Icma.az
close
up
RU
Rusiyanın yanlış Azərbaycan siyasəti

Rusiyanın yanlış Azərbaycan siyasəti

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən diskriminativ, zorakı xarakterli davranışlar bu dövlətin şovinist mahiyyətinin dəyişmədiyini göstərir. İyunun 27-də Rusiyanın hüquq-mühafizə orqanlarının Yekaterinburq şəhərində yaşayan soydaşlarımızın mənzillərinə basqın etmələri, dinc insanlara heç bir səbəb olmadan işgəncə vermələri, alçaldıcı hərəkətlər etmələri, Səfərovlar ailəsinin iki üzvünü zorakılıq tətbiq etməklə qətlə yetirmələri artıq beynəlxalq aləmdə də reaksiyalara səbəb olub. Bir sıra ölkələrin liderləri, beynəlxalq qurumların nümayəndələri, tanınmış siyasətçilər hadisəyə münasibət bildiriblər. Təəssüf ki, ölkədə illərdir yaşayan azərbaycanlı sahibkarlara, diaspor fəallarına, ictimai nüfuza malik şəxslərə qarşı da zorakı davranış tətbiq edilir. Bu hadisələr etnik və siyasi motiv daşıyır, eyni zamanda, Bakının qanun çərçivəsində atdığı addımlar Rusiyanı daha da qıcıqlandırır. Belə ki, Azərbaycan qanunvericiliyini pozmuş, fəaliyyəti rəsmi olaraq dayandırılmış "Sputnik Azərbaycan" agentliyi, eləcə də Azərbaycan ərazilərini tranzit olaraq narkotik vasitələrin qanunsuz daşınması kimi istifadə edən rus şəbəkəsinin ifşa edilməsinə qarşılıq olaraq Rusiya qisas mövqeyi nümayiş etdirir. Məlum olduğu kimi, cari ilin 12 fevral tarixində "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyi" Federal Dövlət Unitar müəssisənin Bakı filialının rəhbəri XİN-ə çağırılaraq, onların ölkəmizdə filial və nümayəndəlik kimi fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb və filialın fəaliyyətini 3 gün ərzində dayandırması haqqında bildiriş qarşı tərəfə təqdim edilib. Buna baxmayaraq, qeyd edilən filialın akkreditasiyası ləğv edilmiş Rusiya vətəndaşları və filialı qanunsuz şəkildə fəaliyyətini davam etdirib.

Rəsmi Bakının hadisələrlə bağlı adekvat reaksiyaları onu göstərdi ki, Azərbaycan dövləti hər bir vətəndaşını, hər bir azərbaycanlını qoruyur, müdafiə edir.

Azərbaycan artıq Yekaterinburqda qanunun ciddi şəkildə pozularaq, aralarında həm Azərbaycan və Rusiya vətəndaşları olan soydaşlarımızın qətli və xüsusi qəddarlıqla döyülərək xəsarət alması ilə bağlı qarşı tərəfə etiraz notası təqdim edib. Notada, həmçinin Rusiya hüquq-mühafizə orqanları tərəfindən həmvətənlərimizin dindirilməsi zamanı tətbiq edilən işgəncə və ləyaqəti alçaldan hərəkətlərdən istifadə edilməsinə görə qəti etiraz bildirilib. Rusiya tərəfindən bu hücumların hərtərəfli və obyektiv araşdırılması, habelə təqsirkarların Rusiya Federasiyasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün təcili tədbirlər görülməsi tələb olunub.

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkə hesabında hadisəyə münasibət bildirərək yazıb ki, Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.

Milli Məclisinin deputatı Elman Nəsirov mövzu ilə bağlı bildirib ki, hazırda Rusiya ilə Azərbaycan arasında diplomatik böhran yaşanmaqdadır və bunun əsas səbəbkarı Rusiyanın özüdür: "Yekaterinburq şəhərində Azərbaycan diasporasının üzvlərinə qarşı törədilən ağır cinayətin izlərinin Rusiya hakimiyyətinə çıxması və günahkarların indiyədək cəzalandırılmaması rəsmi Moskva ilə Bakı arasında ciddi diplomatik böhrana səbəb olub. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı ciddi narahatlıq keçirir və cinayətkarların ədalət qarşısında cavab verməsini tələb edir. Kreml isə hələ də susqunluq nümayiş etdirir".

O əlavə edib ki, belə bir vəziyyətdə ölkədə rusdilli məktəblərin dövlət tərəfindən maliyyələşdirilməsinin dayandırılması ilə bağlı təkliflər səsləndirilir: "Eyni zamanda, Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılması məsələsi də gündəmə gətirilib. Əvvəla qeyd etməliyəm ki, ölkəmizdə rusdilli məktəblərin mövcudluğu dövlət siyasətidir və bu, Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinə əsaslanır. Təbii ki, bu məktəblərin fəaliyyətini dəstəkləyənlər olduğu kimi, əleyhdarları da var. Rusiya Azərbaycana qarşı qeyri-dost mövqe nümayiş etdirdikcə, rus məktəblərinin dövlət tərəfindən maliyyələşdirilməsinin dayandırılmasını tələb edənlərin sayı artır. Bu, Rusiyaya lazımdırmı? Kreml üçün faydalıdırmı? Əlbəttə ki, yox! Belə olan halda, antiazərbaycan siyasətinə son qoyulmalıdır".

Deputat qeyd edib ki, bu gün Rusiyanın dünyada dostlarının sayı iki əlin barmaqlarını keçmir:

"Azərbaycan kimi strateji müttəfiqi itirmək Rusiyaya nə vəd edir? Fizikada deyildiyi kimi, təsir əks-təsirə bərabərdir. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisə ilə bağlı çox sərt bəyanat yayıb. Milli Məclisin üzvlərinin Rusiya Dövlət Dumasına səfəri təxirə salınıb. Mədəniyyət Nazirliyi Rusiyada keçirilməsi planlaşdırılan bir sıra tədbirlərdə iştirakdan imtina edib. Gərginlik artmaqda davam edir. Nə qədər ki, cinayətkarlar cəzalandırılmayıb, münasibətlərdə irəliləyiş gözləmək çətindir. Əksinə, münasibətlərin bərpasını əngəlləyən yeni proseslər baş qaldıra bilər. Bütün hallarda məsuliyyət Rusiyanın üzərinə düşəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyul 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see347

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see336

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see266

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see259

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see248

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see245

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see233

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see228

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see224

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see222

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see211

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see205

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see199

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see199

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see195

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see187

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see182

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see180

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see179

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri