Icma.az
close
up
RU
Kredit şansınızı itirə bilərsiniz Borcu olanlara VACİB MƏLUMAT

Kredit şansınızı itirə bilərsiniz Borcu olanlara VACİB MƏLUMAT

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Azərbaycanda bank sistemində ciddi problemlərdən biri vaxtında qaytarılmayan kreditlərdir. Belə borclar həm bankların maliyyə göstəricilərinə mənfi təsir göstərir, həm də müştərilərin sosial və iqtisadi durumunu zəiflədir.

Maraqlıdır, kredit hansı müddətdən sonra “gecikmiş kredit” hesab olunur və bunun nəticələri nədir? Banklar gecikmiş kreditləri izləmək üçün hansı addımlar atır və müştəriləri hansı sanksiyalar gözləyir? Gecikmiş kredit problemi orta və aşağı gəlirli insanlar üçün nə qədər təhlükəlidir?

Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “AzPolitika”ya açıqlamasında deyib ki,Azərbaycanda kredit münasibətləri və onların gecikməsi məsələləri əsasən Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydalar və bankların daxili siyasətləri ilə tənzimlənir.

Onun sözlərinə görə, adətən kredit üzrə ödəniş müəyyən edilmiş tarixdə həyata keçirilmədikdə və gecikmə 1 gündən çox davam etdikdə həmin məbləğ gecikmiş ödəniş kimi qeydə alınır: “Praktikada isə 30 gündən artıq gecikmiş borclar artıq problemli və ya gecikmiş kredit kimi qiymətləndirilir və bankın risk portfelində ayrıca kateqoriyaya salınır. Gecikmiş kreditin ilk nəticəsi cərimə faizlərinin və əlavə ödənişlərin hesablanmasıdır. Müqavilədə göstərilən şərtlərə uyğun olaraq hər gecikmə günü üçün əlavə faiz tətbiq oluna bilər. Gecikmə davam etdikcə bank müştəri ilə əlaqə saxlayır, xəbərdarlıq edir, restrukturizasiya və ya ödəniş qrafikinin dəyişdirilməsi kimi variantlar təklif edə bilər. Əgər borc uzun müddət ödənilməz qalarsa, məsələ məhkəməyə çıxarıla, borcun məcburi tutulması, əmək haqqına və ya əmlaka yönəlmə kimi hüquqi tədbirlər görülə bilər. Bu zaman müştərinin kredit tarixçəsi də pisləşir və gələcəkdə kredit almaq imkanları xeyli azalır”.

Ekspert əlavə edib ki, banklar gecikmiş kreditləri xüsusi risk idarəetmə sistemləri vasitəsilə izləyir: “Hər bir müştərinin ödəniş intizamı qeydə alınır və məlumatlar kredit bürolarına ötürülür. Gecikmə artdıqca kredit daha yüksək risk kateqoriyasına keçirilir və bank həmin kredit üzrə ehtiyat vəsait ayırmalı olur ki, bu da bankın maliyyə nəticələrinə mənfi təsir göstərir. Gecikmiş kredit problemi xüsusilə orta və aşağı gəlirli insanlar üçün daha təhlükəlidir. Bu qrupun maliyyə ehtiyatı az olduğuna görə iş yerinin itirilməsi, gəlirin azalması və ya gözlənilməz xərclər birbaşa ödəniş qabiliyyətinə təsir edir. Cərimə faizləri borcun məbləğini sürətlə artırır və insan borc tələsinə düşə bilər. Nəticədə ailənin sosial vəziyyəti pisləşir, psixoloji gərginlik artır və uzunmüddətli maliyyə sabitliyi pozulur.

Bu səbəbdən kredit götürərkən real gəlir səviyyəsini düzgün qiymətləndirmək, ehtiyat fondu yaratmaq və çətinlik yarandıqda gecikməni uzatmadan bankla danışıqlara başlamaq çox vacibdir. Vaxtında müraciət edildikdə banklar adətən daha yumşaq həll yollarına üstünlük verirlər”.

Oğuz Ayvaz 

AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Fevral 2026 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri