Icma.az
close
up
RU
Ukraynanın aqibəti və postsovet məkanı: Kremlin Cənubi Qafqaz siyasətində fəallıq arta bilər

Ukraynanın aqibəti və postsovet məkanı: Kremlin Cənubi Qafqaz siyasətində fəallıq arta bilər

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Sultan Zahidovun "Yeni Sabah"a mühasibəsi:

- Moskvada Vladimir Putin və Donald Trampın nümayəndələri arasında Ukrayna nizamlanmasına dair danışıqlarının nəticələrini necə dəyərləndirmək olar? Tərəflərin razılığa gələ bilmədiyi nüanslar hansılardır?

- Stiv Uitkoff, Cared Kuşner və Rusiya prezidenti arasında 5 saatlıq danışılqra dair Putinin köməkçisi Uşakov mətbuata açıqlama verdi. O, görüşün produktiv keçdiyini bildirsə də, müəyyən məsələlərdə narazılığın qaldığını və danışıqların davam etdirilməli olduğunu bildirdi.

ABŞ mənbələri yazır ki, narazılıq əsas 3 məsələ ilə bağlıdır.

Birincisi, ərazi məsələsidir. Trampın 28 maddəlik planına görə, Ukrayna qoşunlarının Donbasdan çıxarılması və həmin ərazilərin Rusiya ərazisi kimi tanınması nəzərdə tutulur. Bu məsələdə Ukrayna tərəfinin etirazlarından sonra plana dəyişiklik edilib. Aydındır ki, Ukraynanın həmin ərazilərdən tam şəkildə çıxması Kiyev üçün ciddi məğlubiyyət deməkdir. Donbasın 20 faizi hələ də Ukrayna nəzarətindədir.

Ümumən bu, həm də beynəlxalq nizamın süqutu deməkdir. Bir ölkə digər ölkənin ərazilərini hərbi yolla işğal edir və daha sonra həmin əraziləri öz ərazisi kimi tanıdır.

İkinci narazılıq doğuran nüans təhlükəsizlik zəmanəti ilə bağlıdır. Görünən odur ki, Rusiya bu məsələdə kompromisə getmək istəmir. Sonuncu narazılıq yaradan məsələ isə Ukrayna ordusunun azaldılması məsələsidir. Rusiya çalışır ki, Ukrayna ordusunun sayında limit olsun. Kiyevə görə isə bu suverenliyin pozulması deməkdir.

Bu baxımdan, sadalanan mövzularda tərəflərin ortaq mövqeyi yoxdur. Görünən odur ki, yenilənmiş planla bağlı ABŞ və Ukrayna tərəfləri yeni görüşlər keçirəcək. Ukraynanın mövqeyində hər hansı fundamental geri addım, çəkilmə yoxdur.

Avropa da Ukraynanı dəstəkləyir və heç bir halda Kiyevin geri addım atmasını, təslim olmasını istəmir. Düşünürəm ki, bu hal danışıqlar prosesinin daha da mürəkkəbləşməsinə gətirib çıxara bilər. Bu baxımdan, dekabr ayı ərazində hər hansı sülh müqaviləsinin imzalanacağını düşünmürəm. Danışıqların nəticə verməsi ən yaxşı ehtimalla növbəti ilə qalacaq.

- Danışıqlar prosesində Moskvanın hər hansı güzəşti gözlənilirmi?

- Rusiyanın güzəştə getməsinə gəlincə, Moskva 3 ildir müharibə aparır. Kreml bu müharibəyə böyük miqdarda insan ehtiyatları cəlb edib. Rusların xeyli itkiləri var və onlar sanksiyalar altındadır. Ukrayna münaqişəsi ilə bağlı ümumi federasiya miqyasında ciddi ideoloji sahədə ciddi səfərbərlik həyata keçirilir. Aydın məsələdir ki, burada Putinin güzəştə getməsi, qarşısına qoyduğu məqsədlərdən geri çəkilməsi özünün legitimliyini Rusiya daxilində ciddi sarsa bilər.

Bu baxından, Putinin Ukrayna məsələsində güzəştə getməsi inandırıcı deyil. Putin Ukraynanın bölünmüş halda və fərqli rejimin hakimiyyəti altında olmasını istəyir. Bu məqsədlərə nail olmadan hərbi əməliyyatları dayandıracağını düşünmürəm.

- Putin bəyan edib ki, Rusiya gəmilərinə daha bir hücum alında Ukrayna dənizdən mühasirəyə alınacaq. Bu cür xəbərdarlıqlar müharibənin gedişatına necə təsir edə bilər?

- Putin Ukraynanın Qara dənizdəki fəaliyyəti ilə bağlı müxtəlif ssenarilərin olduğunu bildirib. Rusiya prezidenti ded ki, Kiyevin Qara dənizdən blokadası da istisna deyil. Bu da Ukrayna üçün böyük fəsadlar verə bilər. Çünki bu ölkənin xarici ticarəti Qara dəniz üzərindən həyata keçirilir.

Xatırlayırsınızsa, əvvəl bu cür blokada var idi. İstanbul danışıqlarından sonra Ukrayna taxıl məhsullarını gəmilərlə xaricə çıxarmağa başladı. Lakin İstanbul sazişinin vaxtı uzadılmadı. Bu isə Ukraynanı yenidən blokada vəziyyəti ilə üz-üzə qoydu. Rusiyanın Ukraynanı Qara dənizdən təcrid edəcəyi gələcəyin məsələsidir.

- Müharibənin nəticələri postsovet ölkələrinin taleyinə nece təsir edə bilər?

- Hazırda görünən odur ki, Rusiya əsas istiqamətini Qara dənizə deyil, Donbasa yönəldib. Aydın məsələdir Rusiya MDB-ni özünün öz ovlağı hesab edir. Ukaynadakı qələbə onun bu regiondakı mövqeyini daha da möhkəmlətməklə yanaşı, digər regionlarda da əvvəlkinə nisbətən daha aktiv siyasət yürütməsinə gətirib çıxara bilər.

Bu siyasət region üçün hansı nəticələr verəcək, demək çətindir. Cənubi Qafqazın özündə də Rusiyanın ciddi maraqları var. Bu regiondakı proseslər heç də Moskvanın istədiyi məcrada inkişaf etmir. Məhz bu baxımdan, Kremlin Cənubi Qafqaz siyasətində fəallığı arta bilər.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Dekabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri