Icma.az
close
up
RU
Kremlin növbəti hədəfi Cənubi Qafqaz ola bilər

Kremlin növbəti hədəfi Cənubi Qafqaz ola bilər

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin SSRİ-yə bənzər imperiyanın bərpası fikrindən əl çəkməyib.

Bunu Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Putinin bir neçə dəfə “SSRİ-nin dağılması böyük faciə idi” fikrini səsləndirməsi təsadüfi deyil.

"SSRİ dağıldıqdan və Rusiya müstəqillik qazandıqdan sonra bu ölkə iki dəfə Çeçenistanda müharibə aparıb. Çeçenistan müharibələri olmasaydı, Rusiya imperiya sərhədlərini “bərpa etmək” məqsədilə qonşularla daha tez müharibələrə başlayacaqdı. Rusiya 2000-ci illərdə Çeçenistanı ram etdikdən sonra özünə yeni hədəflər seçdi. Rusiya 2008-ci ildə əvvəlcə Gürcüstanla müharibə edərək Cənubi Osetiya və Abxaziyanı ilhaq etdi, oralarda hərbi bazalarını yerləşdirdi, 6 il sonra Krımı ələ keçirdi, 2022-ci ildə isə Ukraynanın şərqinə soxuldu. Ancaq Rusiya bu dəfə ilişib və Ukraynadakı müharibəni öz xeyrinə bitirə bilmir".

Politoloq vurğulayıb ki, buna baxmayaraq, əgər Ukrayna məğlub olarsa və ya ərazi itkisi ilə barışıb atəşkəsə razılaşmaq məcburiyyətində qalarsa, Rusiya bir müddət fasilədən sonra ətrafda yeni hədəflər axtarmağa başlayacaq:

"Kremlin hədəfləri içərisində Mərkəzi Asiya ilə Cənubi Qafqaz ola bilər. Buna görə də Azərbaycan həmin tarixin yetişəcəyini gözləmədən Türkiyə ilə strateji müttəfiqliyi daha üst səviyyəyə qaldırmalıdır. Rusiya bilməlidir ki, Azərbaycana qarşı təxribata baş vurarsa, qarşısında ölkəmizlə yanaşı Türkiyəni də görəcək. Rusiya imerpiya tarixində yalnız qarşısındakının gücü ilə hesablaşıb, zəifi hər zaman əzməyə çalışıb. Azərbaycan güclü dövlətdir, eyni zamanda Türkiyə ilə hərbi ittifaqımız bu gücü daha da artırıb. Azərbaycan qonşularla, o cümlədən Rusiya ilə normal münasibətlər istəyir. Ancaq hazırki şərtlər daxilində Rusiyanın vurulan təyyarəmizə görə üzərinə məsuliyyət götürmədəyinə ötrü, təhlükəsizlik tədbirlərini artırmalıyıq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Fevral 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri