Icma.az
close
up
RU
Kremlin çirkin miqrant siyasəti: “Soydaşlarımızın Azərbaycana axını gözlənilir”

Kremlin çirkin miqrant siyasəti: “Soydaşlarımızın Azərbaycana axını gözlənilir”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Son günlər Rusiyada baş verən hadisələr, azərbaycanlı miqrantlara qarşı törədilən zorakılıq halları orada yaşayan soydaşlarımızın fəaliyyəti üçün çətinlik yaradır.

Qeyd edək ki, Rusiyada hazırda 331 min 727 azərbaycanlı miqrant yaşayır. 

Bu, 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlinə aid olan ən son rəsmi statistik məlumatdır. 

Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatına görə, hazırda Rusiyada olan azərbaycanlı miqrantlarından 122 min 568 nəfəri miqrasiya qeydiyyatına alınıb.

Qeyri-rəsmi məlumata görə, Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır.

Baş verən son proseslər azərbaycanlı miqrantların ölkəmizə axını ilə nəticələnəcəkmi?

Məsələ ilə bağlı millət vəkili Azər Allahverənov “Cebheinfo.az”-a bildirib ki, son zamanlar Rusiyada miqrantlara qarşı sərt siyasət aparılmasının şahidi oluruq:

“Əgər miqrantlara qarşı münasibət ilkin mərhələdə hüquqi müstəvidə müəyyən qaydaların tətbiq edilməsi, miqrasiya qanunvericiliyində müəyyən dəyişikliklərin edilməsi və yeni prosedurların müəyyən olunması yolu ilə həyata keçirilirdisə, indi görürük ki, bununla kifayətlənməyən Rusiyanın aidiyyəti strukturları, xüsusilə də DİN-in müvafiq bölmələri axtarışlar, müxtəlif məqsədlərlə miqrantların çalışdığı sahələrə, yaşadğı ünvanlara basqınlar edirlər.

Bildirim ki, Yekaterinburqda baş vermiş məlum hadisə, xüsusilə də azərbaycanlı miqrantların ölümü ilə nəticələnən bu kobud şəkildə tətbiq olunan siyasət, sonrakı müstəvidə müxtəlif - Voronej, Moskva və digər şəhərlərdə həm azərbaycanlı, həm də xüsusilə Mərkəzi Asiyadan olan miqrantların çalışdığı, əmək fəaliyyəti ilə məşğul olduğu yerlərə də basqınlar davam etdirilib.

Son bir neçə gün ərzində bu basqınların sayı artır. Görürük ki, hüquq-mühafizə orqanları ilə yanaşı müxtəlif qruplar peyda olub, məsələn, Voronejdə üzü maskalılar azərbaycanlılar və digər miqrantların ticarət yerlərinə hücumlar təşkil edirlər.

Üzü maskalı, gənclərdən ibarət, döyüşkən ruhda olan şəxslər miqrantlara hücumlar edirlər. Görünən odur ki, bu siyasətin davamlı şəkildə həyata keçirilməsində maraqlı olan müəyyən qüvvələr var. Zaman-zaman Rusiyada miqrantlara qarşı bu kimi etiraz dalğasının, sıxışdırılması, xoşagəlməz hadisələr baş verdikdə bu, müəyyən miqdarda miqrantların sayının azalmasına gətirib çıxarır. 

Yəni miqrantların bir qisminin öz ölkələrinə qayıtması ilə nəticələnir. İndi də gözləniləndir ki, Rusiyada əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlı miqrantların sayında müəyyən azalmalar olsun. Çünki ticarət, eləcə də digər sahələrdə bu tipli yanaşmalar, təzyiq üsulları tətbiq olunarsa təbii ki, bu insanların müəyyən müddətə bu və ya digər sahələrdə əmək fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaqlar. 

Belə olduğu təqdirdə onların əmək müqavilələrinin dayandırılması və digər hallar baş verə bilər ki, bu da nəticə etibarı ilə həmin şəxslərin ölkə ərazisindən çıxmasına gətirib çıxara bilər.

Bu kütləvi axın olmasa da, müəyyən geri dönən şəxslər olacaq. Digər bir tərəfdən son 2-3 il ərzində tətbiq edilən sərt miqrasiya qaydaları, müəyyən sayda azərbaycanlı miqrantların Rusiya ərazisində sayının azalmasına gətirib çıxarıb.

Zamanında 500-600 min insanın əmək fəaliyyəti ilə məşğul olduğu bildirilirdisə də, bu yaxınlarda Rusiya mənbələrindən əldə etdiyim məlumatdan məlum olur ki, hazırda orada 300 minə qədər azərbaycanlı miqrantın qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olduğu göstərilir.

İstənilən halda bizim miqrantların mövcud vəziyyətinə mənfi təsir edəcək. Əgər bu şəkildə davam edərsə, soydaşlarımızın müəyyən bir qismi ölkəni tərk etmək məcburiyyətində qalacaqlar”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Kreml siyasət Soydaşlarımız Azər Allahverənov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 İyun 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri