Icma.az
close
up
RU
Kredit kartlarına yeni limit qoyuldu Sərt qaydalar

Kredit kartlarına yeni limit qoyuldu Sərt qaydalar

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əhalinin kredit kartı ilə borclanması məhdudlaşdırılıb. Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum beş misli qədər olacaq. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır. Bəs bu qərar vətəndaşlara, banklara necə təsir edəcək?

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Borclanmanın artması inflyasiyanı qidalandıra bilər"

Maliyyə məsələləri üzrə konsultant, Bakı Mühəndislik Universitetinin Maliyyə və mühasibat kafedrasının baş müəllimi Elmin Nemətlinin sözlərinə görə, istehlak kreditləri istər bank aktivlərinin, istərsə də bankların kredit portfelinin mühüm hissəsini təşkil edir: "30 iyun 2025-ci il tarixinə istehlak kreditlərinin (ipoteka kreditləri istisna olmaqla) ümumi həcmi 8 milyard 898 milyon təşkil edib ki, bu da icmal bank aktivlərinin 15.7 faizi deməkdir. Müvafiq göstəricilər 2024-cü il 30 iyun tarixinə 7 milyard 634 milyon manat və 15.2 faiz təşkil edib. İstehlak kreditlərinin həcmi təkcə son altı ayda 453.30 milyon manat artıb. Bu göstərici son bir ildə 1 milyard 264 milyon, son beş ildə isə 4 milyard 958 milyon manat təşkil edib. Azərbaycanda hazırda 2 118 498 ədəd kredit kartı mövcuddur. Beş il əvvəl bu rəqəm 1 203 158 ədəd idi. Hər yeni kredit kartı vətəndaşa verilən yeni kredit limiti deməkdir".

Maliyyə konsultantı bildirdi ki, istehlak kreditlərinin həcminin qeyri-adekvat böyüməsi əhalinin qeyri-sağlam maliyyə yükünü artırır. Bu, eyni zamanda bankların kapital mövqeyinin zəifləməsinə də gətirib çıxara bilər: "Banklar ayda bir dəfədən az olmayaraq aktivlərini təsnifləşdirməli və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlar ayırmalıdırlar. Bu baxımdan, vaxtı keçmiş kreditlər artdıqca banklar da əlavə ehtiyat ayırmağa məcbur olur. Bu isə bankların mənfəətinə və kapital mövqeyinə mənfi təsir göstərir. İstehlak yönümlü borclanmanın artması inflyasiyanı qidalandıra bilər".

"Qeyri-işlək istehlak kreditləri sürətlə artır"

E.Nemətlinin fikrincə, Mərkəzi Bankın yeni qaydaları hər bir bankın özünə aid müvafiq kapital göstəricisinə uyğun istehlak krediti xətləri açmasına gətirib çıxaracaq. Daha yüksək kapital göstəricisinə malik olan bank daha böyük həcmdə kredit xətti açmaq imkanında olacaq.

Ekspert bildirdi ki, məhdudiyyətlərin olmaması bankların yüksək gəlir əldə etmək məqsədilə vətəndaşa ödəmə qabiliyyətindən daha yüksək məbləğdə kredit (o cümlədən kredit limiti) verməsinə imkan yaradırdı: "Qeyri-işlək kreditlərin (90 gündən artıq gecikmə) istehlak kreditlərinin nisbətinə diqqət yetirsək, son bir ildə bu göstəricinin 3 faizdən 3.6 faizə yüksəldiyini görə bilərik. Qeyri-işlək istehlak kreditləri 30 iyun 2024-cü il tarixinə 226.3 milyon, 1 il sonra isə 321 milyon təşkil edib".

"Büdcə planlaşdırması barədə savadlılıq artırılmalıdır"

E.Nemətli deyir ki, problemli kreditlərin azalması fonunda bankların gözlənilən mümkün zərərlər üçün xüsusi ehtiyat ayırmaları azalacaq. Sözügedən aktivlərin azalması bankların həmin kreditlərin bərpası üçün sərf etdiyi resurslara qənaət etməsinə gətirib çıxaracaq: "Bu, mənfəətliyə müsbət təsir edəcək. Problemli kreditlərin azalması bankların kapital mövqeyində bu və ya digər dərəcədə güclənməyə gətirib çıxaracaq".

"Effektivlik üçün maarifləndirmə də lazımdır"

Maliyyəçinin fikrincə, qərarın effektiv olması üçün maarifləndirmə də lazımdır: "Dəyişiklik xüsusilə də yüksək məbləğdə istehlak krediti xətti əldə etmək istəyən müştərilərin sayını məhdudlaşdıracaq. Yüksək limitli kredit kartları vasitəsilə gərəksiz xərclərin nisbətən azalacağını da ehtimal edə bilərik. Digər maarifləndirici üsullar vasitəsilə də vətəndaşların borc yükü və şəxsi büdcə planlaşdırması barədə savadlı-lığının artırılması yönündə davamlı çalışmalar həyata keçirilməlidir. Çünki potensial borcalan xalis gəlirinin beş mislinə qədər olan borclanma perspektivini də düşünməli və məsuliyyətini dərk etməlidir. Gəlirə uyğun xərcləmə prinsipi və qənaət vərdişləri vətəndaşın özündə formalaşmadığı müddətcə digər məhdudlaşdırıcı alətlər yüz faizli nəticə göstərməyəcək".

"İnsanlar maliyyə güclərini doğru qiymətləndirə bilmirlər"

İqtisadçı Eldəniz Əmirov da düşünür ki, istehlak kreditlərinin verilmə şərtlərinin sərtləşdirilməsinə ehtiyac var idi: "Çünki 2021-2025-ci illər ərzində istehlak kreditləri 90,5 faiz artaraq 8,6 milyard manata çatıb. Problemli kreditlərin də əsas hissəsi məhz istehlak kreditləridir. İstehlak kreditlərinin son illərdə sürətlə artması və onların problemli kreditlərin içərisində yüksək paya sahib olması maliyyə dayanıqlılığı üçün risk yaradır. Mərkəzi bank həm bankların dayanıqlılığını qorumaq, həm də əhalinin borc yükünü optimallaşdırmaq məqsədilə belə bir addım atıb. İnsanlar öz maliyyə güclərini doğru qiymətləndirə bilmirlər. Beləliklə, qarşılaya bilməyəcəkləri maliyyə yükü altına girirlər".

E.Əmirovun sözlərinə görə, istehlak kreditlərinin böyük hissəsi kredit kartları üzərindən baş verir. Dəyişiklik vətəndaşları düşünülmüş maliyyə qərarları verməyə sövq edəcək: "Bu qərar bankların mənfəətini azalda bilər. Çünki banklar kredit verərək mənfəət əldə edirlər. Amma müsbət tərəfi odur ki, birbaşa daha şəffaf və riski aşağı maliyyə mexanizmləri yaranacaq. Eyni zamanda, problemli kreditlərin həcmini azaldacaq. Əgər banklara minlərlə insanın borcu varsa, bu, onlar üçün problem deməkdir. Belə bankların sayının çox olması ölkə iqtisadiyyatı üçün də problemlər yaradır. Ona görə də bu, yerində atılmış addımdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Avqust 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri