Icma.az
close
up
RU
Sahibi tapılmayan əşyaların aqibəti necə olur? RƏSMİ CAVAB

Sahibi tapılmayan əşyaların aqibəti necə olur? RƏSMİ CAVAB

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər gün küçələrdə, ictimai nəqliyyatda və ticarət mərkəzlərində unudulmuş və ya itmiş əşyalar tapılır. 

İtkin düşən əşyaların sonrakı taleyi bir çox insanın maraq dairəsindədir. Əvvəllər tapılan əşyalar daha çox polisə təhvil verilirdisə, indi sosial şəbəkələrdə bu barədə elanlara daha çox rast gəlinir.

Amma əşyaların rəsmi şəkildə toplanıb saxlanıldığı xüsusi bir qurum da mövcuddur. Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin tərkibində fəaliyyət göstərən "Tapıntılar bürosu"na gətirilən itkin əşyalar burada qeydiyyata alınır və sahibinə qaytarılması üçün tədbirlər görülür.

Bəs bu ilin ilk altı ayında neçə əşya qruma təhvil verilib? Sahibi tapılmayan əşyaların aqibəti necə olur?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polis əməkdaşları tapılan əşyaların sahibini müəyyən edir və onları müvafiq qaydada sahibinə qaytarır:

“Bakıda insanların sıx toplaşdığı ərazilərdə, o cümlədən kafelərdə, restoranlarda, kinoteatrlarda və digər ictimai yerlərdə unudulmuş və ya itirilmiş əşyalar Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində fəaliyyət göstərən “Tapıntılar bürosu”na təqdim olunur.

Polis əməkdaşları tərəfindən həmin əşyaların sahibi müəyyən edilir və müvafiq qaydada sahibinə təhvil verilməsi təmin olunur”. 

N.Əliyev qeyd edib ki, cari ilin ilk 6 ayı ərzində itirilmiş əşyalar və sənədlərlə bağlı vətəndaşlardan 1 548 müraciət daxil olub:

“Bəzi hallarda isə sənədin və ya əşyanın sahibi məlum olmadıqda, tapıntılar büroda bir ay müddətində saxlanılır, daha sonra isə aidiyyəti üzrə təhvil verilir.

Cari ilin ilk 6 ayı ərzində itirilmiş əşyalar və sənədlərlə bağlı vətəndaşlardan 1 548 müraciət daxil olub. Müraciətlər üzrə qanunvericiliyə uyğun müvafiq cavablar təqdim edilib. Büroda olan sənədlərin sahibinə qaytarılması təmin olunub”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:607
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri