Icma.az
close
up
RU
Kreml Duqini meydana çıxardı: İki şərt elan edildi, region qarışdı

Kreml Duqini meydana çıxardı: İki şərt elan edildi, region qarışdı

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqinin son açıqlaması xüsusi diqqət çəkib. Duqin Rusiyanın hədsiz sınaqlar dövrünə qədəm qoyduğunu, Atlantik Qərbin ölkənin ruhuna deyil, maddi əsasına zərbə vurduğunu bildirib.

O, Ukraynadakı münaqişənin həlli istiqamətində təklif edilən “Tramp planı”nın Rusiya üçün məqbul olduğunu, hətta hazırkı ağır iqtisadi şəraitdə bir zərurət və xilas yolu kimi qəbul edilməli olduğunu vurğulayıb. Duqin Qərbi “müqəddəs sivilizasiya müharibəsi” ilə hədələyib və bu müharibənin qələbəyə qədər davam edə biləcəyini söyləyib.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rusiya hakimiyyəti tez-tez öz mesajlarını müxtəlif ideoloqlar və təbliğatçılar vasitəsilə ictimaiyyətə çatdırmağa üstünlük verir:

“Duqin də Moskvanın rəsmi siyasətinin mesajlarını ictimaiyyətə çatdıran əsas şəxslərdən biridir. Hətta o, Kremlin baş ideoloqu hesab olunur. Onun açıqlamasının bir neçə gün öncə Rusiya rəsmilərinin verdiyi üstüörtülü mesajlarla eyni mahiyyətdə olduğu görünür. ABŞ Prezidenti Donald Trampın təklif etdiyi ilkin sülh variantı faktiki olaraq Ukraynanın suverenliyi və ərazi bütövlüyünü ciddi şəkildə sual altına alır. Sülh sənədində həmçinin Kiyevin hərbi qüvvələrinin sayının azaldılması və gələcəkdə hərbi bloklara qoşulmasının qarşısının alınması da nəzərdə tutulur. Bu isə Ukrayna üçün qəbulolunmazdır. Kiyev hökuməti sazişi imzalayarsa, dövlət Rusiyadan ciddi şəkildə asılı vəziyyətə düşəcək.

Duqinin “Tramp planı”nı dəstəkləməsi bu baxımdan başa düşüləndir. Digər tərəfdən isə sözügedən plan ABŞ və Avropa ölkələrində ciddi narahatlıq doğurub, buna görə də 28 maddənin sayı 22-yə qədər azaldılıb. Şübhəsiz, bu, Tramp tərəfindən Rusiyaya uyğunlaşdırılmış bir təşəbbüsdür və sonrakı müddətdə ona uyğun açıqlama verməsi gözlənilir. İlk plan Rusiyanın təşəbbüsü ilə irəli sürülüb və ABŞ mediası bunu işıqlandırıb. Duqin sözləri ilə mesaj verir ki, Rusiyanın konkret tələb və şərtləri yerinə yetirilməsə, sülh sazişi imzalanmayacaq.”

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri