Icma.az
close
up
RU
Kreml unudulmayacaq bir dərs aldı

Kreml unudulmayacaq bir dərs aldı

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


"Kreml baş vermiş faciəyə görə verdiyi gecikmiş başsağlığında da təyyarənin vurulmasını deyil, hadisənin Rusiya səmasında baş verməsini vurğulayırdı. Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq təyyarənin vurulması ilə bağlı açılan cinayət işinin surətlənməsi, təqsirkarların tezliklə məsuliyyətə cəlb edilməsi və kompensasiyanın ödənilmsi barədə razılaşma olsa da, Moskva məsələni uzatmaqla bir daha qeyri-səmimi mövqe sərgilədi. Bakıya qarşı davamlı təzyiqlərə başladı. Lakin Azərbaycan Prezienti cənab İlham Əliyevin qətiyyəti və israrı Putini geri addım atmağa məcbur etdi".
Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov Rusiyanın AZAL təyyarəsinin qəzaya uğramasına görə konpensasiya ödəyəcəyi barədə açıqlamasını şərh edərkən səsləndirib. O deyib ki, Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Rusiya kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəldi:
"Doğrudur, qəzaya səbəb kimi Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyətinin nəticəsi olaraq göstərildi və təqsirkar şəxslərin hüquqi məsuliyyəti öz əksini tapmadı. Buna baxmayaraq Kreml unudulmayacaq bir dərs aldı və Azərbaycanın güclü iradəsini və qüdrətini daha dərindən anlamış oldu".
Əli Orucov onu da qeyd edib ki, Azərbaycanın milli mənafeləri müəyyən kompromislərin zəruriliyini önə çıxarır:
"Bakı-Moskva xəttində gərginliyin və soyuqluğun davam etdirilməsindən bəzi maraqlı qüvvələr istifadə etməyə cəhd göstərdi. Ancaq həmin qüvvələr məkrli niyyətlərinə çata bilmədilər. Hesab edirəm ki, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə gəlinən razılıq iki dövlət arasında formalaşmış əməkdaşlığın və imzalanmış strateji müttəfiqlik sazişinin irələliləməsinə və perspektivə təkan verəcək. Çünki psixoloji və siyasi baryerin aradan götürlməsinə inam yaranıb".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Aprel 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri