Icma.az
close
up
RU
Kremlin Paşinyana qəzəbinin SENSASİON səbəbi: ABŞ la yanaşı, Türkiyə də Zəngəzura yerləşir

Kremlin Paşinyana qəzəbinin SENSASİON səbəbi: ABŞ la yanaşı, Türkiyə də Zəngəzura yerləşir

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Cənubi Qafqazda “post-Rusiya dövrü” başlayır, TRİPP layihəsi regionun geopolitik arxitekturasını dəyişən önəmli faktora çevrilir, ABŞ bu dəfə bölgəyə yalnız geopolitik deyil, həm də geoiqtisadi və təhlükəsizlik paketi ilə genişmiqyaslı dönüş etməyə çalışır... Ona görə də, yaranmaqda olan yeni geopolitik balans region ölkələrini daha kəskin seçim ssenarilərinə yönəldə, Cənubi Qafqazı “geoiqtisadi savaş meydanı”na çevirə bilər, Rusiyanın qəzəbi isə məhz bu önəmli prosesdən kənarda saxlanmasından qaynaqlanır...

Cənubi Qafqazda sürətlə dəyişən geopolitik mənzərə “Tramp marşrutu” (Zəngəzur dəhlizi) adlı yeni təşəbbüslə daha da kəskinləşir. ABŞ dövlət katibinin müavini Elison Hukerin İrəvana son səfəri, baş nazir Nikol Paşinyanla aparılan danışıqlar və avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli razılaşmaların icra mexanizmləri regionda geostrateji proseslərə yeni istiqamətlər verir. Belə ki, TRIPP artıq yalnız nəqliyyat-kommunikasiya layihəsi olmaqdan çıxaraq, Azərbaycan-Ermənistan münasibətlərindən tutmuş, Türkiyənin regional roluna, Qazaxıstanın Mərkəzi Asiya-Qafqaz xəttində yüksələn mövqeyinə qədər geniş spektrdə təsir göstərən nəhəng geoiqtisadi konsepsiyaya çevrilir.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan baş naziri Nikol Paşinyanın həm Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşü, həm də Elison Hukerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyətini qəbul etməsi rəsmi İrəvanın TRIPP layihəsini özünün əsas geostrateji xəttinə çevirməyə çalışdığını göstərir. Erməni baş nazir açıq şəkildə bildirir ki, TRIPP layihəsi Ermənistan üçün Şərq bazarlarına çıxış imkanlarını genişləndirəcək, Qazaxıstanla ticarət əlaqələri yeni fazaya keçirəcək və ABŞ-la əldə olunmuş razılaşmalar Ermənistanın Qərbə inteqrasiya hədəflərində “yol xəritəsi” rolunu oynayacaq. Və bu, Ermənistanın uzun onilliklərdir ki, mövcud olan “iqtisadi asılılıq labirinti”ndən çıxaraq, Rusiya orbitindən kənarlaşması prosesinin daha da sürətlənməsi üçün şans kimi qəbul olunur.

Maraqlıdır ki, rəsmi İrəvan Azərbaycan-Türkiyə İttifaqının Cənubi Qafqazda geopolitik iradə mərkəzinə çevrilmə prosesinə də xüsusi həssaslıqla yanaşmağa məcbur qalıb. Ona görə də, Paşinyan hakimiyyəti köhnəlmiş ənənəvi “siyasi-ideoloji hədəfləri” arxa plana keçirməyə, Ermənistan üçün mümkün yeni geopolitik transformasiya məkanı açmağa çalışır. Bu baxımdan, Ermənistan xarici işlər nazirinin müavini Mnaçakan Safaryanın “Tramp marşrutu”nda Türkiyə şirkətinin də iştirakının mümkünlüyünə dair verdiyi açıqlama böyük maraq doğurur. O, Türkiyənin bu layihədə birbaşa iştirakının istisna olunmadığını, ancaq ilkin mərhələdə erməni-amerikan şirkətinin yaradılacağını vurğulayıb.

Yəni, belə anlaşılır ki, Ermənistan TRIPP layihəsi çərçivəsində Türkiyə ilə əməkdaşlığa qapını açıq saxlayır. Ancaq rəsmi İrəvan ölkədaxili siyasi-ictimai müqavimət ehtimalını nəzərə alaraq, bu prosesi mərhələli şəkildə həyata keçirməyə üstünlük verir. Əgər, Türkiyə şirkətləri doğrudan da TRIPP layihəsinə qoşularsa, bu, faktiki olaraq, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının artıq praktik mərhələyə qədəm qoyması demək olacaq.

Təbii ki, bütün bunlar Rusiya siyasi dairələrinin böyük narazılıq və narahtlıqla müşahidə etdiyi geopolitik proseslərdir. Ona görə də, rusiyalı Cənubi Qafqaz üzrə politoloq Andrey Areşevin vurğulayıb ki, Zəngəzur dəhlizi Türkiyə üçün yeni geopolitik təşəbbüs deyil, əksinə, uzun illərdən bəri davam edən gələcəyə yönəlik geoiqtisadi strategiyanın tərkib hissəsidir. Xüsusilə də, Türk Dövlətləri Təşkilatının Zəngəzur dəhlizi üzərindən reallaşdırılacaq Şərq-Qərb xətti rəsmi Ankara üçün yalnız Azərbaycanla bağlantını gücləndirmir, həm də Orta Asiyaya birbaşa çıxışı imkanlarını maksimum səviyyədə genişləndirir. Bu baxımdan, TRIPP layihəsi Türkiyənin bu geostrateji xəttini Qərblə daha sıx inteqrasiya etdirəcək tranzit arxitekturasına da çevirə bilər.

Ancaq TRIPP layihəsi, Ukrayna savaşının dayandırılması prosesində Rusiya ilə ortaq mövqedən çıxış etməsinə baxmayaraq, ABŞ-ın geostrateji maraqlarında tamamilə fərqli hədəflərə yönəldilib. Belə ki, Ağ Ev Cənubi Qafqazda Rusiya və İranın ənənəvi təsir dairəsini daraltmaq niyyətini qətiyyən gizlətmir. Elə Elison Hukerin İrəvandakı açıqlamaları da onu göstərir ki, ABŞ artıq Cənubi Qafqazda 1990-cı illərin siyasi-diplomatik xəttindən tamamilə fərqli strategiya üzrə hərəkət etməyə çalışır.

Məsələ ondadır ki, ABŞ üçün indi Cənubi Qafqazda Kremlin dominant mövqeyini sarsıtmaq, Ermənistanın Rusiyadan iqtisadi asılılığını azaltmaq, Rusiyanın Cənubi Qafqazın logistik xəritəsinə nəzarətini məhdudlaşdırmaq, eləcə də, İranın tranzit üstünlüyünü balanslaşdırmaq olduqca vacibdir. Bu baxımdan, TRIPP layihəsi həm də İranın Şimal-Cənub dəhlizinə real alternativ rolunu oynaya bilər. Ona görə də, indi Ağ Ev Cənubi Qafqazda böyük nüfuza malik rəsmi Ankara ilə rəqabət aparmır, əksinə, regional logistik platformanı məhz Türkiyənin bu bölgədəki manevr imkanları üzərində qurmağa çalışır. Və bu baxımdan, Azərbaycanla Ermənistan arasında sülh prosesinə ABŞ-ın vasitəçiliyi ələ keçirtməsi Ağ Evin Rusiyanı regionda əsas təsir mexanizmlərindən birindən məhrum etməsi anlamına gəlir.

Belə anlaşılır ki, bu proseslər nəticəsində Ermənistanın iqtisadi orientasiya Qərb-Türkiyə xəttinə yönələcək, Rusiya təsirinin azalma ehtimalı ciddi şəkildə artacaq, rəsmi İrəvan bu ölkənin “tranzit körpüsü” rolunu bərpa etməyə çalışacaq. Azərbaycanın isə regional sülh prosesinin intensivləşməsinə xüsusi önəm verəcəyi, rəsmi Bakının TRIPP layihəsi sayəsində Şərq-Qərb logistik xəttində öz rolunu gücləndirəcəyi, ABŞ-ın vasitəçiliyindən yararlanaraq, regional tranzit strategiyasına yeni imkanlara bağlı fərqli hədəflər daxil edə biləcəyi qətiyyən şübhə doğurmur. Və bütün bunlara paralel olaraq, Cənubi Qafqazın Türkiyə üçün əsas regional logistika mərkəzinə çevriləcəyi də istisna deyil.

Göründüyü kimi, Cənubi Qafqazda “post-Rusiya dövrü” başlayır. “Tramp marşrutu” layihəsi Cənubi Qafqazın geopolitik arxitekturasını dəyişən önəmli faktora çevrilir. ABŞ bu dəfə regiona yalnız geopolitik deyil, həm də geoiqtisadi və təhlükəsizlik paketi ilə genişmiqyaslı dönüş etməyə çalışır. Beləliklə, Cənubi Qafqazda qarşıdakı bir neçə il üçün tamamilə yeni geopolitik balans qurulmaq üzrədir. Bu isə region ölkələrinin seçimlərini daha da kəskinləşdirəcək və Cənubi Qafqazı “geoiqtisadi yarış meydanı”na çevirə bilər. Və Kremlin region ölkələrinə, xüsusilə də, Ermənistana qəzəbinin əsas səbəbi də məhz bu prosesdən kənarda saxlanmasından qaynaqlanır.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

"Yeni Müsavat" Media Qrupu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:24
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Noyabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see247

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see206

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see200

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see155

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see149

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see148

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see146

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see140

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see136

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see133

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see133

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see128

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see127

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see127

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see123

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see123

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri