Icma.az
close
up
RU
“Krım artıq əldən gedib” Trampın müşavirindən Ukraynaya məsləhət AzPolitika onlayn siyasiictimai qəzet

“Krım artıq əldən gedib” Trampın müşavirindən Ukraynaya məsləhət AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın baş müşaviri Brayan Lanza bildirib ki, yeni prezident administrasiyası Ukraynada Rusiya tərəfindən işğal edilmiş bütün ərazilərinin qaytarılmasına deyil, məhz sülhün əldə edilməsinə diqqət yetirəcək.

“Report” xəbər verir ki, 2016-cı ildən Donald Trampın seçki kampaniyalarında iştirak edən Respublikaçılar Partiyasının strateqi Brayan Lanza BBC-nin Dünya Xidmətinə müsahibə verib və Ukraynada müharibə ilə bağlı gələcək administrasiyanın prioritetlərini necə gördüyünü açıqlayıb.

O bildirib ki, prioritet Rusiyanın işğal etdiyi bütün Ukrayna ərazilərinin qaytarılması deyil, onun təbirincə desək, “sülh və qırğının dayandırılması” olacaq: “Əgər Prezident Zelenski danışıqlar masasına gəlib sülhün yalnız Krımın bizdə olması ilə mümkün olduğunu desə, bu bizə onun ciddi olmadığını göstərəcək. Krım artıq əldən gedib”.

Eyni zamanda, Lanza “şir ürəkli” Ukrayna xalqına dərin hörmət bəslədiyini də vurğulayıb.

“Biz Ukraynaya deyəcəyik: bilirsiniz nə görürsünüz? Siz sülhün realist görüntüsünü görürsünüz. Bu qələbə görüntüsü deyil, bu sülh görüntüsüdür. Gəlin dürüst danışaq”, – Lanza əlavə edib.

Lanzanın açıqlamalarının gələcək administrasiyanın mövqeyini nə dərəcədə əks etdirdiyi və ya Trampın özünün fikirləri ilə üst-üstə düşdüyü aydın deyil. Çərşənbə günü Tramp dövründə işləmiş Milli Təhlükəsizlik Şurasının adı açıqlanmayan əməkdaşı “The Wall Street Journal”a demişdi ki, “Trampa yaxınlığından asılı olmayaraq, Ukrayna ilə bağlı onun planları barədə daha ətraflı məlumata malik olduğunu iddia edən hər kəs, sadəcə nə danışdığını bilmir”. Mənbə vurğulamışdı ki, Tramp milli təhlükəsizlik məsələləri ilə bağlı qərarları müstəqil şəkildə qəbul edir və bir çox hallarda bunu ani faktorların təsiri altında edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Noyabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see214

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see214

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see209

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see200

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see181

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see180

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see158

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see142

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see142

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see142

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see137

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see129

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see128

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see128

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see127

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri