Krediti olan vəfat edərsə borcunu bu şəxslər ödəyəcək
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Sosial şəbəkələrdə vəfat etmiş şəxslərin kredit borclarının onların ailə üzvləri tərəfindən ödənilməsi məsələsi geniş müzakirə doğurub.
“Yeni Sabah” xəbər verir ki, iqtisadçı-ekspert Xalid Kərimli bu prosesin hüquqi tərəflərinə aydınlıq gətirib.
Ekspert bildirir ki, qanunvericiliyə əsasən, miras və borc vahid kompleks kimi nəzərdə tutulur. Bu o deməkdir ki, vəfat edən şəxsin varisi mirası qəbul edərsə, avtomatik olaraq onun borc öhdəliklərini də öz üzərinə götürmüş sayılır. Əgər varis mirasdan imtina edərsə, bu halda borc öhdəliyi də ona keçmir.
Miras qəbul edildikdən sonra kreditin ödənilməsi ilə bağlı bəzən qrafikin yenidən strukturlaşdırılmasına ehtiyac yaranır. X.Kərimli qeyd edir ki, bu zaman banklar artıq yeni borcalanın - yəni varisin gəlirlərini qiymətləndirərək müvafiq qərar verirlər.
Ekspert vətəndaşlara ailə üzvlərinə əlavə yük yaratmamaq üçün kredit götürərkən həyat sığortasından istifadə etməyi tövsiyə edir. Həyat sığortası mövcud olduqda, borcalan vəfat etdikdə kredit öhdəliyi sığorta şirkəti tərəfindən qarşılanır.
Baxış sayı:154
Bu xəbər 20 Aprel 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















