Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası SİYAHI

Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası SİYAHI

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin ətrafında qalmaqallar səngimək bilmir. Bir tərəfdə 200 minlik "Land Cruiser", Bakı və Naxçıvanda villalar, mənzillər, obyektlər... Digər tərəfdə isə evinə çörək pulu apara bilməyən, aylarla maaş üzünə həsrət qalan fəhlələr.

“Yeni Sabah” Musavat.com-a istinadla xəbər verir ki, təşkilatın adı kağız üzərində zəhmətkeşlərin, fəhlələrin, sadə işçilərin sosial və əmək hüquqlarını müdafiə etmək olsa da, reallıqda tamamilə əks mənzərə yaşanır. Mətbuata sızan siyahı göstərir ki, qurum rəhbərinin mal-dövləti, şəxsi imkanları təkcə Naxçıvanı deyil, paytaxt Bakını da bürüyüb.

Siyahının ilk diqqətçəkən məqamı Qəzənfər Abdullayevin istifadəsində olan, bazar dəyəri təxminən 200 min manat civarında qiymətləndirilən Az 75 RA 900 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobildir. Qeydiyyat nişanındakı "RA" hərflərinin onun oğlu Rəhman Abdullayevin ad və soyadının baş hərfləri ilə eynilik təşkil etməsi isə təsadüfə bənzəmir. Şirnikləndirici xüsusi seriyalar, baha qiymətli nömrələr və lüks nəqliyyat vasitələri... Dominos pizza

Lakin bu, dəryada damladır. Əmlak geologiyası daha dərin qatlara gedib çıxır. Naxçıvan şəhərində, "Sizin Market"in yerləşdiyi ən baha yaşayış binasında lüks mənzil; Əlixan məhəlləsində 3 mərtəbəli nəhəng və bahalı fərdi malikanə; Naxçıvanın prestijli ərazilərindən sayılan "Əyləncə adası"nın qarşısındakı "Yaşıl Ada" kompleksində növbəti mənzil; Yaşayış sahələri ilə yanaşı, birbaşa biznes fəaliyyətinə bağlı ticarət obyekti "Moon" kafesi; Bakının mərkəzində "Gənclik" metrosu yaxınlığında lüks mənzil; Paytaxtda istifadə olunan, qiyməti yüz minlərlə ölçülən növbəti lüks alman avtomobili "Mercedes-Benz S-Class".

Dövlət və ictimai xarakterli strukturlarda çalışan bir məmurun bu miqyasda daşınmaz əmlaka, lüks avtomobil parkına və kommersiya obyektlərinə sahib olması hansı məntiqə, hansı rəsmi gəlir cədvəlinə sığır? Bu sərvətin mənbəyi haradan qaynaqlanır?

Qurumdakı kadr siyasəti də acınacaqlı mənzərəni tamamlayır. Məlumata görə, Naxçıvan Vergi Xidmətində çalışarkən korrupsiya faktına görə işdən qovulan Zamiq Hümbətov Həmkarlar İttifaqında peyda olub. Daha dəqiqi, Həmkarlar İttifaqında xüsusi olaraq "Daxili Təhlükəsizlik Şöbəsi" yaradılıb və korrupsiyaya görə sistemdən kənarlaşdırılan ziddiyyətli fiqur məhz bu şöbəyə rəis gətirilib. Korrupsiya ittihamı ilə işdən çıxarılan şəxsin daxili təhlükəsizliyə rəhbər təyin edilməsi hansı idarəetmə standartının, hansı məntiqin nəticəsidir? Bu, özü-özlüyündə fəaliyyət prinsiplərinin necə qurulduğunu aydın göstərir.

Dramın ən acınacaqlı tərəfi isə Həmkarlar İttifaqları Şurasının tabeliyində olan Duzdağ Müalicə Mərkəzində yaşanır. Sədr dəbdəbə içində yaşayarkən, müəssisənin işçiləri aylarla əməkhaqqı ala bilmirlər. İllərdir ağır şəraitdə çalışan, hüquqları tapdanan, əməkhaqları gecikdirilən işçilərin müxtəlif dövlət instansiyalarına etdikləri kütləvi şikayətlər isə hər dəfə müəyyən müdaxilələrlə boğulub, məsələnin üstü ört-basdır edilib. Hətta haqqını tələb edən fəhlələrə qarşı fiziki və psixoloji təzyiqlərin, zorakı davranışların edildiyi də gələn xəbərlər sırasındadır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Sentyabr 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri