Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Kredit kartlarına yeni limit

Kredit kartlarına yeni limit

525.az saytına istinadən Icma.az xəbər verir.

Vətəndaşlar əvvəlki kimi kredit kartları ilə böyük məbləğlər götürərək borclanmayacaqlar. Başqa sözlə, artıq vətəndaşın kredit kartından istifadəsi ilə bağlı yeni limitlər tətbiq edilir. Bununla bağlı Mərkəzi Bank borclanma mexanizmini sərtləşdirib. Yəni kredit kartları üzrə borcalanın limiti bundan sonra rəsmi gəlirinin 5 misli ilə məhdudlaşdırılacaq. Üstəlik, bu hesablanarkən vətəndaşın digər banklar qarşısındakı kredit öhdəlikləri də nəzərə alınacaq. Əgər kredit kartı limiti borcalanın gəlirindən 5 misli çoxdursa, bu zaman bank bu riskli limiti yalnız öz kapitalının 1 faizindən artıq olmayacaq şəkildə verə bilər. Yeni tələblər banklara da birbaşa təsir edəcək. Belə ki, bu məhdudiyyətlər bankların kapitalının qorunmasını və risklərin vaxtında dəyərləndirilməsini nəzərdə tutur.

Bununla da kredit kartı ilə əvvəllər olduğu kimi, rahatlıqla iri məbləğlər götürmək dövrü geridə qalır. Yeni sistem daha ehtiyatlı və düşünülmüş borclanmanı önə çıxarır.

Ekspertlər hesab edirlər ki, bu tənzimləmə həm də vətəndaşları gəlirlərini rəsmiləşdirməyə təşviq edəcək.

İqtisadçı ekspert Rauf Qarayevin dediyinə görə, bu qərar son dövrlərdə Mərkəzi Banka daxil olan çoxsaylı şikayətlərin nəticəsidir: "Mərkəzi Banka edilən istehlak kreditləri ilə bağlı şikayətlərin sayı artdığı üçün belə bir addım atılıb. Əgər gələcəkdə bu 5 misli limit özünü doğrultmasa, bu göstərici 3 və ya 2 misli ilə əvəz oluna bilər. Əksinə, gəlirlərin artımı fonunda isə məhdudiyyətin yumşaldılması da mümkündür".

İqtisadçı bildirib ki, yeni limit vətəndaşların həddən artıq borclanmasının qarşısını almağa xidmət edir: "Çox vaxt insanlar öz gəlir və xərclərini düzgün idarə edə bilmədikləri üçün daima kreditə müraciət edirlər. Bu isə bir müddət sonra ödəmə problemlərinə, nəticədə məhkəmə işlərinə səbəb olur. Məhkəmələrdə isə bankların girov qoyulmuş əmlakların satışa çıxarılması halları artır. Yeni limit bu tipli riskləri minimuma endirməyi hədəfləyir".

Rauf Qarayev əlavə edib ki, bəzən gəlirləri kifayət qədər olmayan şəxslərə də kredit ayrılır: "Bu şəxslər çıxan əlavə xərcləri aradan qaldırmaq üçün kreditlərə müraciət edirlər. Bəzi hallarda şifahi tapşırıqlarla gəliri az olan insanlara, xüsusilə də təqaüdçülərə kredit verilməsini müşahidə etmişik. Belə kreditlər isə bəzən müəyyən problemlər yaradır. Hər bir şəxsin gündəlik ehtiyacları və real ödəmə qabiliyyəti nəzərə alınmalıdır".

Ekspertin söylədiyinə görə, qərarın effektivliyi üçün tənzimləmə mexanizmi işlənməli, nəzarət gücləndirilməli və daimi monitorinqlər aparılmalıdır: "Yalnız bu zaman dəqiq proqnozlar və uyğun qərarlar qəbul edilə bilər. Ona görə də hazırkı vəziyyət nəzarətdə saxlanılmalıdır".

Bank sektorunun gəlirlərinə gəlincə, iqtisadçı qeyd edib ki, hökumət 5 əsas bankın həm ümumi, həm də büdcəyə yönələn gəlirlərinin artması üçün dəstək verir: "Maliyyə Nazirliyi bu banklara büdcədən vəsait ayıraraq onların depozit portfellərini artırır. Qısa müddətdə bu vəsaitlərdən gəlir götürülür və büdcəyə yönləndirilir. Bu da həmin bankların kreditvermə imkanlarını genişləndirir. Burada həm dövlət, həm də banklar qazanır".

Bankların gəlirləri haqqında danışan ekspert vurğulayıb ki, bankların gəlir mənbələri yalnız istehlak kreditləri ilə məhdudlaşmır: "Banklar xidmət haqları, müxtəlif ödəniş əməliyyatları, girovların satışından əldə olunan vəsaitlər kimi fərqli kanallar vasitəsilə də gəlir əldə edirlər".

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, aparılan təhlillər göstərib ki, son dövrlər istehlak kreditləri bazarında kredit kartlarının sayı sürətlə artır. Mərkəzi Bank bildirir ki, bu proses əhalinin gəlirlərinin artımı fonunda baş verir. Bununla yanaşı, müşahidələr göstərib ki, əhalinin borc yükünün onun gəlirlərində payı daha da artmaqdadır. Nəticədə Mərkəzi Bank bu prosesə limit tətbiq etməyi qərara alıb.

Yeni qayda müştərilərə istehlak kreditləri veriləndə onların real ödəmə qabiliyyətini müəyyən etməyə və bankların risklərin daha erkən mərhələdə tanıyaraq azaltmağa imkan verəcək.

Qeyd edək ki, Mərkəzi Bankın bu qaydası nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borcu olanlara aid edilmir.

Bankdan vurğulanıb ki, yeni tələbə əsasən bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 faizdən artıq olmamalıdır. Mərkəzi Bankın özünün bununla bağlı yaydığı məlumatda deyilir ki, qərarın qəbul edilməsində məqsəd kreditləşmənin daha məsuliyyətli və sağlam aparılmasıdır. Dəyişikliyin əsas məqsədi əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin edilməsidir: "Bu yanaşma, Mərkəzi Bank tərəfindən tətbiq olunan istehlak kreditləri üzrə məsuliyyətli və sağlam borclanma siyasəti ilə uyğunluq təşkil edərək, əhalinin maliyyə yükünün izafi artmasının qarşısını almaqla sosial risklərin minimuma endirilməsini hədəfləyir. Mərkəzi Bankın qərarı ilə istehlak krediti ilə bağlı banklara da limit qoyulub. Belə ki, overdraft limitləri kredit xətləri anlayışına daxil edilib, istehlak kreditlərinin xüsusiyyətləri nəzərə alınmaqla istehlak kredit kartları üzrə kreditə konvertasiya əmsalı 40% müəyyən edilib. İstehlak kredit xətlərinin balansdankənar hesablarda olduğu müddətdə həmin xətlər üzrə 100 faiz risk dərəcəsi tətbiq ediləcəkdir: "Bu yanaşma bankların kapital adekvatlığı göstəricilərinin real risk səviyyələrinə uyğun olmasına və sistem sabitliyinin qorunmasına imkan verəcəkdir".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Avqust 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see519

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see490

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see302

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see281

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see275

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see270

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see263

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see261

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see256

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see237

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see235

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see233

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see231

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see226

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see214

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see210

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see208

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri