Icma.az
close
up
RU
Fransanın yeni hədəfi Cənubi Qafqaz

Fransanın yeni hədəfi Cənubi Qafqaz

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ölkənin diplomatiyasında Azərbaycana ayrılan yer

2025-ci ilin iyulunda Fransanın Müdafiə Nazirliyi tərəfindən yayımlanan Milli Strateji Baxış sənədi bütün Qərbin təhlükəsizlik konturlarını sərt, bəzən isə təxribatçı tonlarla yenidən cızdı. Sənəd Fransa və Avropanın təhlükəsizliyinə yönəlmiş təhdidlərə dair ən sərt ritorikaya malik strateji sənədlərdən biri kimi tarixə düşür. Məhz bu kontekstdə Cənubi Qafqaz, o cümlədən Azərbaycan birbaşa hədəfə çevrilmiş görünür.

Sənədə əsasən, Rusiya artıq hipotetik risk deyil, birbaşa və real təhlükə statusundadır. Ukrayna müharibəsi, nüvə ritorikası və Avropada sabitliyi pozmağa yönəlmiş siyasi-hərbi davranışlar Fransanın təhlükəsizlik doktrinasında Rusiyanı açıq-aşkar düşmən obrazında yerləşdirib. Bununla yanaşı, ABŞ-ın Asiya-Sakit okean bölgəsinə yönəlməsi və Çinə qarşı strateji çəkindirmə siyasəti Avropanın öz təhlükəsizliyini daha çox özü təmin etməli olduğu fikrini doğurur. Parisə görə, ABŞ artıq qitənin hərbi təminatçısı rolunu əvvəlki kimi sabit şəkildə davam etdirməyəcək və bu da Avropa üçün strateji qeyri-müəyyənliklər yaradır.

Diqqətçəkən məqam budur ki, sənəddə gözlənilməz şəkildə Azərbaycanın adı çəkilir. “Bakı Təşəbbüs Qrupu” adlı platforma Fransa tərəfindən dövlət dəstəyi ilə fəaliyyət göstərən informasiya aləti kimi təqdim edilir və açıq şəkildə dezinformasiya kampaniyasında iştirakda ittiham olunur. Belə bir iddianın Fransa kimi demokratiya və ifadə azadlığını əsas dəyər kimi təbliğ edən bir ölkənin rəsmi sənədində yer alması bir tərəfdən ikili standartların göstəricisidirsə, digər tərəfdən bu, Cənubi Qafqaz regionuna yönəlmiş daha dərin bir geosiyasi baxışın siqnalıdır. Əsas məqam Cənubi Qafqazda gedən güc balansı dəyişikliklərinə Parisin verdiyi siyasi reaksiyadır. Azərbaycan regionda münaqişədən sonrakı normallaşma proseslərini irəli aparmağa çalışdığı, enerji və nəqliyyat dəhlizləri üzərində strateji nəzarət imkanlarını genişləndirdiyi bir dövrdə Qərbin bəzi dairələrində onun rolu bəzən sual altına alınır, bəzən isə açıq-aşkar tənqid edilir. Sənəddə Azərbaycanın belə bir kontekstdə qeyd olunması, əslində, Bakının artan beynəlxalq nüfuzuna və informasiya sahəsindəki təşəbbüskar mövqeyinə verilmiş reaksiya kimi oxunmalıdır.

***

Fransanın Milli Strateji Baxış sənədində Cənubi Qafqaz “bircə böhranın yox, bir neçə paralel və bir-birini qidalandıran böhranların toqquşduğu, qarşılıqlı təsirlərlə mürəkkəbləşən geopolitik düyün” kimi təqdim olunur. Təsvirin müəyyən reallıq payı var. Bəli, region son üç onillikdə münaqişə, işğal, soyqırımı, kütləvi qaçqın axınları və silahlı toqquşmalarla yadda qalıb. Lakin Fransa sənəddə bu qeyri-sabitliyin yaranma və davametmə səbəblərinə gəldikdə, təəccüblü şəkildə öz məsuliyyətini ya susqunluqla keçir, ya da onu yalnız region ölkələrinin üzərinə yükləyir.

Azərbaycan 2020-ci ildən sonra beynəlxalq hüquqa tam uyğun şəkildə ərazi bütövlüyünü bərpa etmiş, bunun ardınca regionda dayanıqlı sülhə nail olmaq üçün diplomatik, siyasi və texniki mexanizmləri işə salmış bir dövlətdir. Bakı bu prosesdə hər zaman açıq dialoq, nəqliyyat-kommunikasiya açılımları və qarşılıqlı razılaşma əsasında normallaşma yolunu seçib. Lakin bütün bu konstruktiv yanaşmaya baxmayaraq, Fransa son illərdə təkcə obyektiv vasitəçi obrazından imtina etməyib, hətta hadisələrin birbaşa iştirakçısı kimi özünü təqdim etməyə başlayıb.

Bir tərəfdən, Fransa Ermənistanla hərbi-texniki əməkdaşlıq müqavilələri imzalayır, ona hücum xarakterli silahlar ötürür, ordunun modernləşdirilməsi üçün texnologiya dəstəyi göstərir. Digər tərəfdən, Fransa parlamentində qəbul olunan bəyanatlar, qətnamələr və siyasi çıxışlar Azərbaycanı sanki ittiham olunan tərəf kimi hədəfə alır. Üstəlik, Fransa bəzən Azərbaycanın daxili siyasi müstəvisinə toxunan, insan hüquqları, söz azadlığı kimi mövzulardan vasitə kimi istifadə edərək daxili proseslərə təsir göstərməyə çalışan ikili yanaşma sərgiləyir. Halbuki bu mövzularda özünün keçmiş müstəmləkə ərazilərindəki siyasəti və indiki islamofob yanaşmaları ilə ciddi sual altındadır. Azərbaycanın daxili siyasi reallıqlarını anlamadan və ya onları yerli kontekstdə qiymətləndirmədən irəli sürülən bu cür bəyanatlar tərəfsiz vasitəçilik prinsipinə ziddir.

