Icma.az
close
up
RU
Rəhimovun “politoloqu” Kremlin çirkin təbliğatını aparır: ŞOK VİDEO

Rəhimovun “politoloqu” Kremlin çirkin təbliğatını aparır: ŞOK VİDEO

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Bu günlərdə ARB kanalı hansısa “arxivdən” tapdığı Azad Məsiyev adlı bir nəfəri “politoloq” adı ilə efirə çıxarıb. “Ukrayna” sözünü belə düz-əməlli tələffüz edə bilməyən bu başabəla “politoloq” sözügedən kanalın efirində səsi titrəyə-titrəyə, dili topuq vura-vura (görünür, haqsız olduğunu bildiyi üçün) Rusiyanın Ukrayna ərazilərini işğal etməsinə haqq qazandırır, Vladimir Putini “göylərə qaldırır”, onu “dünyada öz sözünün sahibi olan nadir lider” adlandırır.

Adam, demək olar ki, Rusiyaya işləyən və buna görə hazırda vətənə xəyanət maddəsilə həbsdə yatan Nəzakət Məmmədovanın kişi variantıdır.

Bu da təəccüblü deyil. Çünki həmin bu Məsiyev “Putinin dostu”, milyarder İlham Rəhimovun rəsmi köməkçisidir. Bundan əvvəl Ədalət Partiyasının sədri, mərhum İlyas İsmayılovun köməkçisi olub. Rəhimovla İsmayılovun münasibətləri korlananda isə öz sədrinə üz çevirərək, İlham Rəhimovun yanına gedib. Məsiyevin Putinə “ülvi məhəbbəti”nin, qatı rusiyapərəst şərhlərinin və ARB-nin efirinə çıxarılmasının da arxasında Rəhimovun kölgəsi aydın görünür... Marqarita pizza

Afrikaya “Afirqa” deyən, bildiyi və bilmədiyi məsələlərdən ağzı köpüklənə-köpüklənə danışan Məsiyev iddia edir ki, guya Rusiyanın Ukraynadakı müharibəsi özünümüdafiə xarakteri daşıyır: “Rusiya “ən yaxşı müdafiə hücumdur” prinsipini tətbiq edir və Ukraynada öz gücünü göstərir... Rusiya Prezidentinin bir sözü var: “Neynirəm o dünyanı ki, orada "Rassiya" yoxdur?” Putin lazım olsa, mütləq nüvə silahı addımına da gedəcək...”

Və bütün bu cəfəngiyyat Azərbaycan kanalının efirinə verilir...

Adam Ukraynanın işğalına, dinc əhalinin qırılmasına, beynəlxalq hüququn, ədalətin vəhşicəsinə pozulmasına, Rusiyanın törətdiyi hərbi cinayətlərə qırmızı-qırmızı haqq qazandırır. Hansı ki, əsrlər boyu rus işğalından, son 30 ildə isə Rusiya dəstəyilə erməni işğalından əziyyət çəkmiş bir dövlətin – Azərbaycanın vətəndaşının bütün bunları dilə gətirməyə nə şüuru, nə insanlığı, nə də vicdanı yol verməməlidir. Əgər təbii ki, o adamda bunlar varsa...

Məsiyevin “rus sevgisi” deyəsən, gözlərini də kor edib. Yəqin, ona görə iddia edir ki, guya “Rusiyada müharibə hiss olunmur” və rus ordusu Ukraynanı uğurla işğal edir, irəliləyir və sair. Hansı ki, hazırda gündə bir neft emalı zavodu yanan, benzin növbələri günbəgün artan, iqtisadiyyatı kiçilən, dünya bazarlarındakı yerini itirən, Milli Rifah Fondu əriyən, Ukraynada bir milyona yaxın itki verən yaramaz bir hakimiyyətin yaratdığı bu rəzaləti heç Kremlin ən qızğın, başıpozuq təbliğatçıları belə Məsiyev kimi həyasızcasına “ört-basdır” etmirlər. 

Məsiyev isə şefi “Putin İlham”-ın şərəfinə “Papadan artıq katoliklik edir”. Fəxrlə Rusiya ordusunun irəliləməsindən danışan bu “Rusiya aşiqinə” biriləri həm də desin ki, həmin bu ordu 4 ildir Donbas bataqlığından çıxa bilmir və hazırda tutduğu ərazi 3 il bundan əvvəl işğal etdiyi ərazidən kiçikdir...

Qərbin guya parçalandığına və bunun Putinin siyasi qələbəsi olduğuna dair iddialara gəlincə, əksinə, bu işğalçılıq müharibəsi Qərbi birləşdirdi və hərbi potensialını artırmağa məcbur etdi.

Ukrayna xalqının şəffaf, azad seçiminə də dil uzadan Məsiyev Zelenskini “Ukrayna üçün bəla” adlandırır, ən primitiv politoloqa belə yaraşmayan şəkildə hər şeyi onun – yəni, bir nəfərin üzərinə atır. Sonra yenə işğala haqq qazandıraraq, “müharibənin ilkin səbəblərinin” olduğunu deyir. Bununla da Kremlin mənfur narrativlərini olduğu kimi təkrarlayır.

Adam iddia edir ki, guya Ukrayna müharibəsinin başlamasının səbəbi NATO-nun Ukrayna vasitəsilə Rusiya sərhədlərinə yaxınlaşmasıdır. Tamamilə saxta arqument və bəhanə olduğu milyon dəfələrlə sübut olunan bu iddiadan fərqli olaraq, Rusiyanın özündə “Z-patriotlar” müharibənin başlanmasında əsas məqsədin işğalçılıq və SSRİ-nin bərpası olduğunu etiraf edir və bunu fəxrlə bəyan edirlər. Digər yandan, Rusiya zatən 4 yandan NATO ilə əhatə olunmuşdu, Pribaltika ölkələri 20 ildən çoxdur NATO-dadır və onlardan Moskvaya, Sankt-Peterburqa məsafə daha yaxındır, nəinki Ukraynadan. Müharibə başlayandan sonra isə əlavə olaraq Kremlin “qulağının dibindəki” Finlandiya və İsveç də Alyansa qoşulub.

Ölkəmizin əsas təbii strateji tərəfdaşı – qardaş Türkiyənin də NATO dövləti olduğunu, Azərbaycanın öz ordusunu Türkiyə standartlarına uyğunlaşdırdığını gözardı edən bu adam Alyansı şər qüvvə kimi təqdim edir. Baxmayaraq ki, bu təşkilat sırf müdafiə xarakterlidir və yarandığı gündən Rusiyadan fərqli olaraq, kiməsə hücum etməyib və kimsəni işğal etməyib.

Məsiyev açıq şəkildə ARB-nin efirində solovyovluq, simonyanlıq, skabeyevalıq edir. Aparıcı isə onun bu cəfəngiyyatına qulaq asır. Kremlin “ilkin səbəblər” bəhanəsini təkrarlayan bu “politoloq”a deyən yoxdur ki, Kreml istənilən qonşusuna, o cümlədən Azərbaycana qarşı da müharibəyə başlamaq üçün istədiyi qədər “ilkin səbəb” uydura bilər, necə ki, hazırda uydurur da. Bu gün Mardan, Solovyov və digərləri Azərbaycana dair bu “səbəbləri” artıq səsləndirməkdədirlər – ölkəmizi gah Türkiyə ilə birləşərək, NATO-nu Qafqaza gətirməkdə, gah Dağıstana iddia etməkdə, gah İrana qarşı hücumda İsrailə kömək etməkdə, gah rusofobluqda, gah Ukraynaya hərbi yardımda günahlandırırlar. Və artıq növbəti “SVO”-nun ya Qazaxıstana, ya da Azərbaycana qarşı olacağına dair sərsəm iddialar səsləndirilər. Bəs ARB-nin efirə çıxardığı bu “rusbaş” bunları görmür, eşitmir?

