Kremlin Ermənistanla bağlı yay planı Koçaryan Paşinyana qarşı...
Icma.az, Sitat.info portalına istinadən məlumat verir.
"Ermənistanın eks-prezidenti R. Koçaryan "Hayastan" bloku tərəfindən baş nazirliyə namizədliyi irəli sürülüb. Rusiyanın dəstək verdiyi R. Koçaryan və iş adamı S.Karapetyanın "Güclü Ermənistan" partiyasının N. Paşinyana qarşı ciddi şəkildə kampaniya aparacağı gözlənilir. Rusiya hər iki partiyanı dəstəkləməklə N. Paşinyanın elektoratını parçalamağa çalışır.Buna baxmayaraq hər iki siyasi təşkilatin N.Paşinyanın qələbəsinə ciddi maneə yaradacağı mümkün görünmür".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, iyunun 7-də keçiriləcək seçkilərdə əsas mübarizə N. Paşinyan və R. Koçaryan arasında olacaq: "Ermənistan xalqı Rusiyanın dəstək verdiyi, Qarabağ hərəkatanın davam etməsinin vacibliyini vurğulayan, revanşist kilsə rəhbərliyinin dəstək verdiyi R. Koçaryanla, Qarabağ hərəkatına qarşı olan, sülhü təbliğ edən N. Paşinyan arasında seçim edəcək. Ümumiyyətlə R. Koçaryanın namizəd olması, N.Paşinyanın qələbəsini şərtləndirən əsas amillərdən biridir. Amma, Rusiya Ermənistandakı seçkilərdə təxribatlara əl ata bilər. Ona görə də Avropa İttifaqı Ermənistana missiya göndərəcək. Ermənistan uğrunda Avropa İttifaqı və Rusiya arasında mübarizə yeni müstəvidə davam edəcək. Türkiyə və Azərbaycan Paşinyanın qələbəsində maraqlıdır. Gürcüstan hakimiyyətinin isə Rusiya ilə birgə Koçaryana dəstək verməsi gözlənilir. Gürcüstan hakimiyyəti R. Koçaryanın qələbə qazanmasında maraqlıdır".
Tehran,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 17 Mart 2026 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















