Şahzadənin oğlu zorlamalara görə həbs cəzası aldı
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Norveç şahzadəsi Mette-Maritin oğlu Marius Borq Höybü cinsi zorakılıq ittihamı ilə 4 il müddətinə həbs cəzasına məhkum edilib.
Modern.az xəbər verir ki, bu barədə Oslo Məhkəməsinin qərarında bildirilib.
Məhkəmə Marius Borq Höybünü 2018 və 2024-cü illərdə baş vermiş iki zorlama faktı üzrə təqsirli bilib. Ona qarşı irəli sürülən daha iki analoji ittiham üzrə isə bəraət hökmü çıxarılıb.
İstintaq materiallarına görə, zorlama ilə bağlı bütün ittihamlar hadisə zamanı yuxuda olan və ya özünü müdafiə etmək qabiliyyətində olmayan qadınlarla əlaqədardır.
Prokurorluq Höybünün 7 il 7 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb etsə də, məhkəmə ona 4 il həbs cəzası verib.
Marius Borq Höybü məhkəmə prosesi boyunca ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 15 İyun 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















