Icma.az
close
up
RU
Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ və Böyük Britaniyanın sanksiyalarına məruz qalan Rusiyanın Lukoyl şirkəti ölkə hüdudlarından kənarda olan bütün aktivlərini alacaq müştəri tapıb.

"Ölkə.az" xəbər verir ki, aktivlərin satışının açıqlandığı 27 oktyabrdan 3 gün sonra- 30 oktyabrda Lukoyl artıq alıcı tapdığını elan edib. Şirkətin açıqlamasına görə, söhbət neft treyderi olan Gunvor şirkətindən gedir. Bu şirkət Lukoyl-un neft emalı zavodlarının, yanacaqdoldurma məntəqələri şəbəkələrinin və dünya miqyasında istehsal müəssisələrinin yeni sahibi ola bilər.

Lukoyl-un niyə məhz Gunvor-un təklifini vazkeçilməz elan etməsi çox sadədir:  Bu şirkət 1997-ci ildə Torbjörn Törnqvist və hazırda Vladimir Putinin ən yaxın adamlarından olan Gennadi Timçenko tərəfindən təsis edilib. 2014-cü ildə Rusiya Krımı işğal edəndə Timçenkoya qarşı sankskiyalar tətbiq olunduqda oliqarx şirkətdəki payından formal şəkildə imtina edib.  Lakin onun indiyədək Gunvor-un idarəçilərindən və benefifisiarlarından biri olduğu neft ticarəti sahəsində hər kəsə bəllidir.

Rusiya mətbuatının yazdığına görə, əgər müqavilə baş tutarsa, Gunvor şirkəti Avropa İttifaqı və ABŞ da daxil olmaqla 20 ölkədə yanacaqdoldurma məntəqələri şəbəkəsi, Rumıniya və Bolqarıstandakı neft emalı zavodları, Hollandiya neft emalı zavodunda pay, Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Qana, Misir, Kamerun, Nigeriya və Konqo Respublikasındakı istehsal aktivləri, eləcə də Xəzər Boru Kəməri Konsorsiumunda pay alacaq.

Mütəxəssislər Lukoil-un bütün xarici aktivlərinin dəyərini təxminən 10-12 milyard dollar qiymətləndirirlər.

Qeyd edək ki, Lukoyl-un Bolqarıstandakı aktivləri ilyarım əvvəldən satışa çıxarılıb. Onları almağa iddialılar arasında SOCAR-la Türkiyənin Çengiz Holdinqinin alyansı da vardı. İki həftə əvvəl Bolqarıstan Milli Assambleyası İnvestisiya Qanununa düzəlişi təsdiqləyib. Düzəliş Lukoyl-un aktivlərinin satışının əvvəlcə Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyi (SANS), sonra isə Nazirlər Şurası tərəfindən nəzərdən keçirilməsini və təsdiqlənməsini tələb edir.

Gunvor-un faktiki olaraq Putinin yaxın çevrəsinin nəzarətində olması Bolqarıstan hökumətinin alqı-satqıya imkan verməsini böyük sual altına alır. Elə Aİ-nin digər ölkələrində, ABŞ-dakı aktivlərin də bu şirkətə satılmasına yerli hakimiyyətlərin razılaşması real görünmür. Azərbaycan, Mərkəzi Asiya, Afrikadakı aktivlərə münasibətdə alqı-satqının baş tutması ehtimalı yüksəkdir.(Musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Oktyabr 2025 01:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri