Icma.az
close
up
RU
Kredit borcunu ödəməyənlərə XƏBƏRDARLIQ

Kredit borcunu ödəməyənlərə XƏBƏRDARLIQ

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Azərbaycanda bu günə olan statistikaya əsasən, problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin yerli icra qurumlarının icraatında olan bu icra işləri bank və bank olmayan kredit təşkilatlarının tələbkar tərəf olduğu işlərdir. 
Həmin işlər məcburi icraya yönəldildiyinə görə problemli kreditlər hesab olunur.
Ölkəmizdə bank və bank olmayan təşkilatlardan müəyyən vəsait götürməklə qarşısına qoyduğu məqsədi reallaşdıran insanlar çoxdur. Lakin sonradan həmin məbləği ödəməyən və ya ödəyə bilməyən insanların da sayı xeylidir.
Ümumiyyələ, problemli kredit anlayışına nələr daxildir? Məcburi icra qaydaları hansı borclulara aid edilir? Həmin şəxsləri hansı aqibət gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, kredit dedikdə yalnız müəyyən müddətə götürülən borc başa düşülür:
“Yəni banklardan, bank olmayan təşkilatlarından, lombardlardan, ticarət şəbəkələrindən alınan nisyə mallardan söhbət gedir. Amma icra məmurlarının apardığı və məhkəmələrdə baxılan borc işlərinə problemli kreditlərdən əlavə alimentlər də daxildir. Çünki bu da borcdur. Bu mənada bura aidliyi var. Onun da ödənilməsi mexanizmi eynidir. Məhkəmə üçün, icra məmuru üçün fərqi yoxdur ki, vətəndaş kredit götürüb qaytarmır, yoxsa valideyn aliment ödəmir”.
Ekspert bildirib ki, qanunla borcu ödəməyənə qarşı heç bir tədbir görülə bilməz:
“Qanun deyir ki, əgər insanın imkanı yoxdursa, ona qarşı heç bir tədbir görmək olmaz. Bizdə isə həbs olunacağını deyirlər, ölkədən çıxışına qadağa qoyurlar, hətta bəzən cərimə edirlər. İnsanın borcunu ödəməyə pulu yoxdur, məhkəmə hələ onu əlavə olaraq cərimə edir. Bu məsələlərin həlli yolu eynidir, pulu varsa, ödəyir, yoxdursa, ödəyə bilmir və buna qarşı görülən bütün tədbirlər qanunsuzdur”.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 May 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see293

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see284

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see267

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see261

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see253

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see246

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see240

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see237

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see230

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see229

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see224

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see223

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see218

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see215

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see212

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see212

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see210

24 saatda “müalicə olunan” 35 illik xəstəlik 20 sentyabr ZƏFƏRİNİN ANATOMİYASI

19 Sentyabr 2026 17:03see201

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see188

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri