Krasnodarda PUA hücumu nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Rusiyanın Krasnodar diyarının Gelencik şəhərinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində azı 3 nəfər ölüb, 13 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat yayıb.
Onun sözlərinə görə, ən ağır nəticələr Gelencik yaxınlığındakı Arxipo-Osipovka kəndində qeydə alınıb. PUA hücumu zamanı mülki infrastruktura ziyan dəyib, azı 3 nəfər ölüb, 13 nəfər, o cümlədən uşaqlar xəsarət alıb. Yaralılara zəruri tibbi yardım göstərilib.
Rusiya Fövqəladə Hallar xidmətləri hadisə yerində çalışır, zərərin həcmi dəqiqləşdirilir. Hücumun Ukrayna tərəfindən həyata keçirildiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:Krasnodarda PUA hücumu nəticəsində iki uşaq ölüb
22 Avqust 2026 13:30
Ukrayna dronlarının hücumu nəticəsində Krasnodarda üç nəfər ölüb
26 Sentyabr 2026 12:18
Krımda PUA hücumu nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb
22 Sentyabr 2025 02:13
Ukraynanın Rusiyaya PUA hücumu nəticəsində 3 nəfər ölüb, 1 uşaq yaralanıb
07 Aprel 2026 10:27
İsrailin Livana hücumu nəticəsində 9 nəfər ölüb, 3 nəfər yaralanıb
03 Dekabr 2024 05:44
Baxış sayı:144
Bu xəbər 03 Avqust 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















