Icma.az
close
up
RU
Kredit kabusu: Bir imza ilə illərlə azadlıqdan məhrum olmaq

Kredit kabusu: Bir imza ilə illərlə azadlıqdan məhrum olmaq

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlar banklara borcunu qaytara bilməyən vətəndaşların sayı sürətlə artır. Bəziləri aylarla, bəziləri isə illərlə bu maliyyə yükünün altından çıxa bilmir. Kredit götürmək bir çox insan üçün çətin vəziyyətdən çıxış yolu kimi görünür. Lakin çox zaman bu yol daha ağır və çıxılmaz bir duruma çevrilir.

Burada haqlı olaraq sual yaranır: bu vəziyyətin məsuliyyəti kimdədir? Banklarda, yoxsa vətəndaşlarda? 

“Yeni Sabah” məsələni iqtisadçı Rəşad Həsənovla müzakirə edib. Ekspert qeyd edib ki, problemli kreditlərin həcminin artmasına bir neçə mühüm iqtisadi və sosial faktor təsir göstərir:

“Azərbaycanda kredit faizlərinin yüksək olması artıq illərdir ki, əsas müzakirə mövzularındandır. Aparılan təhlillər göstərir ki, faizlərin yüksək olması kreditlərin geri ödənilməsinə mənfi təsir edir. Lakin məsələyə daha geniş kontekstdən baxsaq, faizlərin yüksək olduğu dövrlərdə belə, problemli kreditlərin azaldığı hallar da müşahidə olunub. Bu isə o deməkdir ki, kredit bazarına təsir edən digər iqtisadi amillər də az önəm daşımır.

Məsələn, inflyasiya əhalinin alıcılıq qabiliyyətini aşağı salan əsas amillərdən biridir. 2024-cü ildə heç bir sosial paketin açıqlanmaması da əhalinin daha böyük həcmdə borclanmasına səbəb olub. Bu fonda 2025-ci ilin ilk rübündə dövlət investisiyalarının əhəmiyyətli dərəcədə azalması da bazarda likvidliyə mənfi təsir göstərərək, problemli kreditlərin artmasına və maliyyə öhdəliklərinin icrasında gecikmələrə gətirib çıxarıb”.

R.Həsənov qeyd edib ki, vətəndaşlar kredit götürərkən bunun digər tərəflərini də araşdırmalıdır:

“Digər tərəfdən, bankların daha ekspansiv kredit siyasəti həyata keçirməsi, kredit portfelinin bir neçə ay ərzində 17-18% artması da əlavə risklər yaradır. Yeni kreditlərin daha çox zəif ödəmə qabiliyyətinə malik sosial qruplara yönəlməsi, bu qruplar üçün maliyyə yükünün artmasına və nəticədə geri ödəniş problemlərinin yaranmasına səbəb olur. Kredit kartları vasitəsilə verilən kreditlər də potensial risk daşıyır. Bu seqmentdə dövriyyə nisbətən kiçik olsa da, gələcəkdə müəyyən problemlərin yaranması ehtimalı istisna edilmir.

Təhlillər göstərir ki, gecikmələr əsasən uzunmüddətli kreditlərdə daha çox müşahidə olunur. Bu isə daha çox likvidlik çətinlikləri ilə bağlıdır. Faizlərin yüksək olması ilə yanaşı, vətəndaşların maliyyə savadlılığının aşağı səviyyədə olması da problemin digər bir əsas səbəbidir.

Azərbaycan iqtisadiyyatı keçid dövrünü yaşadığı üçün cəmiyyətdə sərt təbəqələşmə baş verib. 30 il əvvəl bütün təbəqələr demək olar ki, bərabər imkanlara malik idisə, bu gün sosial təbəqələr arasındakı fərqlər dərinləşib. İnsanların sosial statuslarını tam qavraya bilməməsi, çox vaxt gəlirlərinə uyğun olmayan həyat tərzi seçmələrinə səbəb olur. Bu isə onların maliyyə dayanıqlılığına mənfi təsir göstərir.

Başqa bir mühüm məsələ isə ailə büdcəsinin planlı şəkildə idarə olunmaması ilə bağlıdır. Vətəndaşların xüsusilə orta və uzunmüddətli borclanma zamanı gəlirlərini nəzərə alaraq ciddi təhlil aparmaları tövsiyə olunur. Əks halda, bu borclar və onların faizləri ailə büdcəsinə ciddi yük yarada bilər. Rəqəmsal dövrdə vətəndaşların bütün maliyyə məlumatları sistemlərdə toplanır və onların kredit tarixçəsinə əlavə olunur. Ödənilməyən və ya gecikdirilən kreditlər gələcəkdə borclanma imkanlarını məhdudlaşdırır. Bu səbəbdən vətəndaşlar maliyyə qərarlarını daha şüurlu və təhlil olunmuş şəkildə verməli, riskləri əvvəlcədən nəzərə almalıdırlar”.

Aytac Şahin


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Aprel 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri