Kraliçanın milyonluq əfsanəvi xəzinələri tapıldı
Icma.az, Lent az portalına istinadən məlumat verir.
ABŞ-ın Florida sahilləri yaxınlığında arxeoloqlar 310 il əvvəl batmış ispan gəmilərindən qızıl və gümüş sikkələr aşkar ediblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, minlərlə sikkə xüsusi olaraq əfsanəvi xəzinənin axtarışı üçün yaradılmış “1715 Fleet — Queens Jewels LLC” şirkəti tərəfindən aşkarlanıb. Tapıntının dəyəri bir milyon dollar olaraq qiymətləndirilir.
Xüsusilə, sikkələr Boliviya, Meksika və Perudakı ispan müstəmləkələrində hazırlanmışdı və 11 qaleonla metropoliyaya daşınırdı.
1715-ci ildə bu gəmilər fırtınaya düşdü və qiymətli yüklər Floridanın sahillərində suyun dibinə getdi. Daşınan əşyaların dəyərinə görə, həmin ispan qaleonlarına “Gümüş donanması”, artefaktlara isə “İspan kraliçasının xəzinələri” adı verilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 04 Oktyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















