Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Bu rayona yeni polis rəisi təyin edildi

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Kreml Rusiya imperiyası nın dağılma prosesini idarə edir: Türk İttifaqı erası başlayır

Kreml Rusiya imperiyası nın dağılma prosesini idarə edir: Türk İttifaqı erası başlayır

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Prezident Vladimir Putin “rus imperiyası”nı yenidən bərpa etmək istəyərkən, əslində, Rusiya öz sərhədlərindən kənarda bütün dayaqlarını tədricən itirir... İndi Rusiyanın yeni dünya düzənində avanqard oyunçu olaraq qalacağı, yoxsa, "keçmiş imperiyanın müasir kölgəsi"nə çevriləcəyi qeyri-müəyyəndir...

Ölkə.Az "Yeni Müsavat"a istinadən xəbər verir ki, müasir dünya daha qlobal təhlükəsizlik mühiti üçün Rusiya imperiyasının kölgəsindən xilas olmağın vacibliyini artıq birmənalı şəkildə qəbul etməyə başlayıb. Ona görə də, hazırda prezident Vladimir Putinin qlobal iddiaları və Rusiyanın ardıcıl regional məğlubiyyətləri bir-biri ilə kəskin ziddiyyət təşkil edir. Və indi Rusiya tədricən küncə sıxışdırılaraq, aciz duruma salınmış Kremlin qeyri-real qlobal iddiaları ilə baş-başa buraxılmış kimi görünür.

Məsələ ondadır ki, prezident Vladimir Putinin qlobal məkanda hegemonluq iddiaları artdıqca, Kreml çökmüş imperiyanı dirçəltməyə cəhd göstərdikcə, Rusiyanın dünyadan təcrid olunma prosesi də dərinləşir. Belə ki, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Qərb mətbuatına verdiyi açıqlamada bildirib ki, prezident Vladimir Putinin əsas niyyəti məhz Rusiya imperiyasını bərpa etməkdir. Amerikalı diplomat prezident Vladimir Putini ilk dəfə 1991-ci ildə Sankt-Peterburq meri Anatoli Sobçakın ofisində “dar düşüncəli bürokrat” kimi gördüyünü vurğulayıb. Ancaq üzərindən illər keçdikcə həmin “bürokrat” özünü imperiya mirasının daşıyıcısı kimi təqdim edən avtoritar liderə çevrilib.

Maraqlıdır ki, Maykl Makfolun sözlərinə görə, Rusiyada səfir olduğu dövrdə o, prezident Vladimir Putinin kommunist deyil, məhz imperialist olduğunu müəyyən edib. Bu önəmli fərq yalnız siyasi-ideoloji deyil, həm də geostrateji xarakter daşıyır. Çünki keçmiş SSRİ sosialist ekspansiyasını siyasi-ideoloji çərçivədə əsaslandırırdı. Ancaq prezident Vladimir Putin isə tarixi və sivilizasiya “ədaləti” adı altında Rusiya təsirini bərpa edib, genişləndirməyə çalışır.

Məsələ ondadır ki, prezident Vladimir Putin vaxtilə Krımın ilhaqına yönəlik niyyətini israrla inkar etsə də, sonradan həmin planı həyata keçirdi və Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı. Bu, isə Maykl Makfolun sözləri ilə desək, “Putinə etibar etməyin mümkün olmadığına yönəlik son sübut” oldu. Amerikalı diplomat hesab edir ki, Rusiya hələlik “ən zəif supergüc”dür. Çünki Rusiyanın nüvə arsenalı mövcuddur və hərbi potensialı tam tükənməyib. Ancaq Rusiya iqtisadi və texnoloji potensial baxımından, ABŞ və Qərbdən geri qalır. Və əgər, Rusiya Ukraynada dayandırılmazsa, növbəti mərhələdə Qərblə birbaşa hərbi qarşıdurma ola bilər.

Maraqlıdır ki, Maykl Makfolun bu qənaətlərinə paralel olaraq, Rusiyada bəzi analitik mərkəzlər Kremlin postsovet məkanında, xüsusilə də, Cənubi Qafqazda öz ənənəvi təsirini itirməkdə olduğunu etiraf edirlər. Onların fikrincə, Rusiya Prezident Administrasiyasında Vadim Titovun rəhbərliyi altında yaradılan yeni strateji idarə məhz postsovet məkanından tutmuş Afrikaya qədər “Rus dünyası”nın təsirini bərpa etməyə çalışacaq. Ancaq artıq bu konsepsiya özünün ən zəif mərhələsinə çatıb. Və Cənubi Qafqaz Rusiya üçün prioritet olaraq qalsa da, real geopolitik nəticələr hazırda uğursuzdur.

Məsələ ondadır ki, Rusiya bu regionda "prorus xətti" qurmaq üçün Abxaziya və Cənubi Osetiyadan Gürcüstana qarşı təzyiq aləti kimi istifadə etməyə çalışsa da, bu plan artıq boşa çıxıb. Gürcüstan hökuməti hazırda Rusiya maliyyəsindən asılı vəziyyətdə olsa da, həmin vəsaitlər artıq göndərilmir. Ekspertlərin fikrincə, Gürcüstan yaxın dövrdə yenidən Avropa Birliyi ilə inteqrasiya yoluna qayıda bilər.

Bu isə Kremlin regiondakı “yumşaq güc” imkanlarının praktiki olaraq, tədricən sıradan çıxması deməkdir. Çünki Rusiya 2020-ci ildə Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda qısa müddətli hərbi üstünlük qazansa da, bu, o qədər də uzun çəkmədi. Belə ki, rəsmi Bakının Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılmasına nail olması və öz ərazi bütövlüyünü bərpa etməsi Kremlin regionda nəzarət mexanizmlərini daha da zəiflətdi.

Eyni zamanda, hazırda Cənubi Qafqazda Türkiyə xüsusi xidmət servislərinin və hərbi müdafiə sektorunun təsiri güclüdür getdikcə genişlənir. Azərbaycanın siyasi-iqtisadi elitalarında Rusiya təsirinə məruz qalmış strukturların təmizlənməsi prosesi gedir. Və nəticədə, Türkiyə Cənubi Qafqazda əsas təhlükəsizlik, eləcə də siyasi tərəfdaş roluna yüksəlir.

Digər tərəfdən, Kreml üçün bu regionda ən ciddi itki Ermənistanın Rusiyadan uzaqlaşmasıdır. Kreml uzun illər boyu Ermənistanı Cənubi Qafqazda Rusiyanın “strateji dayaq nöqtəsi” kimi görürdü. Ancaq son illərdə Paşinyan hakimiyyəti ABŞ və Avropa Birliyi ilə əməkdaşlığı genişləndirib, eyni zamanda Türkiyə ilə dialoqa başlayıb. KTMT-yə və Kremlin himayəsinə etimadın azalması Ermənistan cəmiyyətində Rusiya əleyhinə əhval-ruhiyyəni gücləndirib. Bu, Kreml üçün yalnız geopolitik deyil, həm də siyasi-ideoloji zərbədir. Və “Rus dünyası"nın əsas dayaqlarından birinin artıq Qərbə yönəlməsi anlamı daşıyır.

Digər tərəfdən, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Türkmənistan arasında formalaşan yeni regional ittifaqlar Rusiyanın maraqları üçün qeyri-ənənəvi geopolituk reallıqlar yaradır. Türk Dövlətləri Təşkilatının (TDT) təsir dairəsi genişlənir, Cənubi Qafqazda həm Türkiyə, həm də Çin aktiv şəkildə dayaq mərkəzləri qazanır. Və ona görə də, Rusiya üçün ənənəvi “postsovet liderlik” statusu artıq tarixi nostalji xarakteri daşıyır.

Bütün bunları nəzərə alan Qərb ekspertlərinin qənaətinə görə, Rusiya prezidenti Vladimir Putin indi “imperiyanı bərpa” etməkdə olduğunu düşünsə də, əslində, onun parçalanmasının son mərhələsinə rəhbərlik edir. Çünki Rusiya hazırda yalnız Ukraynada deyil, həm də Cənubi Qafqazda, Mərkəzi Asiyada, hətta Şərqi Avropada da öz təsirini böyük sürətlə itirməyə başlayıb. ABŞ və Qərb ilə Türkiyə arasında da yeni güc balansı formalaşır. Və Çin isə hazırda bu prosesdən maksimum iqtisadi dividendlər qazanır.

Belə anlaşılır ki, Rusiya üçün artıq qlobal ekspansiyadan müdafiəyə keçid mərhələsi başlayıb. Kreml bundan sonra imperiyanı böyütməyə deyil, məhz Rusiyanın əlində qalan təsir dairəsini qorumağa cəhd göstərmək məcburiyyətində olacaq. Xüsusilə də Belarus, Orta Asiya və Afrika istiqamətlərində Rusiyanın kifayət qədər ciddi problemlərinin ola biləcəyi qətiyyən istisna deyil.

Göründüyü kimi, Rusiya üçün 2020–2025 illər arasında baş verənlər həm siyasi-ideoloji, həm də geopolitik baxımdan, dönüş mərhələsi də hesab oluna bilər. Çünki prezident Vladimir Putin “imperiya”nı yenidən bərpa etmək istəyərkən, əslində, Rusiya öz sərhədlərindən kənarda bütün dayaqlarını tədricən itirir. Və bu səbəbdən də, Rusiyanın yeni dünya düzənində avanqard oyunçu olaraq qalıb-qalmayacağı, eləcə də, "keçmiş imperiyanın müasir kölgəsi"nə çevrilib-çevrilməyəcəyi indi kifayət qədər ciddi suallar doğurur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Noyabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see183

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see182

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see153

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see151

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see133

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see127

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see127

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see126

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see125

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see122

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see122

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see121

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see121

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see121

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri