Kredit borcuna görə evə həbs qoyularsa, əşyaların taleyi necə olur? ŞƏRH
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kredit borcları təkcə maliyyə deyil, həm də sosial problemlərə yol açır. Bu məsələlərdən biri də borclunun borcunu ödəyə bilmədiyi halda şəxsi mülkünə həbs qoyulmasıdır.
Lakin belə vəziyyətlər bir sıra sualları gündəmə gətirir. Məsələn, əgər borclunun evinə həbs qoyularaq həmin mülk hərraca çıxarılırsa, bəs evdəki mebel, məişət texnikası və şəxsi əşyaların taleyi necə olur?
Mövzu ilə bağlı GGununsesi.info-ya açıqlamasında hüquqşünas Uğur Əliyev bildirib ki, icra prosesi zamanı yalnız borcluya məxsus əmlak, tələbin ödənməsi üçün müvafiq qanun çərçivəsində istifadə oluna bilər.
Onun sözlərinə görə, qanun müəyyən zəruri məişət əşyalarının icradan qorunmasını nəzərdə tutur:
“Evin içindəki yataq, soyuducu, işə yarayan kompüter kimi gündəlik zəruri əşyalar adətən müsadirə olunmur. Ancaq lüks əşyalar və ya dəyərli əmlak hesab edilən predmetlərə həbs qoyula bilər.
Beləliklə, qanun borclunun gündəlik yaşayışı üçün lazım olan ev əşyalarını qoruyur, lakin dəyərli və lüks sayılan əşyalar istisna təşkil edə bilər”.
Afət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 01 Sentyabr 2025 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















