İran MAQATE ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın xarici işlər naziri Abbas Əraqçi, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə telefon danışığı zamanı agentliklə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bəyan edib.
Trend xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Əraqçi, MAQATE-nin Rəhbərlər Şurasının bəzi üzvlərinin qeyri-konstruktiv hərəkətlərini tənqid edib və bu səbəbdən baş direktorun səylərinin uğursuzluqla nəticələndiyini vurğulayıb. Nazir qeyd edib ki, agentliyin rəhbəri Tehranı son səfəri zamanı Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində təhlükəsizlik tədbirlərinə dair sazişlərə əməl olunmasını irəlilətməyə çalışıb.
Abbas Əraqçi bildirib:
"İran bu addımlara qətiyyətlə cavab verəcək və texniki çərçivə daxilində MAQATE ilə konstruktiv əməkdaşlığa hazırdır."
Xatırladaq ki, noyabrın 22-də İranın Atom Enerjisi Təşkilatı anti-İran qətnamələrinə cavab olaraq uranın zənginləşdirilməsi üçün minlərlə yeni sentrifuqanın istismara verildiyini açıqlamışdı. Bu, vəziyyətin daha da gərginləşməsi ilə nəticələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 10 Dekabr 2024 04:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















