Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Yaşıl enerjiyə diqqət artıb

Yaşıl enerjiyə diqqət artıb

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsini verməkdə maraqlıdır



  Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib. Ölkəmizə gələn qonaqların çoxu ilk dəfədir ki, səfər edir. Bu, onların ölkəmizlə daha yaxından tanış olmasına, onun tarixini, ənənələrini və mədəniyyətini öyrənməsinə imkan yaradır. Ümumiyyətlə, COP29-un Azərbaycanda keçirilməsi, ölkənin beynəlxalq səviyyədə əhəmiyyətini artıran, həmçinin qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki mövqeyini gücləndirən mühüm bir hadisədir. Bu, Azərbaycanın ekoloji siyasətini və dayanıqlı inkişaf hədəflərini nümayiş etdirən bir addımdır. Eyni zamanda, belə bir tədbir Azərbaycana həm regional, həm də dünya miqyasında daha geniş əməkdaşlıq imkanları və investisiyalar gətirə bilər. 

  Milli Məclisin üzvü Şahin Seyidzadə "Sherg.az"a açıqlamasında deyib ki, iqlim dəyişikliyi mövzusunun dünya gündəmində getdikcə daha çox yer tutduğu bir dövrdə, bu cür tədbirlər ölkənin həm ekoloji problemlərə, həm də qlobal əməkdaşlığa verdiyi önəmi vurğulayır. Millət vəkilinin sözlərinə görə, bu tədbir Azərbaycanın yerli ekosistemlərini qorumaq, təmiz enerji və bərpa olunan enerji sahələrində inkişafı dəstəkləmək və eyni zamanda qlobal iqlim siyasətinin formalaşmasında daha fəal rol oynamaq üçün vacib bir fürsətdir: 


"COP29-un elə birinci günündə əldə olunan ilk böyük uğur – karbon kreditlərinin yaradılması standartları üzrə konsensusa nail olunması onu göstərir ki, bu qlobal iqlim sammiti dünya üçün əhəmiyyətli qərarların qəbul edilməsi ilə nəticələnəcək. Bu isə o deməkdir ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) boykot etmək istəyən qüvvələrin məkrli niyyətləri baş tutmadı. Azərbaycanın neft ölkəsi olaraq COP29-a ev sahibliyi etməsini tənqid edənlərin arqumentləri də əsassız və məntiqsizdir". 

  Parlament üzvü vurğulayıb ki, Azərbaycanın enerji sektoru ölkənin iqtisadiyyatının əsas sahələrindən biridir: "Dövlət bu sektoru modernləşdirməyi, xarici investisiyaları cəlb etməyi və eyni zamanda enerji ixracını artırmağı hədəfləyir. Nəticədə enerji sektoru həm yerli iqtisadiyyatın inkişafına, həm də regionun enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycanın enerji siyasətində son dövrlərdə bərpa olunan enerji mənbələrinə, xüsusilə günəş və külək enerjisinə diqqət artıb. Ölkə, yaşıl enerji sektorunu inkişaf etdirməklə həm daxili enerji istehsalını artırmaq, həm də beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək istəyir. Cənab İlham Əliyev, Azərbaycanda bu sahədəki layihələrin artacağını və bu enerji növlərinin ölkənin ümumi enerji istehsalında böyük yer tutacağını xüsusi olaraq qeyd edib".

  Deputat qeyd edib ki, Azərbaycanın enerji siyasəti, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji effektivliyinin artırılması və enerji təhlükəsizliyinin təmin edilməsi ilə özünü göstərir: "Bu, ölkənin həm iqtisadi, həm də ekoloji məqsədlərə uyğun şəkildə uzunmüddətli inkişafını təmin etməyə yönəlmiş strateji yanaşmadır. Prezident cənab İlham Əliyevin COP29-un açılış mərasimindəki çıxışı, Azərbaycanın iqlim siyasətindəki hədəflərini və qlobal iqlim dəyişikliyi ilə mübarizədəki fəal rolunu bir daha nümayiş etdirir. Bu çıxış, ölkənin qlobal səylərə olan töhfəsini, davamlı inkişaf məqsədlərinə yönələn strateji planlarını və beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyəti bir daha nümayiş etdirir. Son olaraq qeyd edək ki, COP29-a hazırlıqlarla bağlı işlərə başlayandan etibarən Azərbaycana qarşı qarayaxma kampaniyalarına da start verilmişdi. Xüsusilə Qərb dairələrində hər zaman anti-Azərbaycan mövqeyi ilə seçilən qüvvələr, o cümlədən QHT-lər, müxtəlif lobbi dairələri və fəaliyyətini qeyri-obyektivlik və yalan üzərində qurmağa çalışan media orqanları, ayrı-ayrı siyasilər, bir gün belə ara vermədən, ölkəmizi müxtəlif istiqamətdə ittiham edərək tədbiri boykot etməyə çağırırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bu məsələyə də toxunaraq bildirib ki: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Noyabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri