Icma.az
close
up
RU
Kredit kartlarına limit: Yeni qayda maliyyə intizamına gətirəcəkmi?

Kredit kartlarına limit: Yeni qayda maliyyə intizamına gətirəcəkmi?

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Biznes konsultant Çinarə Ağayeva: “Bir çox vətəndaşlar kredit kartlarına əlavə maaş kimi baxır”

Mərkəzi Bankın istehlak kreditlərinə, xüsusilə də kredit kartlarına tətbiq etdiyi yeni limit qərarı gündəmin əsas iqtisadi müzakirə mövzularından birinə çevrilib. Yeni qaydaya əsasən, vətəndaşlar artıq gəlirlərindən asılı olaraq borclana biləcəklər. Bu isə kredit kartı istifadəçiləri üçün ciddi dəyişiklik deməkdir. Qəbul olunan qərara əsasən artıq kredit kartları da daxil olmaqla istehlak kreditləri şəxsin aylıq xalis gəlirinin maksimum 5 misli ilə məhdudlaşır. Məsələn, aylıq 1200 manat gəliri olan şəxs maksimum 6000 manat kredit əldə edə bilər. Bu limit təminatsız kreditlərə şamil olunur.
Biznes konsultant Çinarə Ağayeva bildirir ki, bu qərar uzunmüddətli maliyyə sağlamlığı baxımından əhəmiyyətli addımdır:
“Son illər istehlak kreditləri, xüsusən də kredit kartları ilə bağlı borclanma yüksək həddə çatmışdı. Bir çox vətəndaşlar kredit kartlarına əlavə maaş kimi baxır. Halbuki bu yanaşma gələcəkdə ciddi borclanmaya gətirib çıxarır. Yeni qərar məhz bu risklərin qarşısını almaq məqsədi daşıyır.”
Biznes konsultantın sözlərinə görə, inkişaf etmiş ölkələrdə də kreditlərə gəlir əsasında limit qoyulur. Məqsəd borclanmanı real maliyyə imkanlarına uyğunlaşdırmaqdır. Yeni qayda maliyyə intizamını güclənəcək: “İnsanlar gəlirlərinə uyğun borc götürəcəklər. Borcdan asılılıq azalacaq. Kredit kartı asılılığının qarşısı alınacaq”.
Amma yeni qaydanın aşağı gəlirli istehlakçılara mənfi təsirləri də olacaq. Biznes konsultant qeyd edib ki, bu, aşağı gəliri olan vətəndaşların kreditə çıxışını çətinləşə bilər: “Belə olan halda qeyri-rəsmi borclanma arta bilər. Lombardlar və yüksək faizli qeyri-leqal mənbələr aktivləşə bilər”.
Çinarə Ağayeva onu da vurğulayıb ki, istənilən situasiyada vətəndaşların maliyyə savadlılığı önəmlidir. Kredit tələsik qərar yox, ağıllı maliyyə addımı olmalıdır. Kredit kartı cibdəki rahatlıqdır, amma düzgün istifadə olunmazsa, o rahatlıq ciddi maliyyə problemə çevrilə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Avqust 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri