Icma.az
close
up
RU
Kremlin miqrantlara qarşı yanlış siyasəti: Rusiyanın özündə vəziyyət çətinləşəcək

Kremlin miqrantlara qarşı yanlış siyasəti: Rusiyanın özündə vəziyyət çətinləşəcək

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə miqrasiya siyasəti məsələlərini müzakirə edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Rusiya KİV-ləri xəbər verir:

"Bu gün bir neçə məsələmiz var, o cümlədən miqrasiya siyasəti məsələləri".

Digər təfərrüatlar göstərilməyib. Ekspertlərin fikrincə, Rusiyanın miqrasiya siyasətini sərtləşdirməsi miqranların, o cümlədən yüzminlərlə azərbaycanlının vəziyyətini daha da çətinləşdirə, onların ölkəni tərk etməsi ilə nəticələnə bilər.

Rusiya-Azərbaycan gərginliyini Bakıvaxtı.az-a dəyərləndirən AĞ Partiya sədri Tural Abbaslı deyib ki, Rusiyanın miqrantlara qarşı olan siyasəti çox yanlışdır.

Onun sözlərinə görə, Rusiyanın hansısa ölkə ilə siyasi-iqtisadi qarşıdurması ola bilər:

"Amma bu münasibətlər adi vətəndaşlar səviyyəsinə enməməlidir. Məsələn, hazırda Moskva-Bakı münasibətlərində gərginlik hökm sürür. Azərbaycan Rusiya ilə siyasi-iqtisadi və mədəni qarşıdurma şəraitindədir. Moskva bundan istifadə edərək Rusiyada yaşayan, işləyən soydaşlarımıza, hətta vətəndaşlığı qəbul edərək vergisini ödəyən, o ölkəyə xeyir verən azərbaycanlılara belə təzyiqlər edilir. Miqrantlar sadəcə qazanmır ki? Həm də yaşadıqları ölkəni qazandırır. Bu, Rusiya siyasətinin yanlışıdır”.

Müsahibimiz vurğulayıb ki, onsuz da Ukrayna ilə müharibə Rusiyada ciddi iqtisadi itkilərə səbəb olub. Rusiya belə addımlarla mürəkkəb vəziyyəti daha da qəlizləşdirir:

“Sadəcə azərbaycanlılara deyil, bütün miqrantlara qarşı siyasəti səbəbsiz yerə sərtləşdirirlər. Halbuki, həm azərbaycanlılar, həm də digər MDB ölkələrinin vətəndaşları Rusiyada kifayət qədər ciddi, önəmli sahələrdə fəaliyyət göstərirlər".

Tural Abbaslı: Rusiya belə addımlarla mürəkkəb vəziyyəti daha da qəlizləşdirir

T.Abbaslı əlavə edib ki, miqrantlar üçün şərait dözülməz olarsa, təbii ki, onlar Rusiyanı kütləvi tərk edəcəklər:

"Hər miqrant ilk növbədə öz ölkəsinə üz tutacaq. Şübhəsiz, miqrantların kütləvi köçü bəzi ölkələr üçün müəyən problemlərin yaranması, işsizliyin artması, daxili siyasi, yaxud sosial gərginliyin yaranması deməkdir. Ən əsası isə elə Rusiyanın özündə vəziyyət çətinləşəcək. Milyonlarla miqrantın boşaltdığı sahələri doldurmaq elə də asan olmayacaq. Ruslar həmin sahələrə yaddırlar, ögeydirlər. Nəzərə alaq ki, Rusiya 3 ildir müharibə aparır və çoxsaylı canlı qüvvə itkisi ilə üzləşib. Üstəlik, miqrantların ölkəni tərk etməsi əlavə problemlər yaradacaq. Bu gedişlə Rusiyanın, rusların axırı necə olacaq?! Kreml bunu düşünməlidir”.

Rusiyada 2 milyondan çox azərbaycanlının yaşadığını deyən Tural Abbaslı qeyd edib ki,  onların 1 milyonu, yaxud 500 mini geri dönərsə, ölkəmizdəki siyasi-ictimai vəziyyət eyni qala bilməz:

“Hər halda buna da həll yolları tapılmalıdır. Hər ölkə öz vətəndaşını evinə qaytarmağa hazır olmalıdır. Öz insanlarımızdan imtina edəsi deyilik. Onların mümkün geri dönüşünə ciddi hazırlıq görmək lazımdır".

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri