Bunu krediti gecikdirən şəxslər bilməlidir
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kredit gecikmələrinə görə tətbiq edilən cərimənin məbləği ümumi borcun əhəmiyyətli hissəsinə çevrilə bilir. Vətəndaşın onsuz da ödəyə bilmədiyi kredit borcunun məbləği cərimə faizlərinə görə daha da artır. Maraqlıdır, bəs qanunla ödənişin gecikməsinə görə hansı miqdarda və müddətdə cərimə tətbiq edilə bilər?
Sherg.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, iqtisadçı Xalid Kərimli deyir ki, əgər vətəndaş istehlak krediti götürübsə, bu zaman 5% əlavə cərimə təyin edilə bilər.
Onun sözlərinə görə, hazırda Mərkəzi Bankın uçot dərəcəsi 7 faizdir. Üzərinə 2 faiz gəlməklə biznes kreditlərinə sadəcə 9 faizə qədər gecikdirmə faizi tətbiq edilə bilər.
Cərimə faizləri də kredit müqavilələrində mütləq qeyd edilməlidir.
Yeri gəlmişkən qeyd edək ki, Mərkəzi Bankın bu ilin iyul ayının sonuna olan məlumatına görə, ölkədə kredit təşkilatlarının verdikləri borcların 529,4 milyon manatının ödəniş vaxtı keçib. Bu göstərici bir il əvvəllə müqayisədə 7 faiz və ya 34,7 milyon manat çoxdur.
Daha ətraflı videoda:
Baxış sayı:57
Bu xəbər 21 Sentyabr 2025 06:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















