Kremldən Netanyahunun həbs qərarına reaksiya
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Beynəlxalq Cinayət Məhkəməsinin (BMC) qərarları Rusiya Federasiyası üçün əhəmiyyətsizdir”
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov BMC-nin İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verməsinə münasibətdə deyib.
“Buna hər hansı şəkildə şərh verməkdə heç bir məna görmürük. Çünki BMC-nin qərarları bizim üçün əhəmiyyətsizdir”, – Peskov bildirib.
Qeyd edək ki, Benyamin Netanyahu və Yoav Qallant Qəzza zolağında hərbi cinayət törətməkdə ittiham edilirlər.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi ötən il Rusiya Prezidenti Vladimit Putini Ukraynadakı müharibəyə görə ittiham edərək həbsinə order verib.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 22 Noyabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















