Icma.az
close
up
RU
Kredit verilməsində yenilik Nələr dəyişəcək?

Kredit verilməsində yenilik Nələr dəyişəcək?

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur.

Bəs davranış krediti modeli nədir və bu, daha çox borclanmaya səbəb ola bilər?

Mövzu ilə əlaqədar iqtisadçı ekspert Rəşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, davranış modeli əsasında kreditləşmə borc istəyənin maliyyə, təsərrüfat fəaliyyəti və onun nəticələri nəzərə alınmaqla müştəriyə münasibətdə kreditin təyin edilməsidir:

"Yəni ənənəvi üsullarla kreditin təyin edilməsində müraciətin qiymətləndirilməsi zamanı müştərinin gəlirlərinin sübut edilməsi yolu ilə həyata keçirilirsə, monitorinqlər aparılırsa, məlumatlar dəqiqləşdirilirsə, davranış modeli əsasında kredit verilərkən vətəndaşın daha çox xərcləmələri, hansı kateqoriya məhsulları istehlak etməsi və yaxud debet kartları vasitəsilə ay ərzində nə qədər və hansı məqsədlərlə xərcləmələr etdiyi kimi məqamlar nəzərə alınır. Vətəndaşın əslində real gəlirlərinin hansı səviyyədə olması və buna münasibətdə bankın nə qədər kredit təklif edə bilməsi burada əsas məsələsidir. Bu proses zamanı banklar digital texnologiyaların və rəqəmsallaşmanın verdiyi üstünlüklərdən də istifadə edir".

İqtisadçının sözlərinə görə, bankların vətəndaşa bu üsulla kredit ayıra bilməsinin Azərbaycan bazarı üçün əhəmiyyəti var:

"Azərbaycanda həm əmək bazarında, həm də biznesdə gəlirlərin əhəmiyyətli hissəsi illeqaldır və bir sıra fəaliyyətlər var ki, ümumiyyətlə onların gəlirlərinin leqallaşdırılması mexanizmi yoxdur. Məsələn, qəbz almaq şərti ilə fəaliyyət göstərən fərdi sahibkarlar var ki, bərbərlər, dərzilər, sənətkarlar və s. buraya aid etmək olar. Bu şəxslərin aylıq ödədiyi xərclər onların gəlirlərini əks etdirir. Vergi onların gəlirlərini əks etdirmir, çünki bu vergi ödəyicilərinə münasibətdə gəlirlərin uçotunun aparılması tələbi yoxdur. Sadəcə bəsit və 10-20 manat məbləğində sabit vergi ödəyirlər. Bu, onların gəlirlərinin necə dəyişdiyini görməyə imkan yaratmır. Amma banklar onların davranışlarını qiymətləndirərkən əslində nə qədər real olaraq gəlir qazandığını və hansı məbləğdə krediti geri qaytarmaq imkanının olduğunu müəyyən edə bilər. Bu aspektdən düşünürəm ki, müvafiq məhsul Azərbaycan bazarı üçün əhəmiyyətlidir. Bu bankların kredit portfelinin, müştəri potensialının genişləndirilməsi üçün imkanlar yaradır".

Ekspetin sözlərinə görə, bu və ya digər şəkildə ümumi portfelin genişlənməsi əhalinin borc yükünün artmasına gətirib çıxaracaq:

"Amma onu da nəzərə almaq lazımdır ki, bir sıra hallarda banklardan mövcud qaydalarla kredit götürə bilməyən şəxslər daha bahalı bazarlardan - lombard və yaxud qeyri-rəsmi sələm bazarlarından vəsaitləri cəlb edirlər. Bu halda onlar əllərində olan aktivləri dəyərsiz şəkildə təqdim etmək məcburiyyətində qalırlar və eyni zamanda onların istehlakçı hüquqlarının pozulması ilə bağlı risklər artır. Onların borclanma faizləri xərci çox yüksək olur. Bu da borcun geri qaytarılması risklərini artırır. Yəni bir tərəfdən təbii ki, neqativ istiqamətli müəyyən təsirlər formalaşa bilərsə, borc yükü arta bilərsə, digər tərəfdən də qara bazarda borclanmanın qarşısını almaqla münasibətlərin leqallaşması, hüquqi sferaya daşınması, istehlakçı hüquqlarının müdafiə olunması, bankların daha çevik kredit siyasəti həyata keçirərək, daha sürətli və daha az xərclə kredit öhdəliklərini müəyyən etməsi imkanları formalaşdırır".

R. Həsənov vurğulayıb ki, müştərinin ona təyin edilən kreditdən yararlanması könüllülük əsasındadır, yəni kiməsə məcburən kredit verilmir:

"Ola bilsin ki, banklar çox güzəştli şərtlərlə kreditlər təklif edirlər. Bu o demək deyil ki, ehtiyac olmadığı təqdirdə vətəndaş borclansın. Bütün banklar davranış modeli əsasında kreditləşməni həyata keçirə bilərlər. Amma təbii ki, protensial çərçivələr burada müəyyən məhdudiyyətlər qoyur. Davranış əsasında verilmiş kreditlərə münasibətdə Mərkəzi Bankın məcburi ehtiyat tələbi norması yuxarı müəyyən edilir. Çünki burada risk səviyyəsi yuxarı götürülür. Həmçimin burada müvafiq portfel Mərkəzi Bankın ümumi portfelinin 10 faizindən yuxarı olmamalıdır, 10 faizini keçirsə, bu zaman artıq həmin bankın davranış modeli əsasında kreditləşmə həyata keçirməsi məhdudlaşdırılır. Nə vaxt ki, müvafiq limit azalır və müsbətə doğru dinamika nümayiş olunur, onda yenidən həmin hüquq bərpa olunur. Onu da əlavə edək ki, bu prosesin təşkili zamanı, xüsusilə də qiymətləndirmə prosesində birbaşa və dolayı benefisiarların müvafiq qiymətləndirmədə iştirakı və yaxud müvafiq alətlərdən istifadə edərək kredit götürülməsinə münasibətdə müəyyən məhdudiyyətlərin tətbiq edilməsi, subyektiv amillərin təsirini qismən neytrallaşdırılması kimi hallar qanunvericilikdə nəzərdə tutulub".

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:315
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Yanvar 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri