Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Kremlin Ermənistan planı: Sülhü girov saxlayan geosiyasi oyun

Kremlin Ermənistan planı: Sülhü girov saxlayan geosiyasi oyun

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Cənubi Qafqazda geosiyasi qarşıdurmanın yeni mərhələsi başlayır. Ermənistanda keçirilən parlament seçkilərindən sonra Moskvanın verdiyi reaksiyalar göstərir ki, Kreml seçkinin nəticələrindən daha çox, nəticələrin yaratdığı yeni siyasi reallıqdan narahatdır. Əslində Rusiyanın son günlər səsləndirdiyi bəyanatlar bir məqsədə xidmət edir: İrəvan üzərində zəifləyən təsir imkanlarını bərpa etmək və Ermənistan kartından istifadə etməklə regionda mövqelərini qorumaq.

Kremlin davranışı göstərir ki, məsələ seçkilərdə qanun pozuntularının olub-olmaması deyil. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın "seçki prosesində çoxsaylı faktiki təsdiqlənmiş pozuntuların olduğu" barədə bəyanatları və müxalifətə qarşı "görünməmiş təzyiqlər"dən danışması siyasi təzyiq kampaniyasının tərkib hissəsi təsiri bağışlayır.

Moskva əslində seçkinin nəticələrini deyil, Ermənistanın seçdiyi istiqaməti mübahisələndirir.
Bunu Sergey Lavrovun son açıqlamaları da açıq şəkildə ortaya qoyur. Lavrov Ermənistan qarşısında faktiki ultimatum qoyaraq bildirib ki, Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında seçim "tez bir zamanda həll olunmalıdır". Bu bəyanat diplomatik dildən çox geosiyasi xəbərdarlığa bənzəyir.

Moskva artıq gizlətmir ki, Ermənistanın həm Avropa ilə yaxınlaşmasını, həm də Rusiyanın nəzarətində olan inteqrasiya strukturlarında qalmasını qəbul etmir.
Lavrovun "biz erməni xalqının seçiminin nə olduğunu bilmək istəyirik" ifadəsi isə əslində daha dərin məna daşıyır. Kreml Ermənistanın hansı yolu seçəcəyini bilmək istəmir. Kreml Ermənistanın hansı yolu seçməsini istəyir və bu seçimin öz maraqlarına uyğun olmasını tələb edir.

Bu səbəbdən də təzyiq alətləri bir-bir işə salınır.
KTMT-yə üzvlük haqqının ödənilməməsi bəhanəsi ilə Ermənistanın təşkilat daxilində hüquqlarının məhdudlaşdırılması məsələsinin gündəmə gətirilməsi, enerji təhlükəsizliyi ilə bağlı eyhamlar, iqtisadi münasibətlərə dair xəbərdarlıqlar və səfir Sergey Kopırkinin təcili şəkildə Moskvaya çağırılması təsadüfi hadisələr deyil.
Bütün bunlar Kremlin klassik təsir mexanizmləridir.

Moskva Ermənistan rəhbərliyinə göstərmək istəyir ki, Rusiya orbitindən uzaqlaşmanın siyasi və iqtisadi qiyməti olacaq.
Daha diqqətçəkən məqam isə Rusiyanın Ermənistan daxilindəki siyasi proseslərə münasibətidir.

Mariya Zaxarovanın müxalifət nümayəndələrinin həbsi ilə bağlı sərt reaksiyası, seçki kampaniyası dövründə baş verən hadisələri "dəhşətli repressiya atmosferi" adlandırması, eləcə də Ermənistan cəmiyyətində "dəhşətli parçalanma" olduğunu vurğulaması Kremlin gələcək ssenarilərinin anonsu kimi görünür.

Çünki Moskva yaxşı anlayır ki, Paşinyan hakimiyyəti gücləndikcə Ermənistanın xarici siyasət kursunu dəyişmək daha da çətinləşəcək.
Ona görə də ictimai-siyasi böhran yaradılması, parlament daxilində qarşıdurmaların dərinləşdirilməsi, müxalifət qüvvələrinin daha aktiv şəkildə səhnəyə çıxarılması və nəticədə növbədənkənar seçki mühitinin formalaşdırılması Kremlin maraqlarına tam cavab verir.
Təsadüfi deyil ki, Robert Köçəryan, Samvel Karapetyan və digər müxalif fiqurların son bəyanatları Moskvanın ritorikası ilə eyni xətt üzərində dayanır.
Kreml anlayır ki, Ermənistanı itirmək təkcə bir müttəfiqi itirmək deyil. Bu, bütövlükdə Cənubi Qafqazda təsir imkanlarının daha da zəifləməsi deməkdir. Məhz buna görə də Moskva regionda sülh prosesinə də fərqli prizmadan yanaşır.

Sülhün  lehinə və əleyhinə olan Kreml
İlk baxışda Kreml Cənubi Qafqazda sülhün lehinədir. Lakin Kremlin istədiyi sülh region xalqlarının maraqlarına xidmət edən, dövlətlərin suveren seçimlərini təmin edən sülh deyil. Moskva öz şərtləri daxilində qurulan  və onun maraqlarına xidmət edən sülh istəyir. Elə bir sülh ki, onun içərisində təsir rıçaqları saxlanılsın. Elə bir sülh ki, lazım gəldikdə enerji, təhlükəsizlik, iqtisadiyyat və ya siyasi alətlər vasitəsilə bölgə ölkələrinə təsir göstərmək mümkün olsun. Başqa sözlə, Kreml üçün əsas məsələ münaqişələrin tam həlli deyil, onların idarəolunan vəziyyətdə saxlanılmasıdır. Çünki həll edilmiş münaqişə təsir imkanlarını azaldır, nəzarətdə saxlanılan münaqişə isə geosiyasi leverage yaradır.
Bu gün Ermənistana qarşı sərgilənən təzyiq siyasəti də məhz həmin strategiyanın davamıdır.
Kreml İrəvan kartından istifadə etməklə təkcə Ermənistanı deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyini öz geosiyasi maraqları çərçivəsində formalaşdırmağa çalışır. Lakin regionda yaranan yeni reallıq göstərir ki, artıq Cənubi Qafqaz dövlətləri xarici güclərin diktə etdiyi qaydalarla deyil, öz milli maraqları əsasında qərar vermək istəyirlər. Məhz buna görə də Ermənistan üzərində gedən mübarizə əslində İrəvan uğrunda deyil. Bu, Cənubi Qafqazın gələcək geosiyasi düzəni uğrunda mübarizədir.
 

Mürtəza Bünyadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 İyun 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri