Icma.az
close
up
RU
Kral məzarını pis ruhlardan qoruyan mumiyalanmış pişik tapılıb...

Kral məzarını pis ruhlardan qoruyan mumiyalanmış pişik tapılıb...

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

...İngiltərənin Esseks şəhərindəki Uoltem Abbatlığında tarixçilər tərəfindən mumiyalanmış pişik aşkar edilib.

SİA xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat verib.

Tədqiqatçılar hesab edirlər ki, heyvan 1066-cı ildə Hastings döyüşündə vəfat edən sonuncu Anglo-Sakson kralı Harold Qodvinsonun məzarını qorumaq üçün kilsə divarına yerləşdirilib.

Mütəxəssislər hesab edirlər ki, bu cür rituallar qədim inanclarla əlaqəlidir: pişik dəfn yerini pis ruhlardan ruhlardan qorumalı idi.

Qeyri-adi kəşf ilk dəfə 1970-ci illərdə bərpa işləri zamanı aşkar edilib və mumiya daha sonra Epping Forest Muzeyinə bağışlanıb.

Heyvanın qalıqları bu yaxınlarda muzeyin kolleksiyalarının inventarlaşdırılması zamanı yenidən aşkar edilib.

Muzey direktoru Yan Kanall eksponatın olduğu qutunu açanda təəccübləndiyini bildirib.

...İçəridə mumiyalanmış pişik tapacağımı gözləmirdim - bu, olduqca qorxulu bir əşyadır.

Müayinədən sonra mütəxəssislər mumiyanın 16-18-ci əsrlər arasında abbatlıq divarına qoyulduğunu müəyyən ediblər.

Bu cür "qoruyucu pişiklər" adətən pis ruhlardan qorumaq üçün evlərə və ya tövlələrə yerləşdirilirdi, buna görə də tarixçilər xristian kilsəsində belə bir əşyanın tapılmasını nadir hal hesab edirlər.

Arxiv qeydlərinə görə, heyvanın qalıqları Kral Haroldun dəfn olunduğu güman edilən yerin yaxınlığındakı divarın içərisindən tapılıb.

...Uoltem Abbey Kilsəsi 7-ci əsrdə təsis edilib və uzun müddət ziyarət yeri kimi xidmət edib.

Möminlər buraya möcüzəvi xaça sitayiş etmək üçün gəlirdilər və əfsanəyə görə, Harold özü möcüzəvi şəkildə sağaldıqdan sonra abbeyi bərpa edib.

Mumiyləşdirilmiş pişik hazırda Eppinq Forest Muzeyində nümayiş olunur.

Müəssisənin əməkdaşları qeyd edirlər ki, tapıntı təkcə tarixi əsər deyil, həm də xristianlıqdan əvvəlki inancları və orta əsrlər İngiltərəsinin ənənələrini birləşdirən nadir dəfn ayinlərinin sübutu kimi dəyərlidir.

Nazlı Almuradova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Noyabr 2025 05:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri