Icma.az
close
up
RU
Menu

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

Ukraynada sülhə mane olanların adları açıqlandı

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

12 ton saxta spirtli içki ələ keçirildi

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

Azərbaycanla Ermənistan münasibətləri Misirdə müzakirə olunub

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirilir YENİLƏNİB 2 AZƏRTAC

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirilir YENİLƏNİB 2 AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də Əqli Mülkiyyət Agentliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə ÜƏMT arasında kreativ iqtisadiyyat sahəsində əməkdaşlığın davamı olan regional seminarda bu beynəlxalq təşkilatı təmsil edən nümayəndə heyəti, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edirlər.

Açılış mərasimində çıxış edən Agentliyin rəhbəri Kamran İmanov bildirib ki, bugünkü regional seminar müəyyən mənada innovasiyadır: yeni yanaşma və yeni həllər yoludur. Bu seminar yaradıcılığı, ixtiraçılığı və özünüifadə etməyi davamlı iqtisadi artımın əsas drayveri kimi təsvir edir, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yeni hazırlanan CEDM modelinin tətbiqi təklifini tətbiq etməyimizə dəstək göstərir.

K.İmanov diqqətə çatdırıb ki, CEDM – kreativ iqtisadiyyatın data (məlumat) modelidir. CEDM model empirik dataların toplanmasında, kreativ iqtisadiyyatın dəyərlənməsində çoxsahəli ölçü aləti rolunu oynayan və geniş faktorların nəzərə almasına imkan yaradan alətdir. Burada kreativ məhsul istehsalatı olan institusional mühit kreativ istehsalı tələb edən resurslar və kreativ sektorun iqtisadiyyata təsirini göstərən kreativ (yaradıcı) nəticələrdir. Bu cür yanaşma yenidir, daha dərin, mükəmməl aspektləri ilə yanaşı, sosial və mədəni aspektlərini də nəzərə alır və bu modeldə əqli mülkiyyətin rolu, xüsusən müəlliflik hüququnun əhəmiyyəti qabarıq şəkildə göstərilir.

ÜƏMT-nin departament direktorunun müavini, böyük menecer Dimiter Qançev çıxışında bildirib ki, bu gün əsas məsələlərdən biri iqtisadiyyatın şaxələndirilməsidir. Eyni zamanda, biz iqtisadi baxımdan qeyri-sabit dövrdə yaşayırıq. Digər tərəfdən, hər kəs əlində olan resursları optimallaşdırmağa çalışır. Bunlardan biri də yaradıcılıqdır, kreativlikdir.

ÜƏMT rəsmisi diqqətə çatdırıb ki, kreativlik özü-özlüyündə iqtisadi inkişaf yaratmır. Bunun üçün mühit olmalıdır. Həmçinin bir mexanizm olmalıdır ki, kiçik şirkətlər, böyük şirkətlər öz məhsullarını bazara çıxara bilsinlər. Əsas mexanizmlərdən biri də əqli mülkiyyət hüquqlarının qorunmasıdır. Bunun vasitəsilə yaradıcılıq məhsulları bazara çıxarıla bilər və bundan iqtisadi dəyər əldə edilə bilər. Bu səbəbdən müəllif hüquqlarının və əqli mülkiyyət hüquqlarının qorunması yaradıcı sənaye üçün olduqca vacibdir.

D.Qançev qeyd edib ki, ÜƏMT 20 il əvvəl kreativ sənayenin iqtisadiyyata töhfəsini ölçən metodologiya hazırlayıb. Bunun da əsası müəllif hüququnun qorunmasıdır. Bu, çox önəmli və aydın meyarlardan biridir. Bu metodologiyanı 65 ölkə, o cümlədən Azərbaycan qəbul edib.

“Ümumi daxili məhsulda (ÜDM) kreativ sektorun rolu getdikcə güclənir. Metodologiyanı tətbiq etdik və anladıq ki, bu, tam şəraiti bizə demir. Bu, təkcə ÜDM və iş yerləri ilə bağlı deyil. Bunun sosial və mədəni təsirləri də var. Yaradıcılıq bir vakuumda fəaliyyət göstərmir. Bunun üçün müvafiq ekosistem olmalıdır ki, bu sahə genişlənsin və inkişaf etsin. İki gün ərzində regional seminarda biz növbəti addımları müzakirə edəcəyik. Məsələn, biz o ekosistemi necə görmək istəyirik ki, yaradıcılıq inkişaf edə bilsin, bunun üçün parametrlər necə olmalıdır. Biz inanırıq ki, yeni model vasitəsilə biz bir nümunə təqdim edə bilərik.