Görünür, Rusiya Azərbaycana qarşı da “ilkin səbəblər” bəhanəsilə təxribat, təcavüz aktı törətsə, bu “politoloq” eyni “uğurla” yenə Kremli müdafiə edəcək. Çünki tapşırıq belə olacaq...

Məyusedici hal həm də budur ki, sözügedən televiziya siyasi savadı və məqsədi, yumşaq desək, şübhə doğuran birisini “politoloq” kimi millətə sırıyır, bu cür idbar, bərbad Kreml təbliğatını Azərbaycan dilində efirə verir, bununla da Azərbaycan cəmiyyəti üçün təhlükə yaradır. Məqsəd nədir?

Axı bu adamın yeri Azərbaycan kanalı yox, Solovyovun, Simonyanın, Skabeyevanın verilişləridir! İlham Rəhimov zəhmət çəkib, bunu nədən Rusiya kanallarına çıxarmır?

Az qala Putin və Medvedev kimi, Rusiyanın dilindən dünyanı nüvə silahı ilə təhdid edən Məsiyev deyir: “Rusiya Ptrezidenti Putinlə zarafat eləməsinlər. O, sözünün və imzasının sahibi olan liderdir...”

Dayazlığın göstəricisi olan bu iddianın əksinə olaraq, misal kimi göstərmək olar ki, Putin dəfələrlə sözünü çeynəmiş, imzasını tapdamış, bir şey deyib, başqa şey edən, bu gün dediyini sabah inkar etmiş birisidir. Hakimiyyətin ilk on ilində bu adam dəfələrlə qəti şəkildə Krımın Ukrayna ərazisi olduğunu demiş, bununla bağlı ikitərəfli sənədlər imzalamış, sonrakı illərdə isə heç vaxt Ukrayna ilə müharibə aparmayacağını bəyan etmişdi. Həmçinin, rusiyalılara müharibələrə, korrupsiyaya, saxtakarlığa, talançılığa və s. son qoyacağına, onları “ağ günə çıxaracağına” söz vermişdi. Buna dair çoxsaylı videokadrlar, əyani sübutlar var. Amma sonradan bütün dediklərinin əksini etdi. Budur “sözünün sahibi” olmaq?

Ən əsası, Azərbaycanla strateji tərəfdaşlığa bərabər “Qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalayan Məsiyevin və Rəhimovun “lider”i - Putin indi həmin imzasının içinə edərək, ölkəmizə, millətimizə qarşı açıq düşmənçilik siyasəti aparmaqla, öz təbliğat tulalarını Azərbaycanın üstünə hürdürməklə məşğuldur. Azərbaycanın Ukraynadakı enerji infrastrukturunu vurduran da, Rusiyadakı azərbaycanlılara qarşı repressiyaları sifariş verən də, Azərbaycanın sərnişin təyyarəsini vurub, saymazlıqla məsuliyyətdən qaçan, özünü axmaqlığa qoyan da, bundan əvvəl Qarabağa “sülhməramlı” adı ilə soxulan da, ermənilərə silah verən də həmin bu “sözünün sahibi olan lider”dir - Putindir! 

Bütün bunlardan sonra onu “göylərə qaldırmaq” üçün ya gərək ağıldan kəm, ya da açıq vətən xaini olasan!

“AzPolitika.info”


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see219

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see192

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see177

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see140

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see133

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see130

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

22 Noyabr 2025 01:42see130

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see130

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see129

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see128

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see127

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see125

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see125

Suitilərin əvvəllər məlum olmayan davranış xüsusiyyəti aşkar edilib...

21 Noyabr 2025 23:38see124

Çin rabitə peykini orbitə çıxardı

22 Noyabr 2025 01:38see123

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see122

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see122

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see121

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see120

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri