Kraliçanın 100 illik yubileyi keçiriləcək
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Britaniya kral ailəsi və xalqı ölkə tarixinin ən uzun müddət taxtda qalan hökmdarı, mərhum Kraliça II Yelizavetanın anadan olmasının 100-cü ildönümünü möhtəşəm tədbirlərlə qeyd etməyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Məlumata görə, Kral Çarlz, Kraliça Kamilla və ailənin digər üzvləri aprelin 21-də keçiriləcək yubiley tədbirlərində iştirak edəcəklər.
Nəşr yazır ki, şənliklər aprelin 20-də Bukinqem Sarayındakı Kral Qalereyasında “Kraliça II Yelizaveta: Onun Stildəki Həyatı” adlı irimiqyaslı sərginin açılışı ilə başlayacaq. Kral Çarlz və Kraliça Kamillanın ziyarət edəcəyi sərgi mərhum hökmdarın onilliklər boyu formalaşmış modasını nümayiş etdirən ən böyük kolleksiyadır. Sərgidə Kraliçanın qarderobundan əvvəllər heç vaxt ictimaiyyətə göstərilməyən nadir nümunələr də yer alıb.
Qeyd olunub ki, tədbirdə Baş nazir Kir Starmer də tədbirlərdə iştirak edəcək.
Xatırladaq ki, II Yelizaveta 2022-ci ilin sentyabrında 96 yaşında vəfat edib. O, 1952-ci ildə atası V Corcun vəfatından sonra taxta çıxaraq, 70 il hakimiyyətdə olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 10 Aprel 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