Azərbaycan bu layihəni ilk tətbiq etdiyimiz ölkələrdən biridir. Biz gələn il modelin icrasının nəticələrini açıqlayacağıq”, - deyə ÜƏMT rəsmisi bildirib.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov yaradıcı sənayenin dünyada sürətlə inkişaf edən sahələrdən biri olduğunu deyib. Onun sözlərinə görə, bu, həm rəqəmsallaşma, həm də dövlətlərin diqqətinin artırılması və sətrmayə qoyulması ilə bağlıdır: “Yaradıcı sahənin inkişafı əqli mülkiyyət məsələlərinin əhəmiyyətini, aktuallığını da artırır. Bugünkü rəqabətli biznes mühitində əqli mülkiyyət bütün şirkətlər üçün dəyərli bir aktivə çevrilir. Kiçik və orta bizneslər üçün onların əqli mülkiyyət hüquqlarını başa düşmələri və qorumaları innovasiyaları təşviq etmək, bazarda mövcud olmaq və rəqabət üstünlüklərini qorumaq üçün çox vacibdir. Əqli mülkiyyət məsələləri, həmçinin yaşıl innovasiyalar, yaşıl iqtisadiyyatın dəstəklənməsində mühüm rola malikdir. Əqli mülkiyyət qorumaq və rəqabət üstünlüyünü təmin etməklə yaşıl texnologiyalara investisiyalar ayrılmasına xidmət edir. Bütün qeyd edilən amillər fonunda əqli mülkiyyət aktivlərinin genişlənməsi ölkəmizin yaşıl inkişaf gündəliyinin daha effektiv həyata keçirilməsinə töhfə verəcək”.

Açılış mərasimində, həmçinin Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputat Hikmət Babaoğlu, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, AZPROMO-nun rəhbəri Yusif Abdullayev çıxış edərək tədbirin mövzusunun aktuallığını qeyd ediblər, regional seminarın işinə uğurlar arzulayıblar.

Daha sonra tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Əqli Mülkiyyətin yenidən dərk edilməsi və kreativ iqtisadiyyat” mövzusunda məruzəsi dinlənilib.

Agentliyin rəhbəri bildirib ki, əqli mülkiyyətin müasir konteksti nəzərəçarpan dərəcədə dəyişib, onun kökündə təkcə hüquqi məna deyil, iqtisadi və sosio-mədəni məna da başa düşülür. Əqli mülkiyyətin müasir kateqoriyasında fiziki və hüquqi şəxslərin əqli fəaliyyət nəticələrinə (ƏFN) verilən yalnız müstəsna hüquqlar deyil, bilavasitə ƏFN də nəzərə alınmalıdır.

Məruzədə kreativ iqtisadiyyatın inkişafında bir sıra qurumların, o cümlədən İqtisadiyyat Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, Mədəniyyət Nazirliyinin, habelə Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mühüm rolu diqqətə çatdırılıb.

K.İmranov diqqətə çatdırıb ki, Əqli Mülkiyyət Agentliyində aparılan təhlil və hesablamalara görə, Azərbaycanda ÜDM-də kreativ sənayenin payı getdikcə artmaqdadır. Bu göstərici, 2024-cü ilin 1 yanvarına olan vəziyyətə görə 5,2 faizə çatıb və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir.

Daha sonra ÜƏMT-nin departament direktorunun müavini, böyük menecer Dimiter Qançev “Kreativ iqtisadiyyatın mövcud ölçmə modellərinə ümumi baxış” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə hər bir modelin dataya əsaslandığı qeyd olunub. Eyni zamanda, bildirilib ki, data hər şeyi ifadə etmir. Məsələyə elmi yanaşılmalıdır. Datalar məlumata çevrilməli, qəbul edilən qərarların elmi əsası olmalıdır.

Seminarın ilk günündə ÜƏMT-nin nümayəndələri “Müəllif-hüquq sənayesi ÜƏMT çərçivəsində”, “Kreativ iqtisadiyyatın data modelinin yaradılması”, “Modelin çərçivəsi, strukturu və indikatorları”, “İndeks metodologiyası və məlumat mənbələri, tələblər” mövzularında məruzələrlə çıxış edəcəklər.

İki gün davam edəcək seminarda ÜƏMT-nin peşəkar mütəxəssisləri kreativ iqtisadiyyatın aktual məsələlərinə dair məruzələrlə çıxış edəcək, əqli mülkiyyətin, o cümlədən müəlliflik hüquqlarının kreativ iqtisadiyyatın inkişafında payı barədə müzakirələr aparılacaq. Həmçinin kreativ iqtisadiyyatın inkişafında Azərbaycan təcrübəsi və bu sahədə ölkəmizdə həyata keçirilən layihələr barədə tədbir iştirakçıları qarşısında geniş təqdimat olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see193

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see157

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see139

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see131

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see129

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see127

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see127

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see126

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see124

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see121

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see120

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see119

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see119

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see119

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see119

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see116

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see115

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see113

Azərbaycanla Ermənistan münasibətləri Misirdə müzakirə olunub

15 Aprel 2025 18:43see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri