Kreml Putinlə Tramp arasında son aylarda rəsmi elan edilənlərdən başqa təmasların olduğunu istisna etməyib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Putin və Tramp arasında telefon danışığı tamamilə etibarlı və konstruktiv atmosferdə keçib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O vurğulayıb ki, prezidentlər arasında dialoq iki dövlət başçısı arasında ən uzun danışıqlardan biri olub: "Putin və Tramp arasındakı son telefon danışığı həqiqətən də ən uzun danışıqlardan biri olub və təxminən 2 saat davam edib".
Kremlin sözçüsü Putinlə Tramp arasında telefon danışığının şəxsi görüşə doğru bir addım olduğunu və bazar ertəsi Ər-Riyadda keçiriləcək danışıqlar da belə bir addım olacağını söyləyib.
Peskov Putinlə Tramp arasında son aylarda rəsmi elan edilənlərdən başqa təmasların da olduğunu istisna etməyib.
