Icma.az
close
up
RU
Kral ailəsində biabırçılıq: Şahzadənin oğlu zorlanmaya görə həbs edildi FOTO

Kral ailəsində biabırçılıq: Şahzadənin oğlu zorlanmaya görə həbs edildi FOTO

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Norveç kral ailəsi son illərin ən böyük qalmaqalı ilə üzləşib.

Ölkə.Az "The Sun"a istinadla xəbər verir ki, vəliəhd şahzadə Haakonun ögey oğlu, şahzadə Mette-Maritin 28 yaşlı oğlu Borq Hoibi cinsi təcavüzdə ittiham olunur.

Oslo polisi 2023-cü ilin avqustunda saxlanılan Hoibi ilə bağlı aylarla davam edən istintaqdan sonra cümə günü rəsmi ittihamları açıqlayıb.

Marius Borq Hoibi üç zorlama, dörd cinsi hücum və iki fiziki zorakılıq ittihamı da daxil olmaqla 9 ayrı ittiham üzrə mühakimə olunacaq.

Hazırda qurbanların sayının ikirəqəmli olduğu bildirilən faylda mətn mesajı qeydləri, şahid ifadələri və axtarışlardan əldə edilən məlumatlar var.

Hoibiyə qarşı ən diqqətçəkən ittihamlardan biri Norveç televiziya ulduzu Linni Meisterinlə bağlıdır. Qeyd edilir ki, Linni 2018-ci ildə kral ailəsinə məxsus Skauqum malikanəsində təşkil edilən ziyafətdə huşsuz halda təcavüzə məruz qaldığını iddia edib. Həmin vaxt Şahzadə Haakonun yuxarı mərtəbədə yatdığı iddia edilib.

Qalmaqalın mərkəzində “Skauqum festivalı” adlanan məclislərin kral malikanəsinin zirzəmisində keçirildiyi, spirtli içki və narkotikdən çox istifadə edildiyi bildirilir.

Hoibi açıqlamasında spirtli içki və kokain təsiri altında bir mənzildə zərər verdiyini, uşaqlıqdan bəri psixoloji pozğunluqlarla mübarizə apardığını və narkotik maddə asılılığı problemi olduğunu etiraf edib.

"Bu problemlər mənim etdiklərimə bəraət qazandırmır. Polislə əməkdaşlıq edib baş verənlərin məsuliyyətini öz üzərimə götürəcəyəm"  - o deyib.

Hadisədən sonra Londondakı reabilitasiya mərkəzlərində müalicə alan Hoibi daha sonra Kopenhagendə tanınmamaq üçün saçlarını rəngləyib maskalanaraq görüntülənib.

2023-cü ilin sentyabrında uzaqlaşdırma qərarını pozduğuna görə yenidən həbs edilən Hoibi noyabrda zorlama ittihamları ilə yenidən saxlanılıb.

O, həbsdə olarkən dəlillərə müdaxilə etməkdə şübhəli bilinib və ziyarətçiləri qəbul etməsinə, o cümlədən ona göndərilən məktubları almasına qadağa qoyulub.

Kral ailəsinin üzvünün 5-ci dəfə cinsi zorlama hadisəsini ilk dəfə saxlanılıb buraxıldıqdan sonra törətdiyi də iddialar arasındadır.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 İyun 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri