Rusiyanın ixracında Azərbaycan ilk beşlikdə Ölkənin özündə satışlar düşüb
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Rusiyada populyarlığını itirən kartof çipsiləri xarici bazarlarda, o cümlədən Azərbaycanda rekord göstəricilərlə satılmağa başlayıb.
Bakupost.az “Vedomosti”yə istinadən xəbər verir ki, “Aqroeksport” mərkəzinin yaydığı məlumata görə, 2025-ci ildə Rusiyanın çipsi ixracı 56 min ton və ya 248 milyon dollarla tarixi maksimuma çatıb.
İxracın həcmi 23% artıb, son beş ildə isə ümumi dəyər 2,6 dəfə yüksəlib. Bu artım fonunda Azərbaycan Rusiyanın əsas idxalçıları sırasında ön sıralarda yer alır.
Məlumatlara görə, 2025-ci ildə – Belarusa 103 milyon, Qazaxıstana 75 milyon, Özbəkistana 21 milyon, Azərbaycana 13 milyon, Qırğızıstana – 9 milyon dollarlıq çipsi ixrac olunub.
Xarici bazarlarda, xüsusilə MDB ölkələrində tələbat sürətlə artır. Ekspertlər bunu aşağı maya dəyəri, logistik yaxınlıq, transmilli şirkətlərin əvvəlcədən qurduğu istehsal zəncirləri ilə izah edir.
Paradoksal vəziyyət ondadır ki, Rusiyanın özündə çipsi satışları azalır. “NTech”in məlumatına görə, satışlar 1%, “Nielsen” agentliyinə görə isə 3,1% geriləyib. Artım yalnız qiymətlərin yüksəlməsi hesabına qeydə alınıb.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Azərbaycan Rusiyanın şokolad ixracında əhəmiyyətli paya sahibdir
03 Mart 2026 16:59
Kremlin miqrantlara qarşı yanlış siyasəti: Rusiyanın özündə vəziyyət çətinləşəcək
23 Sentyabr 2025 15:35
Xalqımızın tarixini, varlığını özündə yaşadan Azərbaycan dili
31 İyul 2025 23:42
Azərbaycan müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır RƏSMİ
05 Mart 2026 13:06
Azərbaycan digər alternativ marşrutların bloklanması hüququnu özündə saxlayır Deputat
19 Dekabr 2025 22:05
Baxış sayı:143
Bu xəbər 20 Fevral 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















