Kreml Macarıstan ilə dialoqu davam etdirməyə hazır olduğunu bildirib
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Kreml seçkilərdən sonra Macarıstanla praqmatik dialoqu davam etdirməyə hazır olduğunu bildirib və ikitərəfli münasibətlərin inkişafını səbirsizliklə gözləyir.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Macarıstanın yeni rəhbərliyinin mümkün qərarları, o cümlədən Ukraynaya 90 milyard avroluq kreditin blokdan çıxarılması barədə suala cavabında Moskvanın macar xalqının seçiminə hörmətlə yanaşdığını və konstruktiv əlaqələr qurmaq niyyətində olduğunu bildirib.
O əlavə edib ki, Rusiya Macarıstanın yeni rəhbərliyi ilə praqmatik qarşılıqlı əlaqəni davam etdirməyi səbirsizliklə gözləyir və dialoqa hazırdır. “Xüsusilə dialoqa hazırlıq barədə bəyanatlar eşitmişik. Əlbəttə ki, bu, həm Moskva, həm də Budapeşt üçün faydalı olacaq”, - deyə o bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya bütün Avropa ölkələri kimi, Macarıstanla da yaxşı münasibətlər qurmaqda maraqlıdır. Peskov Avropa dövlətləri tərəfindən hazırda qarşılıqlı əlaqənin olmadığını, lakin Rusiyanın dialoqa açıq qaldığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 13 Aprel 2026 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