Reallıqlar fonunda haqlı bir sual doğur: əgər Azərbaycan beynəlxalq hüququn bərqərar olmasına, ərazi bütövlüyünün tanınmasına və regionda sabitliyin təmininə yönəlmiş addımlar atırsa, Fransa hansı maraqlar naminə bu prosesi pozmağa çalışan mövqe nümayiş etdirir? Yaxud başqa cür soruşsaq: bu regionda kim sabitlik istəyir, kim isə xaosun davam etməsində maraqlıdır? Cavab, əslində, Fransanın özü tərəfindən sənəddə verilir – qeyri-sabitlik, qarşılıqlı təhdidlər və artan geosiyasi gərginlik. Lakin bu gərginliyin bir səbəbi də elə Fransanın özü ola bilər. Böyük güc iddiası ilə Cənubi Qafqazda rol almaq istəyi, bir zamanlar Şimali Afrikada, Orta Şərqdə tətbiq etdiyi siyasətin bu dəfə Qafqaza köçürülməsi təəssüratı yaradır. Lakin Qafqazın tarixi yaddaşı, müqavimət ruhu və siyasi realizmi fərqlidir – burada balanssız oyunların davam etməsinə icazə verilməyəcək.

***

Fransanın 2025-ci il Milli Strateji Baxış sənədində “Bakı Təşəbbüs Qrupu” adının xüsusi qeyd olunması, əslində, informasiya təhlükəsizliyi sahəsində baş verən yeni mərhələnin göstəricisidir. Fransa bu təşəbbüsü dövlət dəstəyi ilə fəaliyyət göstərən, dezinformasiya kampaniyalarında iştirak edən bir platforma kimi təqdim edir. Lakin bu ittihamın arxasında daha dərinə getdikcə, geosiyasi media üstünlüyü uğrunda gedən mübarizənin daha kəskin fazaya keçməsi görünür.

Əgər “Bakı Təşəbbüs Qrupu” həqiqətən də Azərbaycanın media məkanında Fransa və onun tərəfdaşlarının qlobal ictimai rəyə təlqin etdiyi birtərəfli, köhnəlmiş təsvirlərə qarşı alternativ baxış bucağı yaradırsa, bu informasiya balansı deməkdir. Belə olan halda, təşəbbüs əslində dezinformasiya deyil, informasiya plüralizminin bir parçasıdır. Fransa bu balanslı yanaşmanı “təhlükə” kimi təqdim etməklə, özünün informasiya məkanını dominant saxlamaq istəyindən imtina etmədiyini sübut edir. Buradakı əsas məsələ təkcə media rəqabəti deyil. Məsələ artıq ideoloji və strateji hegemoniyanın informasiya üzərində qurulduğu yeni dövrün təzahürüdür. Fransa üçün informasiya təsir və idarəetmə vasitəsidir. Siyasi arxitekturanın qurulduğu sahələrdən biri informasiya müstəvisidir və bu müstəvi itirilərsə, digər sahələrdə də üstünlük əl dəyişə bilər. Buna görə də Fransa bu məkanda alternativlərin yaranmasını təhlükə kimi görür və onları susdurmağa, marjinallaşdırmağa çalışır.

Eyni zamanda, bu vəziyyət daha geniş tendensiyanın bir hissəsidir – Qlobal Cənubun səsinin güclənməsi. Bir zamanlar yalnız Qərbin dominant media şəbəkələri vasitəsilə formalaşan qlobal ictimai rəy artıq çoxsaylı regional platformaların, jurnalist təşəbbüslərinin, qeyri-Qərb təhlilçilərin iştirakı ilə daha rəngarəng və çoxsəsli hala gəlməkdədir. Azərbaycanın informasiya müstəqilliyi uğrunda apardığı mübarizə yeni dünya düzənində alternativ səsin tanınmasını təmin edir.

***

Azərbaycanın belə bir kontekstdə hədəfə alınması, əslində, Qərbin keçmiş müstəmləkəçiliyə söykənən baxış bucağının hələ də dəyişmədiyini, yeni dövrün reallıqları ilə uzlaşmaqda çətinlik çəkdiyini göstərir. Baxış özünü informasiya üzərində nəzarət, humanitar müdaxilə adı altında suverenliklərə müdaxilə və regional aktorların yüksəlişini ləngitmək cəhdlərində göstərir.

Fransa qarşısında bu gün ciddi bir seçim dayanır: ya o, Avropa üçün tələb etdiyi strateji suverenliyi, digərlərinin suverenliyinə də hörmət prinsipi üzərində quracaq, ya da selektiv müdaxilə ilə regionda yeni gərginlik ocaqları yaradacaq.

Azərbaycan üçün isə bu çağırışlara cavab açıq və prinsipialdır: ərazi suverenliyini qorumaqla yanaşı, informasiya müstəqilliyini də təmin etmək, qlobal rəqabət şərtlərində öz siyasi kimliyini və maraqlarını qorumağın əsas yoludur.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri