Icma.az
close
up
RU
“Kredit götürməyə kömək” adı altında dələduzluq

“Kredit götürməyə kömək” adı altında dələduzluq

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qaradağ rayon sakini Samir Həsənov bankdan kredit götürməyə yardım adı altında adamları aldadıb, pullarını ələ keçirməkdə ittiham olunur.

Bizimyol.info xəbər verir ki, 40 yaşlı Samir Həsənov bu hərəkətlərinə görə Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. O, Şəmkir rayon sakini olan Könül adlı xanıma qarşı da eyni əməli törədib.

Zərərçəkmiş Şəmkirdə satılan evi ala bilmək üçün bankdan kredit götürmək istəyib. Bu məqsədlə də tanışı vasitəsilə Samir Həsənova müraciət edib ki, kredit götürmək işində ona kömək eləsin. Onlar Bakıda görüşüblər. Samir Həsənov qadının özünü Beynəlxalq Banka göndərib. Lakin ona kredit verilməyib. Deyilib ki, iş yerində stajı 6 aya çatmayıb. 6 ayın tamamından sonra onlar bir daha görüşüb, qadın bir daha banka gedib. bu dəfə ona 3700 manat, üstəlik, 300 manatlıq da kredit kartı verilib.

Daha sonra Könül “Unibank”a müraciət edib, oradan da 2700 manat pul və içində 500 manat olan kredit kartı alıb. O, Samir Həsənova bildirib ki, ev almaq üçün bu məbləğ kifayət deyil, əlavə kreditə ehtiyac var. Samir Həsənov isə cavabında deyib ki, sistemdə adına açıq kredit görünür, bu məsələnin həlli üçün 1000 manat lazımdır. Zərərçəkən qadın onun istədiyi 1000 manatı göndərib. Daha sonra “kredit götürməyə yardım” adı altında yenə də pullar istəyib və qadından bir neçə dəfəyə ondan 2860 manat pul alıb.

Samir Həsənov dələduzluq etdiyini etiraf edib. O bildirib ki, Könülün istər “Beynəlxalq Bank”dan, istərsə də “Unibank”dan kredit götürməsində onun heç bir rolu olmamışdı. Banklar maaşına, tarixçəyə baxıb, ona kredit vermişdilər. Amma o, elə danışmışdı ki, guya məsələni özü həll edib və məqsədi bu adla qadını aldatmaq idi.

Samir Həsənov zərərçəkmişə vurduğu ziyanı ödəyib – ondan aldığı pulları qaytarıb. Ziyanın ödənilməsini, onun peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alan məhkəmə Samir Həsənova aylıq qazancının 5 faizi dövlət nəfinə tutulmaqla, 6 ay müddətinə islah işləri cəzası verib.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Avqust 2025 01:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri