Avtobuslarda unudulan əşyaların aqibəti necə olur? Məsuliyyət kimdədir? FOTO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
İctimi nəqliyyatda vətəndaşlara məxsus unudulan əşyaların aqibəti necə olur? İtən əşyaların məsuliyyəti kimə aiddir?
Məsələ ilə bağlı “BakuBus”-un mətbuat katibi Əsmər Əliyeva Avtosfer.az-a bildirib ki, əgər avtobusda unudulan əşyaları sürücülər tapırsa, onları qaraja təhvil verirlər. “Bu halda qaraja gətirilən itmiş əşyaların sahibləri tapılaraq geri verilir”.
Əsmər Əliyeva bildirib ki, sərnişinlər BakuBus-ın balansında olan avtobuslarda itirilmiş əşyalarla bağlı məlumatı təqdim etmək üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
“Müraciətin dəqiq və operativ araşdırılması üçün sərnişinlərdən ad və soyada, itən əşyanın adı və təsviri, avtobus haqqında məlumatı (dövlət qeydiyyat nişanı və marşrut xəttinin nömrəsi) təqdim etməsi istənilir. Bundan sonra daxil olan müraciətlər üzrə BakuBus tərəfindən dərhal araşdırma aparılır və sərnişinlərə mümkün olan ən qısa müddətdə məlumat verilir”.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 19 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















