Icma.az
close
up
RU
Kraliçanın ölümündən üç il sonra: II Yelizavetanın yaxınlarından nə gizlətdiyi AÇIQLANDI

Kraliçanın ölümündən üç il sonra: II Yelizavetanın yaxınlarından nə gizlətdiyi AÇIQLANDI

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Keçən həftə britaniyalılar kraliça II Yelizavetanı xatırlayırdılar – sentyabrın 8-də onun vəfatından artıq üç il keçirdi.

Məlum olduğu kimi, kraliça II Yelizaveta 96 yaşında sümük iliyi xərçəngindən vəfat edib. Lakin müəllif kitabında yazır ki, monarx həkimlərindən ömrünü mümkün qədər uzatmağı xahiş edib, çünki diaqnoz ona əri, Edinburq hersoqu şahzadə Filipin ölümündən dərhal sonra qoyulmuşdu və kraliça taxtda olmasının 70 illik yubileyini görməyi çox arzulayırdı.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, dərc olunmuş kitabdan bir hissədə Borrell yazır ki, kraliça Yelizavetaya xərçəng diaqnozu 2021-ci ilin aprelində şahzadə Filipin ölümündən “cəmi bir neçə ay sonra” qoyulub.

“Bu, onun üçün ərinin itkisindən dərhal sonra dağıdıcı bir zərbə oldu”, - o kitabda qeyd edir.

Kraliça bu haqda öz “etibar dairəsi”ndən kənarda heç kimə deməyib, həmin dairəyə isə “pajlar, xidmətçilər və geyimçilər” daxil idi.

“Ailə üçün hər şey qaydasında görünürdü, lakin həkimlər onun yalnız Miladadək yaşaya biləcəyini proqnozlaşdırırdılar”, - Borrell davam edir.

“Kraliça cavab verib: “Çox təəssüf, axı gələn il mənim platin yubileyimdir və onu görməyi çox istərdim. Siz məni o vaxta qədər yaşada biləcəksinizmi?” – o həkimlərindən soruşub.

Bildiyimiz kimi, 2022-ci il mərhum kraliçanın 70 illik hakimiyyət yubileyi ilə yadda qalıb və bu, Britaniya monarxı üçün ilk platin yubiley olub. Ölkə boyu böyük bayram tədbirləri keçirilib və diqqət mərkəzində Yelizaveta olub.

Müəllif yazır ki, sağlamlığını qorumaq üçün mərhum kraliça “qan köçürmələrinə dözür və həkimlərin göstərişlərinə ciddi şəkildə əməl edirdi, sevimli cin-tonik, Dubonnet ilə cin və martinisindən imtina etmişdi”.

Onları isə “alma suyu (və bazar günləri özünə şirniyyat kimi tomat suyu) ilə əvəz edirdi ki, ömrünü uzatsın”.

Həkimlər “onun həyatını qoruyub saxladılar ki, o, bu əlamətdar hadisənin şahidi olsun”, lakin kraliçanın keçmiş xidmətçisi qeyd edir ki, mərhum monarx “bütün bu müddət ərzində öldüyünü bilirdi”.

Kral ailəsinin üzvləri kraliça II Yelizavetanın səhhətindəki problemlərin ciddiliyindən “yalnız son bir neçə ayda” xəbər tutublar, - Borrell yazır. Kraliça “ailəni narahat etməmək üçün onları bilərəkdən xəbərsiz saxlayırdı”, amma mərhum monarxın diaqnozunu gizli saxlamaq üçün daha bir səbəbi də var idi.

“O həmçinin narahat idi ki, xəstəliyi regentliyə yol aça bilər”, - Borrell iddia edir.

“Bu, onun üçün iyrənc idi. O, sona qədər hökmranlıq etmək istəyirdi və qətiyyən regentliklə idarə olunan xəstə kraliça olmaq istəmirdi”.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Sentyabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri