələrin praktik xarakterini görmək xüsusilə maraqlı idi. Çıxış edənlər gələcəyə baxışlarından daha çox layihələrin həyata keçirilməsi təcrübələrini, mövcud çağırışları və ixrac infrastrukturunun inkişafı üzrə konkret addımları bölüşüblər. Bu, bazarın yeni yetkinlik mərhələsinə qədəm qoyduğunu göstərir.

– Müzakirədən sonra gəldiyiniz əsas nəticələr hansılardır?

– Əsas nəticə ondan ibarətdir ki, region artıq strategiya hazırlama mərhələsindən realizə mərhələsinə keçir. Biz irimiqyaslı günəş və külək enerjisi layihələrinin uzunmüddətli milli inkişaf proqramlarının bir hissəsinə çevrildiyini, yaşıl enerji ixracı məsələlərinin isə beynəlxalq gündəmdə getdikcə daha çox yer tutduğunu görürük.

Sessiyamız zamanı dəfələrlə vurğulanıb ki, yaşıl keçidin uğuru təkcə istehsal həcmlərindən deyil, həm də ölkələrin etibarlı enerji ötürmə infrastrukturu yaratmaq, tərəfdaşlıq qurmaq və əlverişli investisiya mühitini təmin etmək qabiliyyətindən asılı olacaq.

– Bölgədən yaşıl enerji ixracı planları nə dərəcədə realdır?

– Bu gün bu artıq nəzəri məsələ deyil. Forum zamanı müxtəlif ölkələrdən və təşkilatlardan olan nümayəndələr regiondakı yaşıl enerji istehsalçılarını Avropa bazarları ilə birləşdirə biləcək enerji dəhlizlərinin inkişafı üzrə konkret təşəbbüsləri müzakirə ediblər.

Mənim fikrimcə, “Baku Energy Week 2026”nın ən vacib siqnallarından biri region ölkələrinin yaşıl enerjiyə yalnız dekarbonizasiya aləti kimi deyil, həm də iqtisadi əməkdaşlıq və ixrac üçün yeni bir istiqamət kimi baxmalarının dərk edilməsi oldu. Bu, həm dövlət qurumları, həm də özəl kapital üçün əlavə imkanlar yaradır.

– Bu gün investorlar üçün ən vacib amillər hansılardır?

– İnvestorlar layihələri getdikcə daha çox kompleks şəkildə qiymətləndirirlər. Yüksək günəş və ya külək enerjisi istehsalı potensialı artıq kifayət deyil. Miqyaslanma, şəbəkə bağlantısı, ixrac marşrutlarının mövcudluğu, tənzimləmə şəffaflığı və uzunmüddətli bazar proqnozlaşdırılması məsələləri ön plana çıxır.

Müzakirəmiz zamanı miqyaslanma məsələlərinə məhz xüsusi diqqət yetirilirdi. Bir çox layihə artıq texniki cəhətdən davamlılığını sübut edib. Növbəti vəzifə onların regional enerji sisteminə inteqrasiyasını təmin etmək və növbəti artım üçün şərait yaratmaqdır.

– Azərbaycan üçün hansı imkanlar açılır?

– Azərbaycan bir sıra amillərin kombinasiyası: əhəmiyyətli bərpaolunan enerji potensialı, böyük enerji layihələrinin həyata keçirilməsində uğurlu təcrübə və Asiya ilə Avropa arasında strateji vəziyyəti sayəsində çox güclü mövqedədir.

Tədbir bir daha göstərdi ki, ölkə beynəlxalq tərəfdaşlar tərəfindən gələcək regional enerji arxitekturasının mühüm iştirakçısı kimi qəbul edilir. Məhz buna görə də, transsərhəd infrastrukturun inkişafı, investisiyaların cəlb edilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri bu gün xüsusilə aktualdır.

– Sizcə, “Baku Energy Week 2026”nın nəticələrinə görə hansı tendensiyalar təsdiqləndi?

– Məncə, regionun enerji sektorunun inkişafında yeni bir mərhələnin başlanğıcının şahidi oluruq. Yaşıl enerji təkcə ekoloji təşəbbüs deyil, həm də investisiyaları, infrastrukturun inkişafını və beynəlxalq əməkdaşlığı stimullaşdıra bilən mühüm iqtisadi amilə çevrilir.

“Baku Energy Week 2026” dövlətlər, biznes və investorlar arasında bu məsələlər üzərində birgə işləməyə yüksək səviyyədə hazırlıq nümayiş etdirdi. Məhz bu, bizə deməyə əsas verir ki, yaxın illərdə biz təkcə yeni nəsil generasiya layihələri deyil, həm də daha geniş region üçün enerji təhlükəsizliyi və davamlı inkişafda mühüm rol oynayacaq tamhüquqlu regional enerji dəhlizlərinin formalaşmasını görəcəyik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2026 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see458

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see382

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see368

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see365

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see337

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see334

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see322

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see319

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see315

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see302

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see292

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see287

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see277

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see275

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see266

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see264

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see259

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see259

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri