Icma.az
close
up
RU
Kraliçanın müşaviri Sovet casusu olub

Kraliçanın müşaviri Sovet casusu olub

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Uzun müddət Kraliça II Elizabetin sənət müşaviri işləmiş şəxs sovet kəşfiyyatçısı olub.
Reyting.az
beynəlxalq mediaya istinadla xəbər verir ki, bunu məxfiliyi ləğv edilmiş sənədlər sübuta yetirir.
Söhbət kral sənət tarixçisi Entoni Bluntdan gedir. Böyük Britaniya Milli Arxivləri tərəfindən açıqlanan fayllar 1930-cu illərdə Kembric Universiteti ilə əlaqəsi olan və Britaniya kəşfiyyatının sirlərini SSRİ-yə ötürən casus şəbəkəsi haqqında yeni təfərrüatları ortaya qoyur.
“Bukingem Sarayında Kraliçanın şəkillərinə rəy verən kimi işləyən Blunt illər boyu şübhə altında olub və nəhayət 1964-cü ildə İkinci Dünya Müharibəsi zamanı MI5-in yüksək rütbəli zabiti kimi sovet agentlərinə məxfi məlumatları ötürdüyünü etiraf edib”, - materialda xatırladılır.
MI5 zabitinin sözlərinə görə, Blunt o zaman deyib ki, çiyinlərindən yükü götürməkdən “dərin rahatlıq” hiss edir.
Etirafının müqabilində casusa işini və sosial statusunu saxlamağa icazə verilib, amma Kraliça bu məsələlərin fövqündə saxlanılıb.
1972-ci ildə Kraliçanın şəxsi katibi Martin Çarteris MI5-in rəhbəri Maykl Henliyə deyib:
“Kraliça bunu bilmirdi və indi ona deməyin mənasını da yoxdur. Çünki bu, yalnız onun dərdlərini artıracaq”.
Bununla belə, artıq 1973-cü ildə Britaniya hökuməti monarxa həqiqəti söyləmək qərarına gəlib, çünki Blunt xəstə idi və rəsmilər onun ölümündən sonra mediada səs-küy olacağından qorxub.
M. Çarteris deyib ki, Kraliça hər şeyi çox sakit və təəccüblənmədən qəbul edib və 1950-ci illərin əvvəllərində onun şübhə altında olduğunu xatırladıb.
Qeyd edilir ki, Blunt 1979-cu ilin noyabrında İcmalar Palatasında baş nazir Marqaret Tetçer tərəfindən açıq şəkildə ifşa edilib. Daha sonra o, cəngavərlikdən məhrum edilib, lakin heç vaxt mühakimə olunmayıb və 1983-cü ildə 75 yaşında ölüb.
V. QULİYEV

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 Yanvar 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri